Yuxusuzluq sindromu

Gün ərzində gərgin iş rejimindən sonra özünüzü kifayət qədər yorğun hiss edir, düşünürsünüz ki, yatağa uzanan kimi dərin yuxuya gedəcəksiniz. Amma heç də istəyiniz kimi olmur, hər kəs dərin yuxuda ikən hələ də yuxunun gəlməməyi sizi narahat etməyə başlayır.

Yuxusuzluq sindromu sizi narahat etməyə başlayıbsa, ilk növbədə yataq otağınızdakı mühitə dəyişiklik etməlisiniz. Otaqda sizi qane edən rahat atmosferi yaradın, havasını tez-tez dəyişin. Qışdırsa otaqda münasib isti, yayda isə sərin hava olmalıdır. Yorğan-döşək də rahatlıq gətirməlidir, nə bərk, nədə ki, çox yumşaq olmamalıdır. Gecənin sükutunu poza bilən səslər, pəncərədən daxil olan işıq və s. olmamalıdır. Bu tələblər bütün hallarda vacibdir.

Yuxusuzluq sindromu ilə  bağlı internetdə və yaxud tibbi ədəbiyyatlarda kifayət qədər informasiya vardır. Amma oxucular yazırlar ki, biz o yazıları oxuyuruq amma konkret olaraq düşdüyümüz situasiyadan necə çıxmağın yolları göstərilmir. Sizinlə tamamilə razıyam, ona görə də hər kəsə aydın olsun deyə elmi deyil sadə dildə yuxusuzluğun nə olduğunu sizə izah etməyə çalışacağam.

Yuxusuzluq sindromdur yəni xəstəlik deyil, xəstəlik əlaməti ola bilər. Yuxusuzluq sindromu təsadüfi, qısamüddətli və xroniki formada ola bilir.

Təsadüfi yuxusuzluq sindromu

Təsadüfi yuxusuzluq nədir? Adətən hər kəsdə ola bilir və tez-tez rast gəlinən formalardan biridir. Məsələn, bir hadisə baş verib və bu olay beyninizə həkk olub. Bir müddət baş vermiş hadisənin təsiri altına düşürsünüz. Belə olan halda beyniniz bir film kimi hadisəni təkrar-təkrar göz önünə gətirir. Siz bu hadisəni heç cür başınızdan rədd edə bilmirsiniz.

Çoxları yəqin ki, fikirləşir: axı heç bir hadisə baş verməmişdi, amma gecə yuxusuzluqdan yata bilmədim. Mütləq deyil ki, bir ciddi xarakterli hadisə baş versin. Elə şeylər var ki, onları yalnız özünüz bilirsiniz və sizi narahat edən məqamlar ola bilir. Belə məqamlar daxilinizdə gərginliyə səbəb olur və daxili konflikt yaranır. Məsələn, sizə bağlılığı ola bilən xoşagəlməz bir olayı eşidirsiniz, bu zaman beyninizdə bir canlanma baş verir və yaxud istəyinizə gün ərzində cavab ala bilmirsiniz və s. Adətən cavabı ləngiyən bütün məsələlər müvəqqəti narahatlıq hissləri yaradır. Əgər təsadüfi situasiyalar gecə saatlarına baş verirsə cavab almayınca narahatlıqdan əziyyət çəkəcəksiniz və hal sizin yuxusuzluğunuza səbəb olacaq.

Yuxusuzluq sindromu

Təsadüfi yuxusuzluğa səbəb ola biləcək faktorlar çoxdur. Ümumilikdə yəqin ki, fikrimi tuta bildiniz. Özünüz bir qədər vəziyyəti anlamağa çalışın və dərhal başa düşəcəksiniz. Bilirsiniz ki, hətta ünvanınıza deyilən xoşagəlməz bir söz belə həmin günü yuxusuzluğunuza səbəb ola bilər .

Təsadüfi yuxusuzluğa qarşı dərman preparatları tətbiq olunmur. Adətən yaranmış vəziyyətdən hər kəs özü çıxır. Amma ola bilər ki, həssas insansınız. Sizə aidiyyəti olan xoşagəlməz faktorları dəf edə bilmirsiniz. Məlum situasiyalardan biridir. Bu zaman sakitləşdirici dərman preparatlarından qəbul edə bilərsiniz. Müxtəlif növ sakitləşdiricilər vardır, amma bitki məşəli preparatlardan istifadə etmək məsləhət görülür. Dərmandan yalnız yuxusuzluq problemi olduğu halda qəbul olunur.

Bəzən hər-hansı bir situasiya düşən kəs sarsıntı yaşayır və özünü heç cür əla ala bilmir. Belə olan halda proses bir neçə gün davam edir. Bu zaman qısamüddətli yuxusuzluq sindromu yaranır.

Qısamüddətli yuxusuzluq sindromu

Qısamüddətli yuxusuzluq sindromu adətən bir neçə gün davam edir. Çox zaman sərbəst olaraq və yaxud tibbi müdaxilədən sonra keçib gedir. Qısamüddətli yuxusuzluğa səbəb təsadüfi yuxusuzluğun dərinləşməsi və yaxud xəstəliklərlə bağlı qəbul olunan dərman preparatları ola bilər. Vəziyyəti idarə etməyi bacaran insanlarda yuxusuzluq problemi bir neçə gün ərzində həll olunur. Amma hər kəsin iradəsi yetərincə güclü deyil və düşdüyü situasiyadan sərbəst olaraq çıxa bilmir.

