Febril tutmalar

Febril tutmalar (FT) – uşaqlarda (əsasən 3 ay – 5 yaş arasında) qızdırma ilə əlaqəli olan və beyin zədəsi/infesksiyası olmadan baş verən tutmalardır. Adətən FT hərarət >38,5ºC olanda baş verir. Tipik hallarda FT qısa generalizə olunmuş tonik-klonik tutma şəkilində keçir. Lakin, fokal (parsial) FT xəstələrin 10%-də və uzun müddətli (>20 dəq) FT xəstələrin 5%-də müşahidə olunur. Ümumiyyətlə, əhalinin 4–5%-i ən azı 1 dəfə FT keçirir. İlkin febril tutmanı keçirilmiş şəxslərdə epilepsiyanın başlanması ehtimalı 2–4% və təkrar FT-nin ehtimalı 30–40%. FT beyinin zədələnməsinə səbəb olmur.

Febril tutmalar iki qrupa bölünür:
1. Sadə FT (qısa, generalizə olunmuş, bir qızdırma epizodunda 1 FT, tutmadan sonra nevroloji defisitsiz)
2. Mürəkkəb FT (uzun müddətli, yəni >20 dəq.; və ya fokal; və ya bir qızdırma epizodunda >1 FT; FT-dən sonra nevroloji defisit) Sadə FT-dən sonra epilepsiyanın başlanması ehtimalı 2%, mürəkkəb FT-dən sonra isə ehtimal 4–12%-ə çatır.
EEQ: tutmaarası Elektroensefaloqrafiya(EEQ) əksər hallarda normal olur.
Müalicə: davamlı müalicə tövsiyə edilmir. Yalnız qızdırma zamanı antikonvulsantlar məsləhət olunur.

Next Post

Fil xəstəliyi və ya elefantiaz

Ca Okt 15 , 2015
Fil xəstəliyi və ya elefantiaz – İnsan bədəninin hər hansı bir hissəsinin həddsiz böyüməsidir. Fil xəstəliyini filarioidea ailəsinə daxil olan qurdlar tərəfindən törədilir parazitar xəstəlikdir. Bu xəstəlik parazitar xəstəliklərə aid olub, həmin qurdlar maralların orgaznimində yaşayıb, ağcaqanadlar tərəfindən yayılır. Əgər alimlər maralların organizmində bu qurdun inkişafının qarşısını ala bilsə, insanlar arasında […]