Dərinin xoşxassəli törəmələri

Dərinin xoşxassəli törəmələri — qocalıq ziyilləri, qocalıq keratoması, fibroma, lipoma, dəri buynuzu və s nəzərdə tutulur. Bunarın hər birininn özünəməxsus göstəriciləri və müalicə üsulları vardır.

Qocalıq ziyilləri

Qocalıq ziyilləri (lat. Verruca senilis) Başlıca olaraq qocaların gövdə nahiyəsində, üzündə və ətraflarda təsadüf edilir. Bir neçə mm- dən bir neçə sm-ə kimi olur. Ziyillər dairəvi və ya oval, sərhədləri kəskin konsistensiyası bərk olur, səthi isə parıldayır. Rəngi tünd qəhvəyi və ya qara olur. Müalicəsi diatermokoaqulyasiya üsulu ilə aparılır

Qocalıq keratoması

Qocalıq keratoması (lat. Keratosus senilis) – Bu orqanizmin acıq sahələrində müşahidə olunur. Xəstəlik müxtəlif formalarda yastı və quru, qəhvəyi rəngli kəpəklərlə örtülü düyüncüklərlə təzahür edir. Günəş şüalarının təsirindən epiteliomaya çevrilir. Müalicəsi diatermokoaqulyasiya üsulu ilə aparılır.

Fibroma

Fibroma-Kollagen liflərdən əmələ gəlmiş dəri şişidir. Fibroma tək-tək, yaxud xeyli miqdarda təsasdüf edilir. Noxuddan uşaq başı böyüklüyünə qədər olur. Fibromanın səthi bəzən hamar bəzən isə ayrı ayrı paylardan ibarətdir. Kliniki gedişinə görə bərk və yumşaq olur.

Lipoma

Səthi dərialtı lipomalar ən geniş yayılmış xoşxassəli yumşaq toxuma törəmələridir. Səthi lipomaların çox nadir hallarda hansısa simptomlarla müşahidə edilir. Lipoması olan xəstələr həkimə adətən iki səbəbdən müraciət etmiş olur. Bəzi xəstələr lipomaların bədxassəli olduğundan narahatlıq hissi keçirir, digərləri isə sadəcə böyük ölçülü lipomaların kosmetik qüsur yaratdığından onun çıxarılmasını istəyir.

Lipomalar nazik fibroz kapsulaya bürünmüş yetişmiş piy hüceyrələrinin toplumudur. Lipomalar bədənin piy toxuması olan istənilən hissəsində əmələ gələ bilər. Onlar adətən səthi olaraq dərialtı toxumada geniş müşahidə edlir, lakin bəzən fassiya və ya daha dərin əzələ qatlarında da əmələ gələ bilər. Lipomaların inkişafı etiologiyası hələ ki, dəqiq anlaşılmayıbdır. Lipoma çox zaman dəri altı müəyyən edilən kiçik “tennis şarı” kimi xarakterizə edilir. Lakin, tennis şarından fərqli olaraq lipomalar yumşaq olur.

Bir çox xəstədə bir neçə lipoma müəyyən edilə bilər. Bəzi hallarda isə çoxsaylı lipomaları olan xəstələrdə irsi çoxsaylı lipomatoz xəstəliyi müəyyən edilə bilər. Lipomaların maliqnizasiya olunaraq liposarkomaya transformasiyası çox nadir haldır. Lipoma diaqnozu adətən kliniki müayinə əsasında qoyulur. Lipomalar yumşaq, asimptomatik və adətən yavaş böyüyən törəmələrdir. Əgər lipoma olduğu düşünülən törəmə hansısa simptomlara səbəb olursa (məs., ağrı və ya hərəkətin məhdudlaşdırılması) və ya sürətlə böyüyürsə və ya yumşaq əvəzinə bərkdirsə, onun biopsiya olunması tövsiyə edilir.

Lipomanın müalicəsi onun kapsula ilə birlikdə kəsilib çıxarılmasıdır. Lipomanın kəsilib götürülməsindən sonra təkrar əmələ gəlməsi nadir hallarda müşahidə edilir.Cərrahi müalicənin yan təsirlərinə seroma, çapığın əmələ gəlməsi və hematomanın formalaşması daxildir. Cərrahi kəsiklə lipomanın çıxarılmasına alternativ kimi liposaksiya və aşağı konsentrasiyalı deoksixolatın inyeksiyası metodları da tətbiq oluna bilər. Deoksixolat inyeksiyalarının geniş tətbiqi üçün daha iri miqyaslı araşdırmaların aparılması tələb olunur.

