Albinizm

Albinizm cəmiyyətimizdə nadir rast gəlinən, lakin insanların marağına səbəb olan nadir xəstəliklərdən biridir. Belə insanlar dərisi ağ rəngli olmaqla, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər. Onlar elmi dildə “albinos” adlanır. Bu söz latın dilində «alba» sözündən törəyib və “ağ” mənasına gəlir. Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə də, bəziləri insanların reaksiyalarına alışdığını söyləyir.Albinizm anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunur. Mütəxəssislər albinizmi xəstəlik hesab etmirlər. Albinizmin səbəbi dəridə Melanin əmələ gətirən melanositlərin çatişmazlığı, və ya olmamasıdır.

Xəstəliyin əsas xarakterik əlamətini törədən amil melanin piqmentinin olmaması və ya catışmazlığıdır. Səbəblərinə isə hipofizin orta payının Melanosit stimuləedici hormon (MSH) və dəridə melanositlərin, hansı ki dəriyə rəng verən piqmenti-melanini əmələ gətirirlər, funksiyasını yerinə yetirə bilməməsi -funksional çatışmazlığıdır.

Alimlərin araşdırmasına görə, Avropada hər 20.000-dən biri, dünyada isə hər 17.000 insandan biri ağ dərili, ağ saçlı, qırmızı gözlü albinoslardır. Ən çox albinos Nigeriyadadır. Nigeriyada hər 3000 adamdan biri albinosdur. Albinizm irsidir və müalicəsi yoxdur. Onların dünyayabu cür gəlmə səbəblərini heç kim dəqiq izah edə bilmir. Bəzi mülahizələrə görə bu gendə olan mutasiya ilə bağlıdır. Albinosların gözləri zəif və işığa həssas olur. Rəngi isə geyimlərinin rənginə görə, dəyişir. Eyni zamanda onlar dəri xərcənginə meyillidirlər. Sağlamlıq, intelekt və yaşam müddətinə görə, digər insanlardan fərqlənmirlər.

Albinizmə nəyinki insanlar, hətta heyvanlar arasında da rast gəlinir. Alimlərin araşdırmasına görə 10.000 heyvandan biri albinosdur. Bəzi ölkələrdə albinoslar aşkar ayrıseçkiliyə məruz qalırlar. Tanzaniyada albinosları dini mərasimlərdə öldürürlər. Hesab edirlər ki, onların daxili orqanları bəzi xəstəliklərin aradan qaldırılmasına və cadügərliyə kömək edir.

Next Post

Alkoqol deliriyası

Вт Окт 13 , 2015
Oxundu: 256 Alkoqol deliriyası — titrəmə ilə müşahidə olunur və xəstənin çox həyəcanlı bir vəziyyəti kimi ortaya çıxır. Alkoqolik şəxsin belə bir vəziyyəti yuxarıda izah edilən və alkoqoldan irəli gələn fiziki asılılıqdan ibarətdir. Demək olar ki, bütün alkoqolik şəxslərdə içkinin ardı kəsildikdən sonra müşahidə edilir. Xəstə bu zaman gözünün qarşısında […]

Faydalı yazılar