Peritonit — peritonun iltihabı, qarın boşluğunun iltihabı. Səbəbləri Çox vaxt boluşlu orqanın dəlinməsi və normal halda steril periton boşluğuna mikrobların daxil olması nəticəsində meydana gəlir. Ancaq periton qıcıqlanmasının nədənləri başqa amillər də ola bilər: yad cisim, öd kisəsi dəlinməsi yaxud qaraciyər yırtılması nəticəsində ödün peritona axması, dəlinmiş mədə xorasından mədə […]

Periodontit nədir? Periodontit – periodontun iltihabıdır, diş və onun sümük qundağı (çənənin alveol artımı) arasındakı ensiz boşluğu dolduran birləşdirici toxumadır. Periodontda sinirlər, dişi qidalandıran qan və limfa damarları yerləşir. Periodontun əsas funksiyaları – amortizasiya və trofikadır. Qidanı çeynədikdə, periodont dişin üzərinə düşən yükü amortizasiya edir və sümük üzərinə bərabər yayır. Periodontit […]

Pellaqra — nikotin turşusu (bir B qrupu vitamini) və pridoksin (B6 vitamini) çatışmazlığından irəli gələrək dərinin işığın təsirinə məruz qalan yerlərində qızardığı müşahidə edilir. Həmin qızarmış yerlərdə dərinin ən üst təbəqəsi tökülür. Xəstələnmiş şəxsdə ishal da olur. B3 vitamini ilə kifayət qədər qidalanmadıqda sinir sisteminə təsir edən pellaqra adlı xəstəlik […]

Paranoya — həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıq. Söz yunan dilində “παράνοια” (paranous) “dəlilik” mənasını verir (para = çöldə; nous = ağıl, ağılını itirmək) Paranoya çox vaxt şizofreniya kimi psixotik xəstəliklərlə yanaşıdır. Bununla birlikdə seyrək olaraq, paranoyak şəxsiyyət pozuqluğu kimi, […]

Osteoartroz və ya osteoartrit (OA)– Oynağın bütün komponentlərinin zədələnməsinə gətirən ələlxüsus: qığırdağların və həmçinin subxondral sümüyün, sinovial qişaların, bağların, kapsulanın, periartikulyar əzələlərin və oxşar bioloji, morfoloji, kliniki əlamətlərlə səciyyələnən müxtəlif mənşəli heterogen xəstəliklər qrupudur. Etiopatogenezi Endogen amillər:- Yaş, Cins, Skeletin inkişaf defektləri, Irsi meyllik Ekzogen amillər:- Travmalar, Peşə qabiliyyət, Sport […]

Ortaqulaq iltihablanması – otitis media. Ortaqulaq iltihablanması burun boşluğu və ya boğazdan ortaqulağa açılan kanallardan (tuba auditiva, pharyngotympanic tube) yüksələn bakteriya və ya viruslar tərəfindən iltihablanmağa səbəb olur. Ortaqulağ qulaq pərdəsi ilə iç qulaq arasında içi hava dolu olan bir orqandır. Nadir olaraq da qulaq pərdəsinin cırılması nəticəsi, buradan bakteriya […]

Optik nevrit- görmə sinirinin kəskin demielinləşməsidir. Çox hallarda DS ilk dəfə optik nevrit ilə təzahür edir. Bəzi hallarda optik nevritin həmləsi simptomsuz olur. Digər hallarda isə o, göz ətrafında olan ağrılar və görmə qabiliyyətinin yayğınlıq, rənglərin çətin ayırd edilməsi kimi pozuntusu ilə müşahidə olunur. Hər bir ağrı ilə müşahidə olunan, […]

Neyrodermit — uzun müddət qаşınmа ilə dаvаm еdən və tеz-tеz rеsidiv vе¬rən dəri xәstәliyidir. Neyrodermitdə qаşınmа səpkilərdən qаbаq əmələ gəlir və çоx güclü оlur. Xәstәliyin iki klinik fоrmаsı аyırd еdilir: mәһdud və diffuz neyrodermit.Neyrodermatozlar adı altında ən səciyyəvi simptomu qaşınma olan xəstəliklər qrupu birləşdirilir. Neyrodermatozlarda qaşınmanın çox güclü olması və […]

Narahat ayaqlar sindromu Narahat ayaqlar sindromu — yuxu ya da istirahət zamanı (oturarkən və ya yatarkən) ayaqlarda hiss edilən rahatsızlıq, uyuşma bəzən də tam olaraq ifadə olunmayan bir hissdir.Bu xoş olmuyan hissə görə insan ayaqlarını hərəkət etdirir ki bu zaman da əlamətlər aradan qalxır. İdiopatik və simptomatik olaraq iki qrupa […]

Mədəcikarası çəpərin qüsuru – mədəciklərararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması, anadangəlmə ürək qüsuru. Patoanatomiyası Mədəciklərarası çəpərin qüsurunun ölçüləri müxtəlif ola bilər. Yerləşməsinə görə təsnifatı: • Paramemmbranoz qüsur – tez rastgəlinən tip, çəpərin yuxarı hissəsində sağ mədəciyin lat. crista supraventricularisin altında yerləşmiş olur. • Qıfvari və ya subarterial […]