Dəri buynuzu

Dəri buynuzu (lat. Corni cutaneum) – Dəridə məhdud bir hahiyədə buynuz maddəsinin dəri səthinsən xeyli qabarması dəri buynuzu adlanır.Həqiqi və qeyri- həqiqi olur. Birincisi sərbəst ikincisi isə müəyyən patoloji proses nəticəsində əmələ gəlir.

Ateroma

Ateroma – dəri piy vəzilərinin xəstəliyidir, vəzin tutulması nəticəsində əmələ gələn xoşxassəli şişdir. Ateromanın yaranmasına aşağıdakı faktorlar zəmin yaradır:xarici mühitin pis şəraiti, o cümlədən ekoloji durum, həmçinin orqanizmin özündə olan mübadilə xarakterli pozuntular. Bu pozuntular, axarların tutulması, hiperhidroz, toxumaların yüksək buynuzlaşması, hormonal pozuntular zamanı yaranır, və öz növbəsində dərinin ifraz funksiyasını zəiflədir.

Xoşxassəli şişlərin əmələ gəlməsinin bilavasitə səbəbi piy vəzi axarlarının qatılaşmış ifrazatla tutulmasıdır. Buna görə də bele əmələ gəlmələr həmişə dərini çoxlu tük və piy vaziləri olan sahələrində yaranır: başın saç olan hissəsində, üzdə(xüsusi ilə çənədə), beldə, boyunda, cinsi orqanlar nahiyəsində. Ateroma, xırda, kənarları aydın, yumru formalı hamar əmələgəlmədir. Şiş hərəkətlidir, adətən ağrısızdır, qatı konsistensiyaya malikdir.

Mərkəzində hərdən piy vəzinin böyümüş axarı görünür. Şişin möhtəviyyatı sıyığa bənzər ağ kütlə təşkil edir. Əmələgəlmələr çox miqdarda da ola bilər. Bəzi hallarda onlar böyüməyə başlayır və böyük ölçülərə çatır- 4-5 sm diametrdə, bu kosmetik qüsur yaradır və xəstədə psixoloji diskomforta səbəb ola bilər. Ateromanın uzun müddətli gedişi və ya əlverişsiz şərait zamanı fəsad yarana bilər: dəri altı abssessin əmələ gəlməsi ilə ateromanın irinləməsi.

Bu zaman iltihabi prosess aşağıdakı əlamətlərlə müşahidə olunur: şiş nahiyəsində ağrı, dəri qızartısı və ödemi, xəstənin ümumi vəziyyətinin pisləşməsi, hərarətin yüksəlməsi. İltihablaşmış şiş müstəqil şəkildə açıla bilər, bu zaman oradan piyəbənzər möhtəviyyatlı irin xaric olunur. Müalicəsi cərrahi üsulla və ya diatermokoaqulyasiya üsulu ilə aparılır.

Ateromanın diaqnostikası kliniki gediş əsasında aparılır, bu zaman şişin yerləşməsi, xüsusi əlamətlərin olması (mərkəzdə axarın görünməsi, başqa şişlərdə olmur) nəzərə alınır. Differensial diaqnoz başqa şişlərlə aparılır: fibroma, lipoma. Fəsadların olmaması üçün ateromalar cərrahi üsulla götürülməlidir.

Next Post

Ekzema

Ç Okt 14 , 2015
Ekzema (qədim yunanca) — “qaynayıram” deməkdir və ən qədim dəri xəstəliklərindən hesab olunur. Lakin buna baxmayaraq dəri xəstəliyi kimi ilk dəfə XIX əsrin əvvəllərində ingilis dermotoloqları Uillen, Beytman, Biyett tərəfindən qeydə alınmışdır. Ekzema – xroniki, residivlərlə müşayiət olunan, dünyanın bütün ölkələrində təsadüf olunan polietioloji allergik dəri xəstəliyidir. Ekzemanın etiologiyası və […]