Yuxusuzluq sindromu

Bu insanların həyatında baş verən hadisələrin nə dərəcədə mühüm olub-olmamağından asılıdır. Əgər insan beyninə dərin iz qoya biləcək bir situasiyadırsa onda sizin yaşadığınız dərin sarsıntı ola bilər. Belə vəziyyətə düşən insana daha ciddi xarakterli yardımlar göstərilməlidir. Yardımı situasiyaya əks arqument ortaya qoymağı bacaran və həmin arqumenti ehtiyacı olan insanın beyninə yeridə bilən psixoloq olmalıdır. Bəzi hallarda Həkim psixiatrın köməyindən də yararlanmaq lazımdır.

Qısamüddətli yuxusuzluq sindromunu yaşayan insanların əksəriyyəti nə psixoloq, nədə ki, psixiatr həkimin xidmətindən vaxtında yararlanmır. Düşünür ki, mən sağlamam, amma təkcə yuxusuzluğum var. Doğrudur, siz xəstə deyilsiniz, amma düşdüyünüz bir situasiya var. O situasiyadan sərbəst olaraq çıxa bilmədiyinizi görürsünüzsə Psixoloqa müraciət edin. Düşünməyin ki, Psixoloqa ehtiyacınız yoxdur! Psixoloqa hətta heç bir problemi olmayan, özünü  sağlam bilən hər kəs müraciət edə bilər! Psixoloq insan həyatının bilicisi, onun düşdüyü situasiyaları analiz etməyi bacaran insana deyilir.

Xroniki yuxusuzluq sindromu

Xroniki yuxusuzluq sindromu adətən vaxtında yuxusuzluğa qarşı tədbir görməyən insanlarda inkişaf edir. Yuxusuzluğa səbəb aldığınız fiziki travma deyilsə, normal yuxu rejiminə qayıtmağınıza ehtimal 100%-dir.

Xronik yuxusuzluq adətən təsadüfi və ya qısamüddətli yuxusuzluqdan sonra inkişaf edir. Həftələr, aylar və illərlə davam edən yuxusuzluğa orqanizm tədricən öyrəşir. Vəziyyətdən çıxış yolları var və çoxdur. Amma hər kəs təklif olunan üsullardan istifadə edib yuxusuzluq sindromuna qarşı çıxmır.

Yuxusuzluqdan əziyyət çəkən insanların əksəriyyəti yuxugətirici dərmanlara üstünlük verirlər. Bir müddət belə dərmanları qəbul edən şəxsin orqanizmi qəbul etdiyi maddəyə öyrəşir və daha güclü vasitələrdən istifadə etməyə başlayır. Beləliklə yuxusuzluq sindromu xəstəlik fazasına keçir. Belə xəstələri müalicə etmək də çətinləşir və onların psixonevroloji durumunda problemlər yaranır.

Yuxusuzluq sindromu

Yuxarıda qeyd etdiyimi bir daha təkrarlayıb deyirəm. Yuxusuzluğun 100% müalicəsi var. Sadəcə Psixoloq və Psixiatr həkimin tövsiyələrinə dəqiq əməl edin. İradənizin sayəsində çox şeyə qadir olduğunuzu düşünün. Özünüzü xəstə sayıb düşdüyünüz vəziyyətlə barışmayın. Baş vermiş hadisələrin qaytara bilməyəcəyinizi qəbul edin. Ürəyinizi və beyninizi oynada biləcək hadisələri qəlbinizə yaxın buraxmayın.” Olmuşa çarə yoxdur” deyib üstündən xətt çəkin.

Yuxusuzluq sindromuna qalib gəlmək üçün üsullardan birini sizə təqdim edirəm. Çox sadə üsul olmağına baxmayaraq yuxusuzluq probleminizi bir neçə gün ərzində həll edə bilərsiniz.

Hər gecə yorğan-döşəyə uzanandan sonra gözlərinizi yumub 4-5 dəqiqə ərzində aramla nəfəsinizi alıb-verin. Sonra gözüyumulu vəziyyətdə bir qara nöqtəyə baxıb saymağa başlayın. Diqqət! Nəfəsi çəkdiniz, nəfəsi verəndə diqqətinizi ürəyinizə yönəldib on, … doqquz, … səkkiz, … yeddi, … altı, … beş, … dörd, … üç, … iki, bir və yenidən təkrarlayın. Bunu neçə dəfə təkrarlayacaqsınız fərqi yoxdur. İradəniz sayəsində bunu edərsinizsə qısa zamanda yuxulayacaqsınız. Yuxunuz şirin olsun!

Bu mövzu oxucularımızın xahişi ilə hazırlanmışdır

Mövzu ilə bağlı sualı olan hər kəs bizə yaza bilər.

Bizimtebib.az saytının e-mail: [email protected] ünvanına xəstəliyin adını yazıb göndərin. İlk iyirmi və daha çox səs toplayan mövzu qısa zamanda hazırlanıb sizə təqdim olunacaq.

Şəfahət Həsənov

 

You may also like...