Sivilcə

Sivilcə — üz, çiyinlər, bel, sinədəki yağ bezləriylə əlaqəli dəri xəstəliyidir.14-20 yaş insanlar arasında daha çox yayılır və gənclər arasında psixoloji narahatlıqlara yol açır.Yağ bezlərinin kanalında tıxac yaranır və bu tıxacın başı daha da bərkiyib qaralır.

Bəzən, kanal tıxalı olduğu halda, bez, yağ ifraz etməyə davam edər və beləcə içərisi yağ dolu kist yaranar.Qara nöqtələrə tibbdə komedon adı verilir.Genetik tutarlılıq, stres, yağlı kosmetik məhsullar, hiperandrogenizm risk faktorları arasında sayılır.

You may also like...