Koronavirus, Coronavirus (COVID-19)

Koronavirus nədir və nə etmək lazımdır?

Çindən yayılmağa başlayan virus koronavirus ailəsinin yeni bir növüdür, əvvəllər insanların bu virusa yoluxması halları qeydə alınmayıb. Digər koronoviruslar kimi heyvanlardan insana keçmişdir. (COVİD-19) koronovirusu məhz insanların heyvanlarla sıx təmasda olan bir məkandan yayılması, bunu bir daha təsdiqləmiş olur.

Koronavirusa yoluxma əlamətləri?

Koronovirus (COVID-19) ağır pnevmoniya yarada bilən bir virusdur. Xəstələri müayinə edən zaman öskürək, bədən temperaturunun kəskin qalxması, nəfəsalmanın çətinləşməsi, boğulma əlamətləri qeydə alınmışdır.

Xəstəlik inkişaf etdikcə bir çox orqanların funksional çatışmazlığı halları baş verir. Virus etiologiyası olan pnevmoniyanın qarşısını adı antibiotiklərlə almaq mümkün deyil. Adi qrip əleyhinə olan preparatların da təsir göstərmir.

Belə olan halda yalnız immun sistemini gücləndirən dərman preparatlarından istifadə olunmalıdır. Orqanizmdə olan iltihabı proseslərin qarşısını alan, eyni zamanda orqanizmin gücünü zəiflətməyən antibiotik təyin edilməlidir. Daima bədən hərarətini stabilləşdirmək üçün vasitələrdən istifadə etmək tövsiyə olunur.

Məlumdur ki, koronavirus (COVID-19)  immun sistemi zəif olan və xəstə insanları daha tez yoluxdurur. Demək olar ki, sağlam insanların immun sistemi güclü olduğundan virusun öhdəsindən gəlir və xəstəlik inkişaf edə bilmir. Amma nəzərə almalısız ki, təkrar-təkrar qısa zamanda koronovirusla təmasda olacaqsınızsa yoluxma ehtimalınız artır.

Koronavirusdan necə qorunmaq olar?

Panik vəziyyətə düşmək olmaz! O zaman sizin orqanizminiz kəskin zəifləyir, orqanizmin müqaviməti azalır və virus daha sürətlə inkişaf edəcəkdir. Ruhdan düşməmək, mübarizə aparmaq, aktiv olmaq, sağlam qida qəbul etmək tövsiyə olunur.

Gigiyenik normalara əməl edin, xəstələrlə təmasda olmamağa çalışın, görüşən zaman əl tutmayın, öpüşməyin, yalnız salamlaşmaqla kifayətlənin.

Sadə yoluxucu xəstəliklərə yoluxmuş bütün xəstələr qoruyucu maskadan istifadə etməlidir. Etməlidir ki, sağlam insanları yoluxdurmasın.

Koronavirusun, daha çox yaşlı insanların orqanizmində sürətlə inkişaf edə bilməsi, göstərir ki, immun sistemi zəif olanlar koronovirusun hədəfidir. Ona görə də bu kateqoriyalı insanlar yoluxmamaq üçün insanların sıx olan məkanda olmamalı və yaxud qoruyucu tədbirlərini görməlidirlər.

Əgər bu xəstəliyin əlamətləri sizdə varsa qoruyucu maskadan istifadə edib, insanların sıx olan məkanı tərk edin, həkimə müraciət edin ki, xəstəliyinizi diferensiasiya etsin. Adi qripdirsə və yaxud digər yoluxucu xəstəlikdirsə, uyğun müalicə almalısınız, yox əgər koronavirus şübhəsi varsa xəstəxanaya yerləşdirilməlisiz.

İmmun sistemini gücləndirmək üçün nə lazımdır?

Meyvə və tərəvəzləri gündəlik rasionda artırmalısınız, sağlam yeməklərə üstünlük verməlisiniz.

Kifayət qədər yatmalısınız ki, bədəninizdə yorğunluq çıxsın və orqanizm özünübərpa prosesini başa vursun.

Yüngül idmanla məşğul olmalısınız ki, orqanizmin fəaliyyəti aktivləşsin.

Əsəbiləşmək, stress keçirtmək, aqressiv olmaq həmçinin orqanizmi zəiflədir!

Əziz oxucular! Hər zaman tədbirli olun. Tədbirli olun ki, yoluxmayasınız və ətrafınızda yaşayan insanları yoluxdurmayasınız. Belə bir gündə siz təkcə özünüzü deyil, hər kəsi düşünməlisiniz. Düşünməlisiniz ki, gözə görünməyən ölüm qapınızı döyməsin!

You may also like...