Bronxit nədir, xronik bronxitin müalicəsi

Bronxit001

Xronik bronxitin müalicəsi

Bronxit – bronxların selikli qişasının iltihabı xəstəliyidir. Adətən virus və ya bakteriya tərəfindən yaradılmış bir vəziyyətdir.

Bronxitin əlamətləri

Xəstəliyin kəskin və ya xronik olmasından asılı olaraq əlamətlər var ki, patoloji bir hal kimi özünü büruzə verir. Kəskin bronxitdirsə xəstəni quru, bəzən də yaş öskürək müşayiət edir. Xəstə ümumi əzginlik, zəiflik, temperaturun qalxması, çətin nəfəsalma və hava çatışmazlığı ilə üzləşir.

Döş qəfəsinin aşağı hissəsində və qarın əzələlərində ağrılar peyda ola bilər. Bu adətən uzun öskürəyin nəticəsində yaranır, müvəqqəti xarakterli olur. Bir müddətdən sonra öskürək yaş xarakter alır və bronxlardan aktiv bəlğəm ifrazatı başlayır. Bəlğəm çox zaman irinlə qarışıq olur. Kəskin əlamətlər adətən 3-4 gündən sonra çəkilir və 8-10 gündən sonra yox olur.

Bronxit müalicə olunmadığı halda xronik hala keçə bilir. Bu səbəbdən bronxit bütün hallarda müalicə olunmalıdır. Bronxit diaqnozu xəstəliyin əlamətləri əsas götürülərək qoyulur və xəstəyə müalicə təyin olunur. Bu zaman rentgenoloji müayinədə hər-hansı bir dəyişiklik qeydə alınmır.

Xronik bronxitin müalicəsi

Xronik bronxit

Xronik bronxit – iri, orta və xırda bronxların iltihabı proseslər nəticəsində dəyişikliklərə uğramasıdır. Adətən ciddi dəyişikliklər dərhal deyil, bir neçə ildən sonra əmələ gəlir. Şərait yaranan kimi xəstədə xronik bronxitin əlamətləri baş qaldırır. Bronxlara qıcıqlandırıcı təsir göstərən çirkli hava, tüstü, kimyəvi buxar və s. xəstəni öskürməyə vadar edir.

Xronik bronxitin əlamətləri

Səhər saatlarında yuxudan ayılandan sonra öskürək bəlğəmin gəlməsi ilə tədricən çəkilir. Xəstəlik dərinləşdikcə öskürək və bəlğəm gecələr də narahat edir. Daha bir müddətdən sonra gündüz saatlarında da müşayiət edir. Soyuq və nəm havada xəstəlik ağırlaşa bilir. Belə olan halda bəlğəmdə irin peyda olur. Hava çatışmazlığı xəstəyə çətin anlar yaşadır.

Diaqnoz xəstəlik əlamətləri əsasında qoyulur. Rentgenoloji müayinədə dəyişikliklər qeydə alınır. Qanda leykositlərin miqdarı çoxala bilər, bəlğəmdə neytrofil leykositləri üstünlük təşkil edir. Bronxoskopiya köməyi ilə diaqnoz təsdiqlənir.

Xronik bronxitin müalicəsi

Müalicə hər iki halda həkimin ciddi nəzarəti altında aparılmalıdır. Bronxiti ciddi saymayan xəstələr bilməlidirlər ki, adi bronxitin sonrakı ağırlaşmaları çoxsaylı ciddi xarakterli xəstəliklərin başlanğıcıdır. Bir çoxlarını hətta sonradan müalicə etmək mümkün olmur. Nəticədə çox sayda insanlar məhz adi bronxitdən başlayan xəstəliklərin qurbanı olurlar.

Müalicəyə ciddi yanaşın, heç vaxt müalicəni təxirə salmayın və soyuqdəymənin özü sağalacağına ümid bəsləməyin. Soyuqdəymə heç vaxt öz-özünə çəkilmir, sadəcə xronik hala keçir.

Xronik bronxitin müalicəsi ciddi xarakterli antibiotiklərin istifadəsi ilə müşayiət olunan dərman preparatların köməyi ilə aparılır. Müalicə müddəti 21-28 gün təşkil edir. Davamı olaraq xəstə mütləq 2-3 həftə profilaktik-bərpa müalicə kursu almalıdır.

You may also like...