Əzələ qıcolması, Əzələ spazmı

Əzələ qıcolması – kəskin ağrı ilə müşayiət olunan, əzələlərin məcburi daralmasıdır. Bu zaman əzələ bərkiyir və forması dəyişir.

Əzələ qıcolması bir çox sağlam insanlarda da ola bilir, xüsusilə ağır fiziki işlə məşğul olan və kalsium mübadiləsinin pozulması zamani baş verir. Bəzi insanlarda spazma gecə saatlarında yuxuda olan zaman tapılır. Həmçinin əzələlərə qanın kifayət qədər daxil olmamağı spazma səbəb ola bilər. Bəzən qıcolma zaman əzələlərdə titəmə olur. Qıcolma güclü olanda ağrılar hətta bir neçə gün qalmaqda davam edir. Ən çox qıcolmalar isə aşağı ətraflarda qeydə alınır.

Qıcolmanın səbəbləri

Qıcolmaya səbəb olan risk faktorlar:

  • Əzələlərin hərəkətsizliyi;
  • Əzələ yorğunluğu;
  • Orqanizmdə maye çatışmazlığı;
  • Kalsium, maqnezium, kalium və natrium çatışmazlığı;
  • Vitamin B1 (tiamin), B5 (pantoten turşusu), B6 (piridoksin) çatışmazlığı;
  • Ürək-damar sisteminin patologiyası;
  • Nevroloji pozğunluq;
  • Hormonal və ya endokrin patologiyaları;
  • Bəzi dərman preparatların qəbulu;
  • Alkoqol təsirə malik maddələrin qəbulu.

Diaqnoz klinik əlamətlər əsasında qoyulur.

Əgər fiziki gərginliklə bağlı olan qıcolma deyilsə, o zaman daha dərin müayinə metodlarından istifadə olunur.

Qıcolmanın müalicəsi

Həkim xəstəni müayinə etdikdən sonra, ona vacib bildiyi dərman preparatları təyin edir və yaxud məsləhətlər verir. Ona görə də sərbəst olaraq ciddi görünməyən, lakin ciddi xarakterli xəstəliyin müalicəsini mütləq həkimə etibar edin.

Next Post

Mədə xərçəngi

Şb Yan 2 , 2016
Mədə xərçəngi – mədənin selikli qişasının epitel hüceyrələrində əmələ gələn bədxassəli şişdir. Müşahidələr göstərir ki, mədə xərçəngi kişilərdə qadınlara nisbətdə daha tez-tez rast gəlinir. Mədə xərçəngi daha çox orta yaş dövrünü ötmüş insanlarda aşkarlanır. Şərait yaranarsa o zaman sürətlə yayılmağa meyllidir. Mədədən qonşu toxumalara və orqanlara keçə bilir. Mədəaltı vəziyə […]