Ayaq göbələyi

Ayaq göbələyi – yoluxucu xəstəlik olub, ayaq barmaqlarının arasında əmələ gəlir. İlk zamanlar solğun ağ və sarı ləkələr kimi yaranır sonar isə xoşagəlməz və ağrılı bir problemə çevrilir.

Ayaq göbələyinə adətən tez-tez tərləyən ayaqlarda daha çox rast gəlinir. Bədənin dərisindən asılı olaraq bu infeksiyanın müalicəsi bəzən asan bəzən isə həddindən artıq çətin ola bilər.

Xəstəliyin əlamətləri

Dözülməz dərəcədə qaşınma.
Ayağın formasında hiss olunan dəyişikliklər.
Ayaqda səpkilər və onların sulanması.
Yaranma səbəbləri

Göbələklər canlı qalması üçün gün işığına ehtiyacı olmayan mikroskopik canlılardır. Bu növ canlıların əsas yaranma mənbəyi rütubət və isti yerlerdir ki,tərləyən ayaqlarda bunun üçün ideal məkandır.

Müalicəsi

Bu xəstəliyin müalicəsində ən çox əsasən, göbələk əleyhinə kremlərdən istifadə olunur, lakin bunlar o qədər də effektiv olmurlar. Ən təsirli və çox istifadə olunan mazlar isə aşağıdakılardır:

Itraconazole (İtrakanazol)
Fluconazole (Difloks)
Terbinafine (Lamisil)

Next Post

Ağciyərlərin xroniki obstruktiv xəstəliyi

Ça Okt 13 , 2015
Oxundu: 113 Ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) – tənəffüsün çətinləşməsi və təngənəfəsliklə müşayiət olunan həyat üçün təhlükə yaradan tam müalicə olumayan ağciyər xəstəliyidir. AXOX-un açıqlanması aşağıdakı kimidir: • ağciyərlərin – yəni, proses ağciyərlərdə baş verir • xronik – yəni proses uzun müddətli və tam sağalmayandır • obstruktiv – hava keçiriciliyinin […]
Open chat