Miqrenin müalicəsi Miqren – nevroloyi xarakterli xəstəlikdir. Cinsindən asılı olmayaraq hər kəs bu xəstəliyin hədəfi ola bilər. Amma araşdırmalar göstərir ki, bu xəstəlik zehni işlə məşğul olan insanlar arasında daha çox yayılmışdır. Adətən miqren ağrılarının hücumu sərt şəkildə başlayır və başın bir hissəsini əhatə edir. Miqren ağrıları xüsusiyyətinə görə nə […]

Arterial təzyiq xəstəliyi nədir? Arterial təzyiqin patoloji yüksək həddə qalxması və davamlı xarakter alması ilə izah olunur. Arterial təzyiq xəstəliyi ürək-damar sisteminin ən geniş yayılmış xəstəliyindən biridir. Adətən arterial təzyiqi xəstəliyi uzun illər tədricən inkişaf edir. Patoloji prosesin hiss olunmadan inkişaf etməsi orqanizmin normal iş prinsipinə qlobal təsir göstərir. Arterial […]

Prostat vəzinin adenoması nədir? Prostat vəzidə şişlərin əmələ gəlməsinə deyilir. Şişlər əvvəl çox xırda həcmdə olur, ciddi narahatlıq hissləri yaratmır. Lakin patoloji prosesin davam etməsi şişlərin böyüməsinə və tədricən sidik yolunu sıxmağa başlayır. Nəticədə sidik yolu daralır və siyimə aktı çətinləşir. Adətən prostat adenoması xoşxassəli olur və metastaz vermir (yəni […]

Şəkərli diabet xəstəliyi nədir? II-ci tip şəkərli diabet xəstələri nəyi biəməlidirlər? Şəkərli diabet xəstəliyi hal-hazırda müalicəsi mümkün olmayan xəstəliklər sırasına aiddir. Xəstə bilməlidir ki, xəstəliyə qarşı pəhriz və müalicə etmədən uzun illər yaşamaq mümkün deyil. Hər bir xəstə ömrünü uzatmaq üçün pəhriz etməli və müntəzəm olaraq müalicə almalıdır. Xəstə, xəstəliyinin […]

Qaymaritin müalicəsi Qaymorit nədir? Qaymorit və yaxud haymorit –  xəstəlik törədən mikrobların haymar boşluğuna burun və ya qan vasitəsilə daxil olması nəticəsində iltihabı ocağın yaranmasına deyilir. Haymar boşluğunda iltihab ocağının böyüməsi tədricən burun boşluğuna açılan yolun daralmasına səbəb olur və seliyin haymar boşluğundan ifrazatı çətinləşir. Qaymoritin kəskinləşməsi adətən onun daha da […]

Qaraciyərin piylənməsi nədir? Qara ciyərdə piy yığılmasıdır. Ultrasəs müayinə (USM) zamanı piylənmənin yüngül və yaxud ağır formasını vizual olaraq görmək olur. Adətən müayinə edən həkim qara ciyərin piylənməsini görürsə, bir xəstəlik kimi “qaraciyərin piylənməsi” və yaxud “qaraciyərin piy distrofiyası” diaqnozunu təsdiqləyir. Bu diaqnoz adətən qara ciyərinin strukturunda piy kütləsinin patoloji […]

Psoriaz xəstəliyinin müalicəsi Psoriaz nədir? Psoriaz yoluxucu və keçirici xarakterli olmayan bir xəstəlikdir. Bədənin müxtəlif nahiyələrində, müxtəlif formada və ölçüdə, dərinin üst qatlarında eroziyalı yaraların tapılması ilə özünü büruzə verir. Adətən dərinin zədələnməsi və müxtəlif ölçüdə eroziyaların əmələ gəlməsi heç də sabit bir formada olmur. Ölçü böyüyə və qalınlaşa bilir. […]

Bronxial astma xəstəliyi Bronxial astma nədir? Bronxial astma – tənəffüs yollarının xroniki iltihabı xəstəliyidir. Nəfəsalmanın çətinləşməsi, və öskürəklə müşayiət olunur. Vəziyyət ani olaraq ağırlaşa bilir və xəstə astmatik boğulma təhlükəsi ilə üzləşir. Bu ona görə baş verir ki, xəstə kənar qıcıqlandırıcılara həddindən artıq həssas olur. Qıcıqlandırıcılara cavab olaraq böyük həcmdə […]

Revmatizmin müalicəsi Revmatizm – birləşdirici toxumaların iltihabı xəstəliyidir. Streptokok infeksiyasına yoluxmuş insanlarda xəstəliyin xroniki hala keçməsi nəticəsində inkişaf edən bir xəstəlikdir. Revmatizm xəstəliyi xəstənin fiziki iş qabiliyyətini və aktivliyini əlindən alır. Buna səbəb iri oynaqlarda və ürəkdə revmatizmin yaratdığı ağırlaşmalar olur. Revmatizm xəstəliyinin oynaqlarda lokalizə olunması revmatik artrit, ürəyi yoluxdurması isə revmokardit adlanır. Revmatizm […]