Neyrodermit

Neyrodermit — uzun müddət qаşınmа ilə dаvаm еdən və tеz-tеz rеsidiv vе¬rən dəri xәstәliyidir. Neyrodermitdə qаşınmа səpkilərdən qаbаq əmələ gəlir və çоx güclü оlur. Xәstәliyin iki klinik fоrmаsı аyırd еdilir: mәһdud və diffuz neyrodermit.Neyrodermatozlar adı altında ən səciyyəvi simptomu qaşınma olan xəstəliklər qrupu birləşdirilir. Neyrodermatozlarda qaşınmanın çox güclü olması və adətən dəridəki dəyişikliklərdən qabaq əmələ gəlməsi ilə fərqlənir.

Neyrodermit əlamətlər
Bundan başqa əsas simptomlar arasında papulyoz ləkələr, lixenifikasiyalar, sinir sisteminin aydın nəzərə çarpan funksional pozğunluqları vardır. Neyrodermitlərin kliniki növləri bunlardır:
• Dəri qaşınması
• Məhdud neyrodermit
• Diffuz neyrodermit
• Qaşınma xəstəliyi
Qaşınmaya bir neçə amil səbəb ola bilər. Bunlara mexaniki toxunma, daxili orqanlarda pozulmalar və endokrin pozulmalar aiddir.

Neyrodermit klinik formaları
Dəri qaşınmasının 2 klinik forması vardır
• məhdud
• yayılmış.
• Məhdud dəri qaşınmasına vulvanın, xayaların, anusun böyük büküşlərin qaşınması aiddir. Bu zaman qaşınma üzücü xarakterli olur və qaşınmadan sonra izlər əmələ gəlir.
• Yayılmış dəri qaşınmasına qocalılq qaşınması aiddir.
Qaşınma nəticəsində dəridə ekskariyasiyalar, yalnız dırnaq qaşınması izləri əmələ gəlir. Bundan başqa papulyoz səpgilər və lixenifikasiyalar (dərinin qalınlaşması və şəklini dəyişərək kobudlaşması) da olur. Qaşınmanın qeyri-adiliyi ondadır ki, paroksizmal xarakterli olurç yəni tutmaşəkilli olur. Bu səbəbdən insane daim gərgin vəziyyətdə olur. Bu zaman ağ davamlı dermoqrafizm tpyin olunur. Bu kapilyarları innervasiya edən n.vagusun təsiri ilə spazmı nəticəsində olur. Əksinə olaraq eczema zamanı qırmızı davamlı dermoqrafizm alınır.

Qaşınmanın klinik formaları
Qaşınma xəstəliyi klinik formalarına görə 2 cür olur:
• Uşaqların qaşınma xəstəliyi
• Böyüklərin qaşınma xəstəliyi
Uşaqların qaşınma xəstəliyi zamanı qeyri adi morfoloji element aşkar olunur. Bu papula-vezikula (düyüncük-qovuqcuq). Differensial diaqnostika qoturluq xəstəliyi ilə aparılır. Uşaqların qaşınma xəstəliyi piodermiya ilə ağırlaşa bilər.
Böyüklərin qaşınma xəstəliyinin 2 forması var:
• Xoşxassəli- prurigo mitis
• Bədxassəli-pruriqo ferox
Xoşxassəli qaşınma xəstəliyi gec-gec residiv verir və uzun müddətli remissiya dövrü olur. Bədxassəli qaşınma xəstəliyi zamanı isə qısa remissiya dövrü və tez-tez residiv verməsi ilə xarakterizə olunur. Medikamentoz müalicə və fizioterapiya, eyni zamanda sanatoriya kurort müalicəsi kompleks şəkildə aparılmalıdır. Medikamentoz müalicəyə antihistamin dərman preparatları, sedativ dərmanlar, kortikosteroid az dozalarda və tetrasiklin və bu qrupdan olan digər maddələr tətbiq olunur.

Next Post

Optik nevrit

Bz Okt 18 , 2015
Optik nevrit- görmə sinirinin kəskin demielinləşməsidir. Çox hallarda DS ilk dəfə optik nevrit ilə təzahür edir. Bəzi hallarda optik nevritin həmləsi simptomsuz olur. Digər hallarda isə o, göz ətrafında olan ağrılar və görmə qabiliyyətinin yayğınlıq, rənglərin çətin ayırd edilməsi kimi pozuntusu ilə müşahidə olunur. Hər bir ağrı ilə müşahidə olunan, […]