Göz qapaqları dərisinin xəstəlikləri

Qansizma001

Göz qapaqları dərisinin xəstəlikləri

Dərialtı qansızmalar. Belə hemorragiyalar çox vaxt qapaq və onu əhatə edən toxumaların göz yuvası divarı, hətta kəllə əsası zədələrində yaranır: kəllə əsası sümüklərinin sınığında qansızma tədricən olub, zədədən 12-24 saat sonra baş verir. Bəzən göz qapağı dərisi altında qansızmalar birdən-birə və səbəbsiz olaraq meydana çıxır. Belə qansızmalar hemorragik diatezlərdə, göyöskürək, ağır keçən bronxit, emfizema, qəbzlik və s. ümumi xəstəliklər zamanı baş verir. Qansızmanın sorulması bir neçə gün davam edir.

You may also like...