Beldə ağrı — insanlarda, xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən əlamətdir. Hesablamalar göstərir ki, hər dörd insandan biri bütün həyatları boyu bir dəfə də olsa bel ağrısından şikayətlənir. Bu insanların həkimə müracət etməsinə və ya işdən qalmasına ən çox səbəb olan şikayətlərdən biridir. Amma müəyyən sadə müalicəvi tədbirlərin və […]

Hər bir insan həyatının bu və ya digər anında qisaca da olsa baş ağrısı ilə qarşılaşır. Nüfuzlu bir Amerika İnstitutu tərəfindən aparılan sorğuda müəyyən edilib ki, iştirak edən hər dörd nəfərdən üçü keçən bir il ərzındə bir dəfə də olsa baş ağrısından şikayətlənib. Baş ağrısı diqqət mərkəzində saxlanılmalı bir şikayətdir […]

Ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) – tənəffüsün çətinləşməsi və təngənəfəsliklə müşayiət olunan həyat üçün təhlükə yaradan tam müalicə olumayan ağciyər xəstəliyidir. AXOX-un açıqlanması aşağıdakı kimidir: • ağciyərlərin – yəni, proses ağciyərlərdə baş verir • xronik – yəni proses uzun müddətli və tam sağalmayandır • obstruktiv – hava keçiriciliyinin qismən pozulması […]

Ayaq göbələyi – yoluxucu xəstəlik olub, ayaq barmaqlarının arasında əmələ gəlir. İlk zamanlar solğun ağ və sarı ləkələr kimi yaranır sonar isə xoşagəlməz və ağrılı bir problemə çevrilir. Ayaq göbələyinə adətən tez-tez tərləyən ayaqlarda daha çox rast gəlinir. Bədənin dərisindən asılı olaraq bu infeksiyanın müalicəsi bəzən asan bəzən isə həddindən artıq […]

Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir[1] Bu əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırar. Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır və […]

Ateroskleroz – arteriya intimasında plazma mənşəli aterogenik lipoproteinlərin toplanması nəticəsində yaranan iltihabi-fibroproliferativ prosesdir. Ateroskleroz ateromalar və ya ateromatoz və ya fibroz-yağlı lövhələr damar mənfəzinə doğru qabaran və mənfəzi daraldan, tunica medianı zəiflədən və ciddi ağırlaşmalar törədə bilən intimal zədələnmələrlə xarakterikdir. Ateroskleroz əsasən elastik tipli arteriyalarla (məs,aorta,yuxu və qalça arteriyaları)böyük və […]

Askaridoz — askarid adlı iri helmintlər tərəfindən törədilən qurd xəstəliyidir Törədici yumru qurdlara (Nematodoses) aiddir və ayrı cinslidir. Dişi askarida 20-40 sm, erkək askarida 15-25 sm-dir. Askaridoz geohelmintoz olub antroponoz hesab olunur. Son sahib və yeganə invaziya ocağı insandır. Yoluxma Yoluxma qurdun yumurtaları ilə baş verir. Askarid yumurtaları torpaqda uzun […]

Arterial hipertenziya – arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir. Arterial hipertenziya birincili və ikincili olur. Birincili arterial hipertenziya – Hipertoniya xəstəliyi ayrıca bir xəstəlik olub əsas və aparıcı əlaməti AT-in qalxmasıdır. İkincili arterial hipertenziya simptomatik hipertoniya adlanır və bu zaman arterial hipertenziya başqa xəstəliklər nəticəsində əmələ gəlir. Böyrək […]

Aqressiya (lat. aggredi – “hücum etmək” deməkdir) — bir canlı varlığın digər canlı varlığa fiziki və ya mənəvi hücum edərək zərər vermək istəməsi nəzərdə tutulrur. Aqressiya hər hansı əşyaya qarşı da yönələ bilər. Şərti olaraq aqressiyanı 2 növə bölürlər: Düşmənçilik məqsədilə, kiməsə zərər yetirmək üçün; İnstrumental -məqsədə çatmaq üçün; Uşaqlarda […]

Appendisit (lat. appendicitis) — korbağırsağın soxulcanabənzər çıxıntısının iltihabı. Qarın boşluğunun ən geniş yayılmış kəskin xəstəliyi hesab olunur. Yalnız südəmər uşaqlarda xəstəliyə təsadüf edilmir. Xəstəliyin ağır formaları daha çox ahıl və qoca insanlarda rastlanılır. Appendisit çox vaxt daima bağırsaqlarda qalan və normal həzm prosesi üçün lazım olan qarışıq qeyri-spesfik bakteriyaların fəaliyyəti […]