Stenokardiya

Stenokardiya (lat. angina pectoris) — ürək xəstəliyi.
Stenokardiya ürəyin işemik xəstəliklərindəndir.Stenokardiya və ya “döş inağı”, adətən, döş sümüyünün arxasında tutmaşəkilli, sıxıcı, kəskin ağrı və narahatlıq hissi ilə, ağrının sol çənəaltı nahiyəyə, sol qola yayılması ilə müşayiət olunan xəstəlik halıdır. Bu ağrının yaranmasına səbəb ürəyi qidalandıran damarlarda qan dövranının pozulması və nəticədə oksigen çatışmazlığının baş verməsidir. Stenokardiya tutması bir çox hallarda ateroskleroz, koronar damar xəstəlikləri, fiziki və emosional gərginlik səbəbi ilə və ya idiopatik olaraq baş verir.

Risk amilləri
• Tütünçəkmə;
• Spirtli içkilərdən istifadə;
• Piylənmə (maddələr mübadiləsinin pozulması);
• Qan təzyiqinin yüksək olması;
• Şəkərli diabet (digər endokrin xəstəliklər);
• stress,emosional gərginlik

Patofiziologiyası
Patofiziologiyasının əsasında koronar damarlara bağlı olaraq baş verən işemiya durur. Elə xəstəliyin əsas əlaməti – döş sümüyü arxasındakı yandırıcı , göynədici ağrı da bununla əlaqədardır.

Klinik təzahürlər
Ağrı ən çox döş sümüyü arxasında hiss olunur. Bir çox hallarda da kürəkarası nahiyəyə, boyna, çənəyə, sol və sağ qola, epiqastral nahiyəyə irradiyasiya edə bilər.

Təsnifat
1. Stabil stenokardiya
2. Astabil stenokardiya
3. Mikrovaskulyar stenokardiya
Qeyd
Stenokardiyalı xəstələrin nəzərinə! Xəstəliyin proqnozunu yaxşılaşdırmaq, miokard infarktı və ölümün qarşısını almaq, simptomları azaltmaq və ya tam aradan qaldırmaq üçün stenokardiyalı xəstə bunlara əməl etməlidir:
• Spirtli içkilərdən və tütünçəkmədən imtina etməli;
• Yağlı qidalar qəbul etməməli (xolesterinsiz qidaya üstünlük verməli);
• Əsəb gərginliyindən uzaq olmalı;
• Qan təzyiqini daim nəzarətdə saxlamalı;
• Qanda şəkəri olan xəstələr daim endokrinoloq nəzarətində olmalı;
• Təmiz havada piyada gəzməli (ən azı gündə 30 dəq.);
• Müalicə rejiminə düzgün riayət etməli;
• Lazımi müayinələrdən vaxtında keçməli (EKQ, EXO, laborator müayinələr);
• Artıq bədən çəkisindən azad olmalı.

Stress

Stress – orqanizmdə əsəb sistemlərinin normal vəziyyətdən kənara çıxması.
Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq.

Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik.

Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stress. Tibb lüğətində stress adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir.

Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stress heç zaman olmayıb. Stress anlayışının müəllifi, Kanada alimi H.Selye hipofiz – böyrəküstü vəzi sistemini orqanizmin hər hansı fövqəladə təsirlərə qarşı adaptasiyasını təmin edən mexanizm hesab edirdi. Nevrologiya üzrə mütəxəssis, professor Mehmet Yavuz streslə bağlı uzun illərdir ki, səmərəli araşdırmalar aparır. Gəldiyi qənaətlər elə bilirik ki, hər kəs üçün faydalı hesab edilə bilər. O, insanların gündəlik iş həyatında stresdən uzaq durması və ya qurtarması üçün çox səmərəli təkliflər irəli sürür.

Stress səbəbləri
Psixoloqlar və psixiatrlar insanın somatik xəstəlikləri ilə şəxsi xüsusiyyətləri arasında, həmçinin yaşayış mühiti arasında asılılığın olduğunu müəyyən etmişlər. Məs: mədə xorası xəstələri üçün yüksək borc hissi, həyəcan, əsəbilik xasdır. Bu insanlara aşağı özünüqiymətləndirmə, həddən artıq kövrəklik, tez incimək, utancaqlıq, özünə inamsızlıq, həmçinin özünə qarşı yüksək tələbkarlıq xasdır.

Müəyyən edilmişdir ki, belə insanlar əslində bacardıqlarından daha çox etməyə çalışırlar. Onlarda çətinliklərin aradan qaldırılması güclü həyəcanla müşayiət olunur. Bu həyəcan gərginlik vəziyyəti yaradır ki, həmin gərginlik həzm orqanlarının və onların damarlarının divarlarının əzələlərində spazmaya səbəb olur. Bu isə onların qanla təchizini pisləşdirir və onların mədə şirəsi ilə həzminə müqavimətini azaldır. Bu da xora yaranmasına səbəb olur.

Müəyyən olunmuşdur ki, hadisələrin gələcək inkişafını görməyə çalışan, dəlil və sübutlarla stressorun neqativ gücünü azaldan, situasiyaya yumor hissi ilə yanaşan insanlar stresi daha yüngül keçirirlər. Psixi gərginlik, qorxu, təhlükə hissi, uğursuzluq insan üçün daha dağıdıcı stressordur. Məs: Titanikin batması zamanı xilasedicilər hadisə yerinə çox tez (3 saatdan sonra) çatmışdılar. Buna baxmayaraq sərnişinlərin əksəriyyəti qorxudan ölmüşdür. Ona görə də fransız həkimi A. Bombar öz kitabında yazırdı: əfsanəvi gəmilərin vaxtsız ölən qurbanları qorxudan ölürlər.
Aparılan tədqiqatlar nəticəsində insanların daha çox yaxın adamının itirdikdə, nigahı pozduqda və işi itirdikdə stresə məruz qalması məlum olmuşdur.

Next Post

Tinnitus

C Okt 23 , 2015
Tinnitus – xaricdə səs olmadan qulaqlarda səsin- küyün eşidilməsidir. Tinnitus özlüyündə xəstəlik olmayıb , bir neçə səbəbdən meydana çıxa bilən simptomdur . Qulaqlarda küy baş və qulaq travmaları,qulaqda iltihabi proseslər,beyin qan damarlarının ateroskleroz nəticəsində patoloji daralması ( belə daralma baş beyində qan dövranının pozulmasına gətirib çıxardır. Beyin damarlarının ateroskleroz xəstəliyi […]