Kontagioz mollyusk

контагиозный-моллюск

Kontagioz mollyusk

Kontagioz mollyusk. Göz qapaqları dərisi üzərində və qapaq kənarında muxtəlif ölçudə, ağ rəngli düyüncüklər görünür. Bunlar mərkəzdən bir qədər batıq olub, dibində qara nöqtə müşahidə olunur, kənarları dəri səviyyəsindən azca hündürə qalxır. Düyüncüyü sıxdıqda mərkəzindən həliməbənzər kütlə xarıc olur. Bu xəstəlik virus etiologiyalı olub keçicidir, bəzən kəskin konyunktivitlə ağırlaşır.

Müalicəsi cərrahi yolla aparılır.

You may also like...