Qripdən qorunmağın ən asan yolu

Sağlam orqanizm üçün qrip virusu qorxulu deyil

Qışın gəlişi ilə orqanizmin qida maddələrinə olan tələbatı dəfələrlə artır. Bu tələbat kifayət qədər ödənilmədikdə orqanizm fiziki olaraq tükənir və eyni zamanda immun sistemi zəifləyir. İmmun sisteminin zəifləməsi orqanizmdə kök salmış xronik xəstəlik ocaqlarında infeksiyaların aktivləşməsinə səbəb olur.

Mövcud infeksiya ocaqları və kənardan qrip virusunun orqanizmə daxil olması, orqanizmin və immun sisteminin daha da zəifləməsinə səbəb olur. Nəticədə immun sistemi bütün gücünü virus infeksiyasına qarşı yönəldir. Digər infeksiyalar isə bu zaman müqavimətlə qarşılaşmadıqları üçün sürətlə yayılmağa başlayırlar. Adətən immun sistemi sərbəst olaraq virus infeksiyalarını məhv edilir. Lakin digər infeksiyaların yaratdığı fəsadlar qalmaqda davam edir. Sonda mütləq antibiotik tətbiq edib iltihab yaradan infeksiyaları məhv etmək mümkün olur.

Qrip virusuna qarşı tədbirlər

Bir çox ədəbiyyatlarda yazırlar: qrip xəstəliyi zamanı antibiotiklərdən istifadə etmək məsləhət görülmür. Bu yanlış məsləhətə əməl etmək xəstəliyi daha da dərinləşdirmək deməkdir. Çünki qrip virusu məhz yoluxucu xəstəliklərə yoluxmuş, immun sistemi zəifləmiş insanları tez zamanda yoluxdura bilir. Sağlam orqanizmdə immun sistemi kifayət qədər güclü olduğundan qrip virusları dərhal məhv edilir.

İlk növbədə yoluxucu infeksiyalardan müxtəlif təbii və ya qeyri tibbi vasitələrlə qorunmaq lazımdır. Bu mümkün olmadıqda isə mütləq antibiotik təyin olunmalıdır ki, patoloji proses dərinləşməsin və orqanizm zəifləməsin. Adətən prosesi dərinləşməmiş və masştabı böyüməmiş, az dozada iltihab əleyhinə antibiotiklərlə infeksiyaları məhv etmək olur və orqanizm zərər çəkmir.

Beləliklə hər zaman sağlam olan orqanizmdə immun sistemi yad cisimlərə dərhal reaksiya verir, bu infeksiyalardırsa onları məhv etməyə başlayır.

Artıq aydın oldu ki, iltihab əleyhinə antibiotiklər viruslara qarşı təsirsizdir. Amma virusların zədələdiyi ocaqlarda qısa zamanda iltihab ocaqları yarana bilir. Ona görə də virus olmayan infeksiyalara qarşı antibiotiklər tətbiq etmək lazımdır ki, proses dərinləşməsin və xəstə daha çox ziyan çəkməsin.

İlin soyuq aylarında iltihab xarakterli xronik xəstəliklərdən əziyyət çəkən insanlar ilk növbədə sağlamlığının qayğısına qalmalıdırlar. Bunun üçün keyfiyyətli qida məhsulları ilə qidalanmalı, orqanizm qida ilə yükləməməlidirlər, amma gün ərzində tələb olunan enerjini kompensasiya olunmalıdır. Fiziki aktiv olmayan insanlar isə gündəlik qidanı 4-5 dəfəyə kiçik həcmdə qəbul etməlidirlər.

İmmun sistemini gücləndirən qida məhsulları:

Sarımsaq – çiy və bişmiş halda yeməklərə qatılır.

Limon – çaya əlavə etməklə yanaşı ət tərkibli yeməklərə də qatılır.

Soğan – ən çox istifadə olunur. Yeməklərin əksəriyyətinə qatılır. Çiy və bişmiş halda qəbul olunur.

Yerkökü – bişmiş və çiy halda qəbul olunur. Gündəlik rasionda olması vacibdir.

Qarabaşaq – müxtəlif növ yeməklər hazırlanır. Gündəlik rasionda olması vacibdir.

Şirin bibər – çiy və bişmiş halda qəbul olunur. Qırmızı şirin bibərin faydası daha çoxdur.

Balıq əti – digər ət növlərini azaldıb üstünlüyü balıq ətinə verin.

Ədviyyatlar – bütün ədviyyatlar faydalı olduğundan onlardan hər zaman istifadə edin.

Badam qozu – gün ərzində az miqdarda olsa belə badam qozu qəbul edin.

İtburnu – gündə 1 dəfə olsa belə itburnu çayı qəbul etsəniz orqanizmin gücü dəfələrlə artacaq.

Bal – gün ərzində 1 xörək qaşığı miqdarında təbii bal qəbul edin. Çayı bal və yaxud xurma ilə qəbul etmək daha faydalıdır.

Yaşıl çay – gündə 1-3 stəkan yaşıl çay qəbul edin.

Müalicəvi çay

1 xörək qaşığı itburnu qozasını əzin və içindəki toxumlardan təmizləyin və 1 çay qaşığı yaşıl çay qarışdırın. Üzərinə 250 ml qaynar su əlavə edib çay kimi 20-25 dəqiqə dəmləyin.

Çay hazır olandan dərhal sonra 1 limonun yarısını çaya əlavə edin. 3-4 dəqiqədən sonra süzüb tərkibinə 1-1,5 çay qaşığı bal əlavə edin. Bu çayı gündə 1 dəfə səhər saatlarında tədricən qəbul edin.

Beləliklə siz immun sistemini gücləndirib bir çox xəstəliklərdən qurtula bilərsiniz. Həmçinin orqanizmin fəaliyyətini aktivləşdirib özünübərpasını sürətləndirmiş olacaqsınız.

Next Post

Kompüter qabağında əyləşənlər üçün vacib qida

Ça Dek 22 , 2015
Kompüter qabağında uzun müddət əyləşən hər kəs bilməlidir ki, diqqətini informasiya ilə zəngin kompüterə yönəltmək beyninizin iş fəaliyyətini dəfələrlə artırır. Siz az şey oxusanız belə gözünüzün qabağından keçən bütün informasiyaları beyniniz qəbul edir. Sadəcə həmin informasiyalar sizi maraqlandırmadığı üçün vizual informasiya halına keçmir. Lakin sizi hipnoz halına salsalar, göz önündən keçən […]