Ateroskleroz

Ateroskleroz — arteriya intimasında plazma mənşəli aterogenik lipoproteinlərin toplanması nəticəsində yaranan iltihabi-fibroproliferativ prosesdir. Ateroskleroz ateromalar və ya ateromatoz və ya fibroz-yağlı lövhələr damar mənfəzinə doğru qabaran və mənfəzi daraldan, tunica medianı zəiflədən və ciddi ağırlaşmalar törədə bilən intimal zədələnmələrlə xarakterikdir.

Ateroskleroz əsasən elastik tipli arteriyalarla (məs,aorta,yuxu və qalça arteriyaları)böyük və orta ölçülü əzələ tipli arteriyalarda (məs, koronar və dizaltı arteriayalar) olur.

Aterosklerozun yaranmasının və sonrakı inkişafının qarşını alan əsas faktorlar aşağıdakılardır:

  • xəstəliyin profilaktikası, düzgün və vaxtında müalicə olunması;
  • siqaret və alkoqol içkilərdən imtina etmək;
  • arterial təzyiqin və qanda şəkərin miqdarının normallaşdırılması;
  • ürək-damar sisteminin fəaliyyətini möhkəmləndirən, arterial təzyiqi normallaşdıran və s. qoruyucu dərman preparatlarının qəbul edilməsi;
  • düzgün qidalanma (rasionda duzlu, yağlı, qızardılmış yeməklərin kəskin şəkildə məhdudlaşdırılması; təzə meyvə, tərəvəz, sıyıqlar, yağsız süd məhsullarına əsas yer verilməsi);
  • artıq çəki ilə mübarizə aparmaq;
  • fiziki aktivlik.

Next Post

Autizm

Вт Окт 13 , 2015
Oxundu: 159 Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir[1] Bu əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırar. Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca […]

Faydalı yazılar