Köndələlən mielit– nisbətən qısa müddətdə (bir neçə saatdan bir neçə günə kimi) başlayan onurğa beyninin müəyyən səviyyəsi ilə bağlı olan və struktur dəyişikliyi (məsələn, disk yırtığı) ilə müşahidə olunmayan sidik kisəsinə və bağırsaq funksiyasına nəzarətin pozulması ilə müşahidə edilən motor və sensor pozuntulardır. Bu DS-nin ilk təzahürü ola bilər, amma […]

Kontuziya (lat. contusio — zədə) — kəskin mexaniki təsir (hava,su və ya səs dalğaları, torpağa və ya suya zərbə və s.) nəticəsində orqanizmin ümumi zəifləməsi. Kontuziyanın xarakterik xüsusiyyəti yaddaş itkisidir (hətta komadır). Yüngül formalarda yaddaş itkisi dəqiqələrlə, ağır formalarda isə günlərlə və ya aylarla davam edə bilər. Yaddaş qayıtdıqdan sonra […]

Kompulsiya– pasiyent “qeyri-adi, fövqəltəbii” şəkildə onu qorxudan hadisənin, sarışan fikirlərlərin qarşısını almaq və ya həyəcanı, gərginliyi azaltmaq üçün etməyə ehtiyac hiss etdiyi fiziki və ya psixi hərəkətlərdir (rituallar). Fiziki kompulsiyalar – tez-tez əl yuma, qapıları bağlama və s. kimi kənardan hiss olunan təkrarlanan hərəkətlərdir. Psixi kompulsiyalar – kənardan hiss olunmayan, […]

Koksartroz – bud-çanaq oynağının zədələnməsi . Bud-çanaq oynağı bədən yükünü daşıdığı üçün aşınmağa və sıradan çıxmağa ən sıx məruz qalan oynaqlardandır. Bu xəstəlik tibb dilində koksartroz, el arasında duzlaşma olaraq bilinir. Bütün oynaqlar kimi bud-çanaq oynağının da həm oynaq başı, həm oynaq yuvası qığırdaqla örtülür. Qığırdaq səthi hamardır və iki […]

Klinik ölüm – insanın bir müddət ölüm halına oxşar hala düşməsidir. Ürək dayandıqdan beyin qabığı ölənə qədər keçən vaxt klinik ölüm adlanır. Ölüm klinik və bioloji olmaqla 2 mərhələyə bölünür. Belə ki, orqanizmdə oksigen çatışmazlığına ən az davamlı beyin qabığıdır. Ürək fəaliyyəti və tənəffüs dayandıqdan sonra 2-3 dəqiqə ərzində beyin […]

Klaster baş ağrısı– birincili baş ağrı forması olub, xüsusiyyətlərinə orbital, supraorbital, gicgah nahiyələrində və ya onların bir neçəsində cəmləşən intensiv, yalnız birtərəfli baş ağrıları aiddir. KBA-nın ən səciyyəvi əlamətlərinə aşağıdakılar aiddir: • həddindən artıq dözülməz olması • gündüz və gecə ərzində dəfələrlə təkrarlanması • üz nahiyəsində aydın vegetativ əlamətlərlə təzahür […]

Karsinoid sindromu az-az rast gəlinən xərçəng növü olan karsinoid şişlərin (sarımtıl və dairəvi formalı) bəzi maddələri (serotonin, morilin, prostoqlandinlər və s.) qana ifraz etməsi nəticəsində formalaşır. Karsinoid şişlər ən çox mədə-bağırsaq traktında, ağciyərlərdə, bəzən isə yumurtalıqlarda rast gəlinir. Mədə-bağırsaq traktında karsinoid şişlər daha çoxsoxulcanabənzər (appendikulyar) çıxıntı, nazik bağırsaqlar və düz […]

Karies — dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsidir. Müxtəif səbəblər nəticəsində baş verir. Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. Yayılma səbəbləri Ən çox yayılmış səbəblər isə aşağıdakılardır: • ağız boşluğunun mikroblarla yuksək dərəcədə çirklənməsi; • ağız şirəsi suyunun azalması […]

Hipertireoz (Tireotoksikoz) – qalxanabənzər vəzinin xəstəliyi olub qanda tireoid hormonlarının miqdarının artması ilə xarakterizə olunur. Bir çox hallarda buna səbəb diffuz toksiki zob (Bazedov-Qreyvs xəstəliyi) və qalxanabənzər vəzinin funksional avtonomiya xəstəliyidir (toksiki adenoma, çoxlu düyünlü toksiki zob). Bu xəstəliklər zamanı qalxanabənzər vəzidə çoxlu miqdarda tiroksin (T4) və triyodtironin (T3) hormonları […]

Hepatorenal sindrom — ağır qaraciyər xəstələrində böyrək funksiyalarının pozulması və hətta böyrək çatışmazlığı ilə müşayiət olunan patoloji vəziyyətdir. Bərabər zamanlı meydana gələ bilən karbontetraxlorid zəhərlənməsi, bəzi mikotoksinlərə məruz qalma, ya da Vilson xəstəliyində müşahidə edilən mis toksikliyi kimi vəziyyətlər belə bu zaman kənarda qalır. Ayrıca, irəli dərəcədə qaraciyər çatışmazlığı zamanı […]