Osteoartroz

Osteoartroz və ya osteoartrit (OA)– Oynağın bütün komponentlərinin zədələnməsinə gətirən ələlxüsus: qığırdağların və həmçinin subxondral sümüyün, sinovial qişaların, bağların, kapsulanın, periartikulyar əzələlərin və oxşar bioloji, morfoloji, kliniki əlamətlərlə səciyyələnən müxtəlif mənşəli heterogen xəstəliklər qrupudur.

Etiopatogenezi
Endogen amillər:- Yaş, Cins, Skeletin inkişaf defektləri, Irsi meyllik
Ekzogen amillər:- Travmalar, Peşə qabiliyyət, Sport aktivliyi, Artıq bədən kütləsi OA — birinci növbədə — oyanaq qığırdağının xəstəliyidir. Sağlam insanlarda qığırdaq toxumasında keçən metabolik proseslər: matriks komponentlərinin sintezi və deqradasiyası — tarazılıq vəziyyətdədir. Bu tarazılığı xondrositlər təmin edir.Formalaşmış qığırdaq damarlarla təmin olur.

Xondrositlər sinovial mayedən maddələrin difuziyası hesabına qidalanırlar. Oynağın yüklənməsindən sonra qıda maddələrin difuziyası asanlaşır. Yükləmədə su qığırdaqdan sinovial boşluğuna keçir.
Qığırdaq mübadiləsinin pozulması nəticəsində deqradasiya proseslərin (katabolizm) inkişafı sintez proseslərinə (anabolizm) qarşı üstünlük təşkil edir.

Lokalizasiya
Birincili OA vaxtı oynaq zədələnmələri xarakterik lokalizasiyası ilə səciyyələnir və daha çox skeletin iri oynaqları bu xəstəliyə məruz qalır .
• Diz oynaqları
• Bud-çanaq oynaqları
• Onurğa sütünü
Bir qədər az:
• Distal falangalararası oynaqlar (Geberden düyünləri)
• Proksimal falangalararası oynaqlar (Buşar düyünləri)
• 1-ci əl-darağı falanga oynağı
İnstrumental müayinə
Rentgenoqrafiya:
• Xəstəliyin mərhələsini əsasən Kellgren –Lawrens təsnifatına görə təyin edirlər
• Oynaqların ultrasəs müayinəsi
• Komputer tomoqrafiyası (KT)
• Osteossintiqrafiya
• Maqnit- rezonans tomoqrafiya (MRT)

Müalicə
Müalicə üsulları
• Qeyri medikamentoz
• Medikamentoz
• Cərrahi

Profilaktika
Birincili
• Uşaq yaşlarından başlamaq:
• yeniyetmə skoliozun inkişafının qabağını almaq,
• yastıayaqlığın korreksiyası
• Böyüklərdə bədən çəkisinin azaltması
• Oynaqların düzgün yükləmə növbələnməsini izləmək
• Bədən tərbiyyəsi
İkincili
• Reaktiv sinovitin inkişafına qarşı tədbirlərə riayət etmək: dozalanmış yükləmə; asanlaşmış zəhmət;
• Həsa ilə gəzmək
• Artrozun bazis müalicəsini daimi aparmaq
• Maddələr və ümumi qan dövranın yaxşılaşmasına gətirən ümumi möhkəmləndirən tədbirlər tövsiyə olunur.

Next Post

Paranoya

Be Okt 19 , 2015
Oxundu: 292. 537 Paranoya — həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıq. Söz yunan dilində “παράνοια” (paranous) “dəlilik” mənasını verir (para = çöldə; nous = ağıl, ağılını itirmək) Paranoya çox vaxt şizofreniya kimi psixotik xəstəliklərlə yanaşıdır. Bununla birlikdə seyrək olaraq, paranoyak şəxsiyyət […]