Prostat vəzinin adenoması

prostatefig012

Prostat vəzinin adenoması nədir?

Prostat vəzidə şişlərin əmələ gəlməsinə deyilir. Şişlər əvvəl çox xırda həcmdə olur, ciddi narahatlıq hissləri yaratmır. Lakin patoloji prosesin davam etməsi şişlərin böyüməsinə və tədricən sidik yolunu sıxmağa başlayır. Nəticədə sidik yolu daralır və siyimə aktı çətinləşir.
Adətən prostat adenoması xoşxassəli olur və metastaz vermir (yəni digər orqanlara yayılması baş vermir). Bu xüsusiyyətinə görə prostat adenoması prostat vəzinin xərçəngindən fərqlənir. Kişilərin bir qismi hələ aktiv cinsi fəaliyyəti dövründə prostat vəzinin adenoması problem ilə qarşılaşırlar.

Prostat vəzinin adenomasınin əlamətləri

Xəstəlik özünü çox zaman cinsi və sidik yolları xəstəlikləri kimi büruzə verir. Hələ xəstəliyin ilkin inkişafı mərhələsində xəstə müşahidə edir ki, gecələr tez-tez qalxmalı olur. Bir gecə ərzində bəzən 2-6 dəfəyə qədər ayaqyoluna gedir. Belə gərginliyin yaranması həmçinin onun psixi durumuna ciddi ziyan vurur və cinsi aktivliyin düşməsi problemi də yaradır.
Müalicə almayan xəstələrdə bir müddətdən keçdikdən sonra problem daha da dərinləşir və siyimə aktında kəskin çətinliklər yaranır. Xəstə hətta qarın əzələlərini gərmək məcburiyyətində qalır ki, sidiyə gedə bilsin. Lakin siyimə aktı ləngiyir və təzyiq olmadan xaric olur.
Xəstələr adətən qarnın aşağı hissəsində ağrıdan, sidik kisəsinin tam boşalmadığından və sidiyi saxlaya bilməməyindən şikayətlənirlər. Ağır hallarda isə sidiyin xaric olmasının qarşısı tamamilə alına bilər. Bu halda xəstəyə təcili tibbi yardım göstərilməlidir və dərhal sidik yoluna kateter qoyulmalıdır.
Eyni zamanda patoloji gərginliyi azaltmaq üçün xəstəyə dərhal müalicə təyinatı verilir. Xəstəliyin kəskin mərhələsi dövründə xəstə ciddi həkim nəzarəti altında aparılmalıdır. Həkim nəzarəti xəstəlik çəkilənə qədər davam etməlidir.
Adenoma, əsasən oturaq həyat tərzi sürən, soyuq yerdə davamlı oturan kişilərdə (məsələn, zehni işlə məşğul olanlarda) daha çox qeydə alınır. Bu səbəbdən yaşa dolmuş kişilərin əksəriyyəti həkimə müraciət etməli olurlar.
Hal-hazırda prostat vəzisinin adenoması müalicə olunan xəstəlik sırasındadır və çoxsaylı effektli müalicə metodları mövcuddur. Müalicə mövcud olan dərman preparatların köməyi ilə, və yaxud göstərişdirsə cərrahiyə əməliyyatı yolu ilə həyata keçirilir.
Əgər siz adenomaya xas olan əlamətləri özünüzdə görürsünüzsə heç vaxt müalicəni gecikdirməyin. Dərhal həkimə müraciət etməyiniz məsləhətdir. Özünüz sərbəst olaraq dərman preparatları da qəbul etməyin. Çünki kifayət qədər dərman preparatları var ki, qəbulu zamanı fəsadlar verə bilir.
Bəzən müalicənin intensiv aparılmasına baxmayaraq xəstəliyi nəzarətə götürmək mümkün olmur. Belə olan halda bir neçə müalicə taktikası tətbiq olunur. Əgər hər-hansı bir dəyişiklik baş vermirsə xəstəyə cərrahiyə əməliyyatı təklif olunur. Bu halda əməliyyat nə qədər tez aparılsa bir o qədər xəstə üçün yaxşıdır.
Ola bilər ki, xəstəlik əlamətsiz inkişaf etsin və problemlər xəstəni narahat etməsin. Əlamətsiz axın adətən xəstəliyin ilkin inkişaf mərhələsində qeydə alınır və xəstə ciddi narahatlıq hiss etmədiyindən həkimə müraciət etmir. Ona görə də yaşı 50-ni ötmüş hər bir kişi mütəmadi olaraq uroloq həkimin müayinəsindən keçməlidir.
Prostat adenoması diaqnozu vacib müayinədən keçəndən sonra qoyulur. Bir qayda olaraq uroloq həkim prostat vəzini əl ilə palpasiya, klinik analizlər (qan və sidik) və USM müayinəsindən sonra diaqnoz qoyur. Əgər həkim sizə prostat vəzinin adenoması diaqnozunu qoyarsa bu o deməkdir ki, təxirəsalınmaz müalicəyə başlamalısınız. Həkimin təyinatına əməl edin və müalicəni başa çatdırın.
Yadda saxlayın: prostat adenomasını nə qədər tez aşkarlayıb müalicəsinə başlasanız, bir o qədər də yarana biləcək problemlərdən uzaq olacaqsınız.

Prostat vəzinin adenomasının müalicəsi

Müalicə və profilaktika prinsipinə daxildir:
– dərman preparatların təyinatı
– müalicəvi bitki çayı
– müalicəvi bitki ekstraktı
– qida pəhrizi (xəstənin təbiətinə uyğun tərtib olunur)
– həyat tərzi ilə bağlı göstərişlər

Diqqət! Əgər müalicə almaq istəyirsinizsə həkimlə əlaqə yaradın və xəstəliyinizlə bağlı məlumatı göndərin. Sizinlə əlaqə yaratmaq üçün telefon nömrənizi qeyd edin.

Adınız və soyadınız (vacib)

Sizin E-mail (vacib)

Mövzu

Məlumat

You may also like...