İnsan papilloma virusu

İnsan papilloma virusu

İnsan papilloma virusu– İPV (HPV – Human papillomavirus) geniş yayılmış və cinsi yolla yoluxan infeksiyanı (CYYİ) törədən virusdur. İPV-nin çox sayda müxtəlif tipləri/növləri vardır. Müəyyən növləri genital (cinsi) nahiyədə, ziyillərin və xərçəngin əmələ gəlməsi daxil olmaqla, bir sıra sağlamlıq problemləri yarada bilər. Əksər hallarda klinik əlamətlər olmur və ya olduqda da sağalma 1-2 il müddətində özbaşına baş verir.

Bəzi hallarda problemlərin qarşısının alınması məqsədi ilə peyvəndlərdən istifadə edilir. Virus daşıyıcısı ilə cinsi əlaqədə (əsasən vaginal və ya anal) olduqda yoluxma baş verə bilər. Hətta virus daşıyan şəxsdə heç bir əlamət və ya simptom olmadıqda infeksiya ötürülə bilər. Bir cinsi partnyoru olduğu halda da, hər bir fəal cinsi həyatı olan insanın virusa yoluxması mümkündür. Xəstəliyin simptomları bir neçə ildən sonra inkişaf edə bilər və bu səbəbdən insanın yoluxma vaxtını təyin etmək çətindir.

Əksər hallarda İPV özbaşına keçir və hər hansı bir sağlamlıq problemi yaratmır. Ancaq bəzi hallarda genital şişuclu kondilomaların,ziyillərin və xərçəngin əmələ gəlməsinə səbəb ola bilər. Genital ziyillər kiçik və ya böyük ölçüdə, tək və ya qrup, yastı və ya ucu biz, yaxud gül kələmi formalarında müşahidə olunur. Tibb işçisi genital nahiyəni müayinə etdikdə onları asanca təyin edə bilər.nsanın “İPV statusunu” təyin edən test hələlik mövcud deyil.

Respublikadan xaricdə yalnız uşaqlıq boynunun xərçəngini təyin edə bilən İPV testləri/analiz mövcuddur. Bu testlər 30 və yuxarı yaşlı qadınlar üçün tövsiyə olunur. Kişilərə, yeniyetmələrə və ya 30 yaşa qədər qadınlara həmin testlər yaramır. Əksər hallarda İPV-yə yoluxan insanlarda heç bir əlamət və ya problemlər yaranmır və buna görə də onlar yoluxduqları barədə bilmirlər. Bəzilərində isə İPV-yə yoluxma halları aşağıda sadalanan vəziyyətlərdə aşkar olunur:
• Cinsiyyət üzvləri nahiyəsində ziyillər əmələ gəldikdə
• Qadınlarda uşaqlıq boynunun müayinəsi zamanı (Pap testin nəticələrində qeyri-adi hüceyrələrin tapılması)
• Xərçəng kimi başqa ciddi sağlamlıq problemləri yarandıqda.

You may also like...