Appendisit

Appendisit (lat. appendicitis) — korbağırsağın soxulcanabənzər çıxıntısının iltihabı. Qarın boşluğunun ən geniş yayılmış kəskin xəstəliyi hesab olunur. Yalnız südəmər uşaqlarda xəstəliyə təsadüf edilmir. Xəstəliyin ağır formaları daha çox ahıl və qoca insanlarda rastlanılır. Appendisit çox vaxt daima bağırsaqlarda qalan və normal həzm prosesi üçün lazım olan qarışıq qeyri-spesfik bakteriyaların fəaliyyəti ilə əlaqədər baş verir. Qeyri-spesfik bakteriyalardan, bağırsaq çöplərinə üstünlük təşkil edir.

Müalicəsi çərrahi müdaxilə yoluilə aparılır. Əməliyyat özü appendektomiya adlanır. Əməliyyat özü iki üsulla icra oluna bilər: 1)açıq üsul yəni qarın boşluğunun yarılması; 2) laparoskopik yəni minimal invaziv üsul. Laparoskopik üsulla appendektomiya qarın boşluğu yarılmadan ora göbək nahiyyəsindən inçision-punktion yolla daxil edilmiş optik cihaz və qarının aşağı iki yan tərəflərindən inçision-punktion yolla daxil edilmiş iki köməkçi alətlər vasitəsilə manitorda müşahidə aparmaqla icra olunur.

Next Post

Aqressiya

Ça Okt 13 , 2015
Oxundu: 176. 163 Aqressiya (lat. aggredi – “hücum etmək” deməkdir) — bir canlı varlığın digər canlı varlığa fiziki və ya mənəvi hücum edərək zərər vermək istəməsi nəzərdə tutulrur. Aqressiya hər hansı əşyaya qarşı da yönələ bilər. Şərti olaraq aqressiyanı 2 növə bölürlər: Düşmənçilik məqsədilə, kiməsə zərər yetirmək üçün; İnstrumental -məqsədə çatmaq […]