Allotriofagiya – insanda psixoloji pozuntu, yemək üçün yararsız olan maddələrin qəbulu kimi xarakterizə olunur. Bu xəstəliklərdən əziyyət çəkən insanlar qidalanmaya yararsız cisimləri, maddələri qəbul etməyə davamlı istək yaranır. Kağız, palçıq, yapşıqan, gil və s. Ekspertlər bu xəstəliyin səbəbini və müalicə üsulunu hələ də dəqiq tapa bilməyiblər. Amma bir şey məlumdur […]

Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır. Alimlərin tədqiqatlarına əsasən planetimizin hər yeddi adamından biri allergiyaya düçardır, başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək […]

Alkoqol paranoryası — ruh pozulmasının əsas əlamətlərindən biri olub, özünü şiddətli qısqanclıq şəklində büruzə verir. Xəstə şəxs hamının onu aldatdığı qənaətinə gəlir. Eyni zamanda öz qızı və ya ona xidmət edən şəfqət bacısı haqqında da fikirləşir. Bundan başqa belə xəstə ailəsi içərisində də ona pis gözlə baxıldığını, onu öldürmək istədiklərini […]

Alkoqol deliriyası — titrəmə ilə müşahidə olunur və xəstənin çox həyəcanlı bir vəziyyəti kimi ortaya çıxır. Alkoqolik şəxsin belə bir vəziyyəti yuxarıda izah edilən və alkoqoldan irəli gələn fiziki asılılıqdan ibarətdir. Demək olar ki, bütün alkoqolik şəxslərdə içkinin ardı kəsildikdən sonra müşahidə edilir. Xəstə bu zaman gözünün qarşısında qorxunc heyvanların, […]

Albinizm cəmiyyətimizdə nadir rast gəlinən, lakin insanların marağına səbəb olan nadir xəstəliklərdən biridir. Belə insanlar dərisi ağ rəngli olmaqla, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər. Onlar elmi dildə “albinos” adlanır. Bu söz latın dilində “alba” sözündən törəyib və “ağ” mənasına gəlir. Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə də, bəziləri […]

Abses — iltihab nəticəsində məhdud boşluqda irin toplanmasıdır. Abses dərialtı toxumada, əzələlərdə, sümükdə, həmçinin, qaraciyər, ağciyər, dalaq, beyin və s.-də inkişaf edə bilər. Abses irintörədən mikrobların zədələnmiş dəri və selikli qişalardan orqanizmə keçməsi, yaxud qan və limfa damarları ilə digər iltihab ocağından gətirilməsi nəticəsində əmələ gəlir. Abses kəskin və xronik formalarına […]

Xəstələr üçün Məsləhət 1. Artıq çəkini atmağa çalışın. Düzdür arterial təzyiq xəstəliyi mütləq artıq çəkili insanlarda olmur, amma müşahidələr göstərir ki, bu tip insanlarda xəstəlik üç-dörd dəfə çox qeydə alınır. Xəstəliyə tutulma ehtimalının yüksək olmasını nəzərə alıb qida rasionunuzu tənzimləyin. Qəbil etdiyiniz qida məhsulların növlərindən asılı olaraq çəki ata və […]