Qaraciyər piylənməsi, Qaraciyər piylənməsinin müalicəsi

Qaraciyər001
Qaraciyərin piylənməsi nədir?

Qara ciyərdə piy yığılmasıdır. Ultrasəs müayinə (USM) zamanı piylənmənin yüngül və yaxud ağır formasını vizual olaraq görmək olur. Adətən müayinə edən həkim qara ciyərin piylənməsini görürsə, bir xəstəlik kimi “qaraciyərin piylənməsi” və yaxud “qaraciyərin piy distrofiyası” diaqnozunu təsdiqləyir.

Bu diaqnoz adətən qara ciyərinin strukturunda piy kütləsinin patoloji yığılması faktoru mövcud olduğu halda qoyulur. Çünki normada qaraciyərin strukturunda piy yığımı olmamalıdır. Bu patoloji proses inkişaf edərsə, o zaman piy kütləsinin tərkibində birləşdirici toxumalar əmələ gələcək.

Birləşdirici toxumaların əmələ gəlməsinə və artmasına fibrozlaşma prosesi deyilir. Qara ciyərin strukturunun fibrozlaşması onun funksional işinin faktiki olaraq tədricən dayandırılması deməkdir.

Bütün bunlara baxmayaraq qaraciyər yüksək özünü bərpa etmək xüsusiyyətlərinə malikdir. Düzgün müalicə metodunun tətbiqi və qida pəhrizi nəticəsində xəstəliyi müalicə etmək mümkün olur. Müalicənin effektivliyi isə xəstəliyin ağırlıq dərəcəsindən asılıdır.

Əgər müayinə zamanı bu diaqnoz sizə qoyularsa mütləq həkiminizlə məsləhətləşin, digər vacib müayinələrdən keçib müalicə alın. Müalicəni təxirə salmayın! Ola bilər ki, müəyyən mərhələdən sonra prosesi qaytarmaq mümkün olmasın. Hepatit, qaraciyərin sirrozu və xərçəngi kimi xəstəliklər inkişaf edə bilər.

Qaraciyər piylənməsi

Qaraciyər piylənməsinin səbəbləri:

Orqanizmdə gedən maddələr mübadiləsinin pozulması;
Hiss olunmaz dərəcədə fasiləsiz zəhərlənmə ( bu qəbul etdiyiniz qida, spirtli içkilər,  yaşayış mühiti və yaxud çalışdığınız işlə ilə bağlı ola bilər);
Şəkərli diabet xəstəliyi zamanı qanda şəkərin miqdarı vaxtında tənzimlənmədikdə;
Virus hepatitlərinin təsirindən;
Dərman preparatların nizamsız və təhlükəsiz rejimdən kənar qəbulu;
Orqanizmdə dəmirin miqdarının dəfələrlə artması;
Patoloji kökəlmə və s.

Qaraciyər piylənməsi

Qaraciyər piylənməsinin əlamətləri

Xəstəliyin ilkin inkişaf mərhələsində əlamətlər özünü vizual olaraq göstərmir. Lakin xəstəliyin inkişafına işarə ola biləcək əlamətlər var ki, özünüzdə hiss etdikdə həkimə müraciət etmək məsləhət görülür:
Həzm prosesinin tez-tez pozulması;
Ürəkbulanma;
Bəzən qusma;
Sağ qabırğaaltı nahiyədə ağırlıq hissləri.

Adətən bu əlamətləri xəstələr ciddi qəbul etmirlər və qəbul etdiyi qidaların keyfiyyətsiz olması və s. ilə əlaqələndirirlər. Xəstəlik tədricən dərinləşir və əlamətlərin sayı da artır. Xəstələr ümumi zəiflikdən, səbəbsiz yorğunluqdan, fiziki aktivliyin düşməsindən, sağ qabırğaaltı nahiyədə ağrının tapılmasından, boyun və qoltuqaltı nahiyələrdə tünd ləkələrin əmələ gəlməsindən (ləkələr bədənin digər nahiyələrində də ola bilər) şikayətlənirlər.

USM müayinəsi zamanı qaraciyərin strukturunda baş vermiş dəyişikliklərlə yanaşı qaraciyərin böyüməsini də görmək olur. Əgər bu kimi əlamətlər sizdə müayinə zamanı aşkarlanarsa müalicəni gecikdirmək olmaz! Tezliklə həkimə müraciət edin. Bu xəstəliyin müalicəsi ilə ilk növbədə hepatoloq həkim məşğul olur.

Diaqnozun təsdiqlənməsi üçün əlavə müayinələrdən keçmək lazım gələcək. Həkimin göndərişi ilə qanın klinik və biokimyəvi müayinəsi olunacaq. Xəstəliyin ağırlaşmış forması zamanı qara ciyərin biopsiyası təyin oluna bilər. Biopsiya zamanı qaraciyərin mikroskopik toxuması müayinə olunur.

Qaraciyər piylənməsi

Qaraciyər piylənməsinin müalicəsi

Qaraciyərin piylənməsinin müalicəsi uzunmüddətli aparılır. Xəstəyə xüsusi qida rejimi təyin olunur. Bəzi qida məhsullarından tam və ya qismən imtina etmək göstərişi verilir.
Xəstə bilməlidir ki, dərman preparatları ilə müalicə ilk günlər intensiv, sonra isə passiv formada 4-6 ay fasiləsiz aparılır. Müalicə dövründə pəhrizə riayət etmək vacib şərtlərdən biridir.

Müalicə prinsipinə həmçinin daxildir: müntəzəm fiziki aktivlik, müalicəvi əhəmiyyəti olan qida məhsulların rasionunda artırılması, orqanizmi toksiki maddələrlə qidalandıran mühitdən, işdən uzaqlaşma.

Diqqət! Əgər müalicə almaq istəyirsinizsə həkimlə əlaqə yaradın və xəstəliyinizlə bağlı məlumatı göndərin. Sizinlə əlaqə yaratmaq üçün telefon nömrənizi qeyd edin.

[contact-form-7 id=”1927″ title=”contact”]

Next Post

Arterial təzyiq xəstəliyi, Məsləhətlər

C Okt 2 , 2015
Xəstələr üçün Məsləhət 1. Artıq çəkini atmağa çalışın. Düzdür arterial təzyiq xəstəliyi mütləq artıq çəkili insanlarda olmur, amma müşahidələr göstərir ki, bu tip insanlarda xəstəlik üç-dörd dəfə çox qeydə alınır. Xəstəliyə tutulma ehtimalının yüksək olmasını nəzərə alıb qida rasionunuzu tənzimləyin. Qəbil etdiyiniz qida məhsulların növlərindən asılı olaraq çəki ata və […]