Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir[1] Bu əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırar. Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır və […]

Ateroskleroz – arteriya intimasında plazma mənşəli aterogenik lipoproteinlərin toplanması nəticəsində yaranan iltihabi-fibroproliferativ prosesdir. Ateroskleroz ateromalar və ya ateromatoz və ya fibroz-yağlı lövhələr damar mənfəzinə doğru qabaran və mənfəzi daraldan, tunica medianı zəiflədən və ciddi ağırlaşmalar törədə bilən intimal zədələnmələrlə xarakterikdir. Ateroskleroz əsasən elastik tipli arteriyalarla (məs,aorta,yuxu və qalça arteriyaları)böyük və […]

Askaridoz — askarid adlı iri helmintlər tərəfindən törədilən qurd xəstəliyidir Törədici yumru qurdlara (Nematodoses) aiddir və ayrı cinslidir. Dişi askarida 20-40 sm, erkək askarida 15-25 sm-dir. Askaridoz geohelmintoz olub antroponoz hesab olunur. Son sahib və yeganə invaziya ocağı insandır. Yoluxma Yoluxma qurdun yumurtaları ilə baş verir. Askarid yumurtaları torpaqda uzun […]

Arterial hipertenziya – arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir. Arterial hipertenziya birincili və ikincili olur. Birincili arterial hipertenziya – Hipertoniya xəstəliyi ayrıca bir xəstəlik olub əsas və aparıcı əlaməti AT-in qalxmasıdır. İkincili arterial hipertenziya simptomatik hipertoniya adlanır və bu zaman arterial hipertenziya başqa xəstəliklər nəticəsində əmələ gəlir. Böyrək […]

Aqressiya (lat. aggredi – “hücum etmək” deməkdir) — bir canlı varlığın digər canlı varlığa fiziki və ya mənəvi hücum edərək zərər vermək istəməsi nəzərdə tutulrur. Aqressiya hər hansı əşyaya qarşı da yönələ bilər. Şərti olaraq aqressiyanı 2 növə bölürlər: Düşmənçilik məqsədilə, kiməsə zərər yetirmək üçün; İnstrumental -məqsədə çatmaq üçün; Uşaqlarda […]

Appendisit (lat. appendicitis) — korbağırsağın soxulcanabənzər çıxıntısının iltihabı. Qarın boşluğunun ən geniş yayılmış kəskin xəstəliyi hesab olunur. Yalnız südəmər uşaqlarda xəstəliyə təsadüf edilmir. Xəstəliyin ağır formaları daha çox ahıl və qoca insanlarda rastlanılır. Appendisit çox vaxt daima bağırsaqlarda qalan və normal həzm prosesi üçün lazım olan qarışıq qeyri-spesfik bakteriyaların fəaliyyəti […]

Aortal çatışmazlıq (və ya aortal qaytarma, requrgitasiya) – qanın aortal qapaqdan axının əks istiqamətində aortadan sol mədəciyə sızması sonucunda əmələ gələn ürək qüsuru. Aortal çatışmazlıq qapaqlardakı və ya aortanın kökündəki (başlanğıcında) anormallıqlar nəticəsində meydana gələ bilər. Etiologiya Kəskin aortal çatışmazlığın (AÇ) səbəbləri aşağıdakılar ola bilər: infeksion endokardit aortal disseksiya. Xroniki […]

Aortal stenoz (daralması, qısa AS) – bədənin ən iri arteriyası sayılan, bütün bədənə qan aparan aortanın daralması. Stenozun yerindən asılı olaraq 3 növü ayırd edilir. Ən yayqın biçimi valvulyar (qapaq) daralmadır (75-80%). Aortal qapaq ürəyin sol mədəciyi və aorta arasında yerləşir. Sol mədəciyin və ürək çəpərinin əzələ kütləsinin böyüməsi və […]

Anosmiya — iybilmə qabiliyyətinin itirilməsi. Bu xəstəlik adətən iybilmənin bütünlüklə itirilməsi ilə müşahidə olunur. Lakin bir neçə əşyanın iyini bilməmək kimi hallarla da rastlaşılır. Səbəbləri arasında yuxarı tənəffüs yollarının infeksiyası, burun polipləri , hipotireodizm, Levi cisimcikli demensiya, alın payının şişi, Epilepsiya, Parkinson xəstəliyi, Alsheymer xəstəliyi və s. ola bilər.

Anoreksiya və ya nevrotik anoreksiya (anorexia neurosa) – kökəlmədən əsassız qorxu hissi eyni zamanda arıqlamağa güclü və dayanıqlı meyllə səciyyələnən qida qəbulu pozuntusudur. Hər şey ilk baxışdan adi görünən ideal qadın bədəni kriterilərinə müvafiq istəkdən başlaya bilər. Lakin bəzi hallarda bu istəyə nail olmağa çalışanlar reallıq hissini itirirlər. Onlar çəkilərinin […]