Kəskin pankreatit– mədəaltı vəzin fermentativ autoliz prosesi nəticəsində ödemi və ya aseptik nekrozu ilə başlayıb ikincili irinli infeksiyanın qoşula bilməsi ilə xarakterizə olunan xəstəlikdir. KP pankreas toxumasının məhəlli və ya diffuz şəkildə destruksiyasına gətirib çıxara bilər ki, bu hal pankreonekroz adlanır. Bu zaman peritonarxası toxumanın da nekrozu müşahidə oluna bilər. […]

Kəskin böyrək çatışmazlığı Kəskin böyrək çatışmazlığı nədir? Kəskin böyrək çatışmazlığı (KBÇ)- böyrəklərin bir müddət zamanında öz funksiyasını yerinə yetirə bilməməsi deməkdir. Bunun nəticəsı olaraq böyrəklər (bax böyrəyin funksiyası) qanda olan zəhərli maddələri ixrac edə bilmir, vücüdün su və mineral (natrium ve kalium kimi ve s.) duzların tarazlığı pozulur ve s. […]

Kəskin bronxitin yaranma səbəbləri Kəskin bronxit – bronxların məhdud iltihabıdır. Öskürək və bəlğəm ən önəmli klinik əlamətləridir. Adətən yuxarı tənəffüs yollarının infeksiyası fonunda başlayır. Kəskin bronxitdə öskürəyin 5 gündən artıq davam etməsi ilə yuxarı tənəffüs yolu infeksiyasından fərqlənir. Kəskin bronxitin törədiciləri yuxarı tənəffüs yolu infeksiyasına səbəb olan viruslardır. İnfluenza A […]

Köndələlən mielit– nisbətən qısa müddətdə (bir neçə saatdan bir neçə günə kimi) başlayan onurğa beyninin müəyyən səviyyəsi ilə bağlı olan və struktur dəyişikliyi (məsələn, disk yırtığı) ilə müşahidə olunmayan sidik kisəsinə və bağırsaq funksiyasına nəzarətin pozulması ilə müşahidə edilən motor və sensor pozuntulardır. Bu DS-nin ilk təzahürü ola bilər, amma […]

Kontuziya (lat. contusio — zədə) — kəskin mexaniki təsir (hava,su və ya səs dalğaları, torpağa və ya suya zərbə və s.) nəticəsində orqanizmin ümumi zəifləməsi. Kontuziyanın xarakterik xüsusiyyəti yaddaş itkisidir (hətta komadır). Yüngül formalarda yaddaş itkisi dəqiqələrlə, ağır formalarda isə günlərlə və ya aylarla davam edə bilər. Yaddaş qayıtdıqdan sonra […]

Kompulsiya– pasiyent “qeyri-adi, fövqəltəbii” şəkildə onu qorxudan hadisənin, sarışan fikirlərlərin qarşısını almaq və ya həyəcanı, gərginliyi azaltmaq üçün etməyə ehtiyac hiss etdiyi fiziki və ya psixi hərəkətlərdir (rituallar). Fiziki kompulsiyalar – tez-tez əl yuma, qapıları bağlama və s. kimi kənardan hiss olunan təkrarlanan hərəkətlərdir. Psixi kompulsiyalar – kənardan hiss olunmayan, […]

Koksartroz – bud-çanaq oynağının zədələnməsi . Bud-çanaq oynağı bədən yükünü daşıdığı üçün aşınmağa və sıradan çıxmağa ən sıx məruz qalan oynaqlardandır. Bu xəstəlik tibb dilində koksartroz, el arasında duzlaşma olaraq bilinir. Bütün oynaqlar kimi bud-çanaq oynağının da həm oynaq başı, həm oynaq yuvası qığırdaqla örtülür. Qığırdaq səthi hamardır və iki […]

Klinik ölüm – insanın bir müddət ölüm halına oxşar hala düşməsidir. Ürək dayandıqdan beyin qabığı ölənə qədər keçən vaxt klinik ölüm adlanır. Ölüm klinik və bioloji olmaqla 2 mərhələyə bölünür. Belə ki, orqanizmdə oksigen çatışmazlığına ən az davamlı beyin qabığıdır. Ürək fəaliyyəti və tənəffüs dayandıqdan sonra 2-3 dəqiqə ərzində beyin […]

Klaster baş ağrısı– birincili baş ağrı forması olub, xüsusiyyətlərinə orbital, supraorbital, gicgah nahiyələrində və ya onların bir neçəsində cəmləşən intensiv, yalnız birtərəfli baş ağrıları aiddir. KBA-nın ən səciyyəvi əlamətlərinə aşağıdakılar aiddir: • həddindən artıq dözülməz olması • gündüz və gecə ərzində dəfələrlə təkrarlanması • üz nahiyəsində aydın vegetativ əlamətlərlə təzahür […]

Karsinoid sindromu az-az rast gəlinən xərçəng növü olan karsinoid şişlərin (sarımtıl və dairəvi formalı) bəzi maddələri (serotonin, morilin, prostoqlandinlər və s.) qana ifraz etməsi nəticəsində formalaşır. Karsinoid şişlər ən çox mədə-bağırsaq traktında, ağciyərlərdə, bəzən isə yumurtalıqlarda rast gəlinir. Mədə-bağırsaq traktında karsinoid şişlər daha çoxsoxulcanabənzər (appendikulyar) çıxıntı, nazik bağırsaqlar və düz […]