Hepatit

Hepatit – olduqca yoluxucudur. Saglam insana bu xəstəliyi daşıyan bir insanla eyni qida və ya su istifadəsi səbəbi ilə yoluxar.

Əlamətləri
• Ürək bulanması, qusma, ishal,
• Şiddətli iştahsızlıq,
• Mədə – bağırsaq şikayətləri,
• Qarnın üst bölgəsində ağrı,
• Yorğunluq.
Tək Hepatit – A-da 38 C yüksək tempraturla yanaşı (influenzadakı kimi) oynaq ağrıları da əmələ gəlir. Tempratut, ümumiyyətlə sarılığın ilk bir neçə günündə normala dönər.
Virual Hepatitlərdəki ən tipik ifadə olunan:
• Göz ağının, dəri və mukoz membranların saralması,
• Sidiyin rənginin tündləşməsi,
• Nəcisin rənginin açılmasıdır. Xəstəliyin başlanğıcından 2 – 3 həftə sonra nəcisin rəngi normala dönər. Bir və ya iki həftə sonra qaraciyər böyüyə bilər və sarılıq görülə bilər.

Yoluxma səbəbləri
Virus bədənə ümumiyyətlə ağız yoluyla, xüsusilə yemək və içkilərlə girər. Bu vəziyyət, kəslərin tualetə getdikdən sonra əllərini yumaması və çirkli əlləriylə sağlam kəslərin yeməklərinə toxunması ilə də meydana gələr. Hepatit virusuyla yoluxmuş suların içilməsi, bu sulardan çıxarılan buzların istifadə edilməsi ən böyük yoluxma mənbəyidir. Ölkəmizdə, kəndlərdə tualetlər ümumiyyətlə çöldədir və meyvə-tərəvəzlərin yetişdirildiyi yerlərə yaxındır.

Gübrə olaraq torpağa axıdılan Hepatit-A virusu ilə yoluxmuş suvarma suları, çiy yeyilən kahı, cəfəri, təzə soğan, və başqa bu kimi yaşıllıqlara və tərəvəzlərə bulaşmaqda və bu çirkli yaşıllıqların kifayət qədər təmizlənə bilməməsi də böyük yoluxmalara səbəb olmaqdadır.

Müşahidələrə görə bütün restoranlarda hazırlanan salatların tərəvəzləri və guya yuyunmuş olaraq gətirilən kahı-cəfəri və başqa göyərtilər əlbəttə ki, bir ləyən və ya vedrədəki suya batırılıb çıxarılmaqla təmiz olması mümkün olmadığı halda süfrələrimizə gətirilməkdədir. İfrağatla çirklənən sulardan toplanan göyərtilər, tərəvəzlər və qabıqlı dəniz məhsullarının yeyilməsi, xüsusilə payız və qış aylarında epidemiyalara səbəb olmaqdadır. Hepatit A xəstəliyi keçirən adam ilə yaxın təmas və cinsi əlaqə də xəstəliyin yayılmasına səbəb olur.

Xəstəlikdən qorunma tədbirləri
Xalqın fərdi gigiyena, əllərin tez-tez yuyunması, və tullantıların sağlam uzaqlaşdırıl – ması qaydaların riayət etməsi,
• Sağlam içmə və istifadə etmə sununun təmini ilə,
• Kafi kanalizasiya sistemlərinin təmiri,
• Yoluxma ehtimalı olan qidanların kifayət qədər yuyunması və bişirilməsiylə,
• Bakterioloji idarə olunmayan içmə sularının qaynadılmasıyla,
• Uşaq bağçalarında işləyən personala və yaşayanlara lazımlı təhsilin verilməsilə xəs- təliyin qarşısı alına bilər.
Gigiyena və sağlamlıq qaydalarına riayət etmək, yoluxma riskini azalda bilər ancaq tamamilə maneə törədə bilməz.

Next Post

Hepatit A virusu

C Okt 16 , 2015
Hepatit A virusu – ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutulanların sayında hədsiz dərəcədə artım görünür. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da Hepatit A virusuna yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyinin simptomları: solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsi. Hepatit A […]