Xərçəng

XerchengMetastazi

Xərçəng xəstəliyi faktiki olaraq müalicəsi mümkün olmayan xəstəliklər sırasına aid edilir. Mövcud müalicə metodları isə xəstənin həyatını mümkün vasitələrlə qeyri müəyyən müddət uzadılmasına yönəldilir.

Xərçəng xəstəliyi haqqında az da olsa məlumatı olan insanlar yaxşı bilirlər ki, xərçəng metastaz verdikdən sonra onu idarə etmək və nəzarətə götürmək çox çətin olur. Bu səbəbdən xəstənin ömrü dəfələrlə qısalır və xəstə yaşadığı illər ərzində xəstəliyin tam təsiri altına düşür. Xəstənin bu dövrdə nələr yaşadığını anlamaq çətin deyil. Detalları ilə xəstəliyi təsvir etmək xəstələrə əlavə sarsıntılar yaşadır və onların dərin depressiyaya düşmə ehtimalını artırır.

Əslində nəzər yetirsək görərik ki, insanı hədəf seçən o qədər ağır xəstəliklər var ki, xərçəng xəstəliyi kölgəsində itib-batır. Həmin xəstəliklər ağırlaşma verdikdə əlamətləri xərçəng xəstəliyindən daha ağır və həmin xəstəliklərdən ölənlərin sayı dəfələrlə çox olur.

Bəzən sadə bir xəstəlik başlanğıc mərhələsində ciddi şəkildə özünü büruzə vermir, lakin ağırlaşması ani olaraq insanın həyatını əlindən alır. Eyni ilə xərçəng xəstəliyi də metastaz yoxdursa xəstəni ciddi şəkildə narahat etmir. Hətta xərçəng xəstəliyi digər xəstəliklərdən fərqli olaraq yalnız inkişaf mərhələsinin son anında xəstəyə narahatlıq hissləri yaşadır.

İnsanların əksər hissəsində xərçəng xəstəliyi olsa da həmin insanlar ömrünün sonuna kimi xərçəngin onlarda inkişaf mərhələsində olmasından və yaxud mövcudluğundan xəbərsiz olurlar. Həmin insanlar adətən təbii ölümdən və yaxud başqa xəstəliklərdən dünyasını dəyişirlər. Bu bir daha göstərir ki, xərçəng heç də ağır bir xəstəlik deyil və onunla mübarizə aparmaq yolları mövcuddur.

Bir-iki misal çəkmək istərdim ki, daha aydın şəkildə anlayasınız. Məsələn, revmotoid artrit, miokard infarktı, beyin insultu, şəkərli diabetin ağırlaşması, skleroz, ağır sinir xəstəlikləri, fəqərəarası disk yırtığının verdiyi kəskin ağrılar və s. Bu xəstəliklərin xərçəng xəstəliyində olduğu kimi ağırlaşmaları olur və həmin ağırlaşmalar o dərəcədə ağır keçir ki, xəstə yaşamaq istəmir və ölümünü gözləyir. Bunu bilməyənlər və görməyənlər həmin xəstələrin nələr çəkdiyini heç təsəvvürünə belə gətirmirlər.

Revmatoid artrit – bu xəstəlik haqqına qısa da olsa bir məlumat oxuyun! Mütləq bilməyiniz vacibdir, ona görə ki, gələcəkdə bu xəstəliyin hədəfində olmayasınız. Revmatoid artrit kəskinləşəndə oynaqlarda peyda olan ağrıların şiddəti xəstənin ağlını başından alır. Xəstə günlərlə, aylarla, illərlə əzab-əziyyət çəkir. Revmatoid artrit revmatizm xəstəliyinin ağırlaşmalarından biridir. Xəstəliyi nəzarətə götürmək mümkün olsa da tam müalicəsi mümkün deyil. Səbəbi oynaqlarda və orqanizmdə baş vermiş dayanaqlı dəyişikliklərdir. Bu səbəbdən revmatizmi ilkin inkişaf mərhələsində müalicə etməlisiniz. O zaman müalicəsi tam olaraq mümkün olur.

Beyin insultu keçirtmiş insanın bəzən ətraflarının iflic olması, onun sərbəst olaraq tələbatını ödəyə bilməməyi, xəstənin kabusuna çevrilir və xəstə ölümünü arzulayır. Belə xəstələrini çox az sayı funksionallığını qismən bərpa edə bilir. Bu da dəqiq və intensiv müalicələr sayəsində əldə edilir. Xəstənin maddi imkanı qənaətbəxş olduğu halda mümkün ola bilir. Beyin insultu və ürək infarktı keçirmiş insanların həyat tərzi tamamilə dəyişilir. Xəstələr yeni həyat tərzi qurmalı və xəstəliyin tələblərinə uyğunlaşdırmalıdır.

Şəkərli diabetin ağırlaşması – çox ağır fəsadları vardır: ətraflarda, əsasən ayaqlarda qanqrenə, böyrək çatışmazlığı və s. Təsəvvür edin, nə dərəcədə ağır bir situasiyadır. Bilirsiniz ki, müalicəsi yoxdur və ayağınızı amputasiya edəcəklər və yaxud böyrəkləriniz çalışmanı dayandıracaq və s. Daha geniş məlumata ehtiyac yoxdur. Sadəcə şəkərli diabet xəstəliyi haqqında oxuyun.

Gördüyünüz kimi, xərçəng bu xəstəliklərə nisbətən az sayda insanlarda ağırlaşma verir. Ona görə də xərçəng xəstəliyini qeyri adi və müalicə olunmayan xəstəlik saymaq düzgün deyil. Bütün xəstəliklərin xərçəng xəstəliyi də daxil olmaqla müalicəsi var. Sadəcə necə və nə vaxt müalicə almağınızı bilməlisiniz.

You may also like...