Kontuziya

Kontuziya (lat. contusio — zədə) — kəskin mexaniki təsir (hava,su və ya səs dalğaları, torpağa və ya suya zərbə və s.) nəticəsində orqanizmin ümumi zəifləməsi.

Kontuziyanın xarakterik xüsusiyyəti yaddaş itkisidir (hətta komadır). Yüngül formalarda yaddaş itkisi dəqiqələrlə, ağır formalarda isə günlərlə və ya aylarla davam edə bilər.

Yaddaş qayıtdıqdan sonra xəstədə şiddətli baş ağrısı, ürək bulanması, qusma (qida qəbulundan asılı olmayaraq), başgicəllənmə (xüsusən də başı sağa, sola çevirərkən), amneziya, eşitmə və nitqdə qüsur yaranması kimi hallar müşahidə olunur. Xəstəliyin ciddi forması şəxsdə uzun müddətli yorğunluq, halsızlıq, əsəbilik yaranması ilə nəticələnir.

Next Post

Köndələlən mielit

Şb Okt 17 , 2015
Oxundu: 27 Köndələlən mielit– nisbətən qısa müddətdə (bir neçə saatdan bir neçə günə kimi) başlayan onurğa beyninin müəyyən səviyyəsi ilə bağlı olan və struktur dəyişikliyi (məsələn, disk yırtığı) ilə müşahidə olunmayan sidik kisəsinə və bağırsaq funksiyasına nəzarətin pozulması ilə müşahidə edilən motor və sensor pozuntulardır. Bu DS-nin ilk təzahürü ola […]
Open chat