Alaliya

Alaliya bütün nitq komponentlərinin, yəni fonetik –fonematik, leksik, qrammatik quruluşu pozulan nitqin sistemli geriliyidir.

Alaliya nədir?
Alaliya erkən uşaqlıq çağlarında nitqin inkişafdan geri qalmasıdır. Alaliya (a- latınca inkar deməkdir və lalio –nitq, danışmaq, nitqin olmaması kimi tərcümə olunur). Alaliyalı uşaqlarda nitq tamamilə inkişaf etmir, yaxud kobud pozuntularla inkişaf edir.

Alaliyanın səbəbi
Mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində yaranır. Bir çox hallarda alaliyanın yaranma səbəbi doğuş zədələri, həmçinin 1,5 yaşına qədər uşaqlarda baş beyin qabığının nitq sahələrinin zədələnməsinə gətirib çıxaran baş beynin zədələnməsi xəstəliyi ola bilər

Alaliyanın növləri
Nitq mərkəzlərinin zədələnməsindən asılı olaraq nitqin inkişaf etməməsi başqasının nitqinin başa düşülməsi ilə xarakterizə olunan motor alaliya və nitqin qavranılmasının pozulması ilə səciyyələnən sensor alaliyaya ayrılır.

Motor alaliya
Motor alaliya-dil əməliyyatlarının formalaşmaması ilə səciyyələnən ekspressiv nitqin inkişaf etməməsidir. Nitq-hərəkəti analizatorlarının və onun ötürücü yollarının sonunun zədələnməsi səbəb olan nitq hərəkəti analizatorunun fəaliyətinin inkişafdan geri qalması, yaxud pozulması motor alaliyanın yaranmasının əsas səbəbidir. Motor alaliya afferent və efferent olur. Afferent alaliyada nitqin pozulması mexanizmi kinestik apraksiya, efferent alaliya isə genetik apraksiyaya gətirib çıxarır. Motor alaliyada nitqin fonetik-fonematik, leksik-qrammatik quruluşu pozulur. Nitq aparatının hərəkəti koordinasiyası formalaşmır. Artikulyasiya hərəkəti və əməliyyatlarının icra edilməsi mümkünsüzlüyü müşahidə olunur. Sözlərin, ifadələrin tələffüzü pozulur. Nitqin tempi, ritmi, formalaşmaması ilə səciyyələnir. Lüğət ehtiyatı uşaqlarda zəif inkişaf edir, nitqdə düzgün istifadə olunmur. Qrammatik quruluş ləng mənimsənilir, sintaktik konstruksiyalar primitivliyi ilə fərqlənir. Ünsiyyətdə nitq anlaşılmaması olur, ümumi nitq fəallığının pozulması ilə şərtlənir. Motor alaliyada nitqin tam pozulması da müşahidə olunur. Bu xəstəlikdə ümumi hərəkət kobudluğu, lənglik, uyğunsuzluq, hərəkətlərin tormozlanması müşahidə olunur. Bir çox hallarda əqli inkişafda gerilik özünü göstərir. Onlar psixo-fiziki tormozlanma, diqqətsizlik, emosional-iradi zəifliyi xarakterizə edilir. Nitq passivliyi ümumş anlayışların qavranılmasını çətinləşdirir. Alaliya-tibbi-psixoloji-pedaqoji problemdir.

Sensor alaliya
Sensor alaliyada eşitmənin yaxşı olmasına baxmayaraq uşaqlarda ətrafdakıların nitqinin dərk edilməsi pozulur, sözlərin mənası və səslənməsində uyğunsuzluq müşahidə olunur, impressiv nitq inkişaf etmir. Eşitmə nitq analizatorlarının qabığının (vernike mərkəzi) və onun ötürücü yollarının zədələnməsi bu xəstəliyin yaranma səbəbi ola bilər. Əsas nitq simptomları: nitqin qavranılmasının pozulması, sözlə onu bildirən əşya, hərəkətlər arasında uyğunsuzluq (qapalı akupatiya adlanır), səslərə qarşı həssaslıq, yəni hiperakuziya, başqalarının diqqətini cəlb etməyən səslər onların diqqətini cəlb edir (su damcılarının səsləri, kağız xışıltısı). Bu sensor alaliyalı uşaqları zəif eşidənlərdən fərqləndirir. Exolaliya müşahidə oluna bilər. Sensor alaliyalı uşaqların səsləri normaldır, sözlər və səslər normal modulyasiya olunur və intonasiyalıdır, zəif eşidən uaqların səsi zəif olur.

Next Post

Albinizm

Вт Окт 13 , 2015
Oxundu: 658 Albinizm cəmiyyətimizdə nadir rast gəlinən, lakin insanların marağına səbəb olan nadir xəstəliklərdən biridir. Belə insanlar dərisi ağ rəngli olmaqla, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər. Onlar elmi dildə “albinos” adlanır. Bu söz latın dilində «alba» sözündən törəyib və “ağ” mənasına gəlir. Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə […]

Faydalı yazılar