Öd daşı xəstəliyi

Öd daşı xəstəliyi — bütün dünyada və eyni zamanda Azərbaycandaçox geniş yayılmışdır. Demək olar ki, bir çox adamlarda öd daşlarının əmələ gəlməsi və xəstəliyin inkişafı üçün şərait vardır. Öd öz-özlüyündə litogen(daş əmələ gətirmə) xüsusiyyətə malikdir.

Ödün bu xüsusiyyəti və bir sıra şərait yaradan faktorlar (öd yollarının daralması, iltihabi dəyişikliklər, xəstələrin qidalanma xüsusiyyətləri və s.) ödün kristallizasiya ocağını yaradır, bu isə sonradan daşların əmələ gəlməsi ilə nəticələnir.
Öd kristalları bütün öd yollarında əmələ gələ bilər (qaraciyər daxili öd yolları, ümumi öd axarı və s.).

Yaranma səbəbləri
Xolesterin, qara və qəhvəyi öd daşlarının yaranma səbəbləri fərqlidir.

Xolesterin daşları
• Şişmanlıq – əsas risk amilidir və qaraciyərdə xolesterinin artıq dərəcədə hasil olunmasıyla bağdaşdır.
• Hamiləlik. Xoresterin daşları çox hamiləlik keçirmiş qadınlarda daha sıx rast gəlinir. Əsas təkanverici amilin hamiləlik zamanı yüksək progesteronun olması düşünülür. Progesteron öd kisənin yığılmasını azaldır, ödün kisədə uzunsürən ləngiməsi və qatılaşmasına gətirib çıxarır.
• Ödün durğunluğu
• Dərmanlar – estrogenlər, fibratlar, somatostatin analoqları
• İrsi meyillilik

Qara və qəhvəyi piqmentli öd daşları
Qara öd daşları aşırı dərəcədə hemolizlə (qırmızı qan hüceyrələrinin parçalanması) ilə müşahidə olunan xəstəliklərdə rast gəlinir: oraq hüceyrəli anemiya, irsi sferositoz, beta-talassemiya.

Next Post

Öd kisəsinin ləğvi

Bz Okt 25 , 2015
  Öd kisəsinin ləğvi ya Öd kisəsinin kəsilib götürülməsi (lat. cholecystectomy – сhole — öd, cyst — kisə, ectomy — kənarlaşdırmaq) — öd kisəsinin kəsilib götürülməsi ya kənarlaşdırılması məqsədi ilə icra edilən cərahi əməliyyatın adı. Öd kisəsinin kəsilib götürülməsi əməliyyatıminimal invaziv – laparoskopik ya da açiq üsulla icra olunur. Günümüzdə […]