Qrip (fr. grippe) — qrip virusu tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyi. Bu xəstəliyə həm insanlar, həm də heyvanlar və quşlar da yoluxur. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Bunların arasında boğaz ağrısı, qızdırma və öskürək ən çox rast […]

Qızılcanın əlamətləri Qızılca kəskin yoluxucu virus xəstəliyidir. Qızılca virusu – Palynosa morbillarum strukturuna və biloji xassələrinə görə Paramyxoviridae ailəsinə mənsub olub RNT tərkiblidir. Təbii şəraitdə yalnız insanlar xəstələnirlər.56C də virus 2 – 3 dəqiqəyə məhv olur.Günəş işığının təsiri və ultrabənövşəyi şüalara qarşı daha həssasdır. Qızılca ilə bütün yaşlarda xəstələnmə olur, […]

Qida zəhərlənməsi – bakteriyalar, viruslar və parazitlər kimi ziyanlı mikroorqanizmlərin qidaya bulaşması zamanı həmin qidanın istifadəsinin nəticəsində yaranan haldır. Yay aylarında daha tez-tez rast gəlinən qida zəhərlənməsi əsasən ishal, ürək bulanması, qusma və mədə ağrıları ilə özünü göstərir. Düzgün diaqnoz üçün qan analizi vacibdir. Adətən qida zəhərlənməsi bir neçə günə […]

Qastro-ezofageal reflyuks xəstəliyi – Mədə tərkibinin (turşusunun) patolojik şəkildə mədədən ezofaqusa (qida borusuna) doğru geri gəlişi qastro-ezofageal reflyuksdur. Xəstələr döş qəfəsinin arxasında yanma (heartburn) şikayəti ilə müraciət edə bilərlər. Bəzən qida borusunun arxasındakı yanmadan başqa qidaların və suyun ağıza gəlməsi şəklində də baş verir. Ezofaqeal reflyuks tez tez yeməklərdən sonra […]

Qastrit – mədədə ara qatlarının yanması və ya göynəməsinə deyilir. Bu ağrılar kəskin və xroniki ola bilər. Qastritin əmələ gəlmə səbəbləri İlkin səbəblər: • müntəzəm olaraq həddən artıq spirtli içkilər qəbul etmək, • xroniki qusmalar, • gərginlik, • Mədəyə düşmüş bakteriyalar müalicə olunmadıqda mədə xorası və ya xərçənginə gətirib çıxarır. […]

Qaraciyərin alkoqol xəstəliyi Qaraciyərin alkoqol xəstəliyi qaraciyər hüceyrələrinə etanolun zədələyici təsiri ilə xarakterizə olunur. Bəzi ölkələrdə qaraciyərin alkoqol mənşəli xəstəliyinin yayılma dərəcəsi qaraciyərin başqa xəstəlikləri, məsələn, B və C virus hepatitlərinin rastgəlmə səviyyəsi ilə müqayisə edilə bilər. Təsnifat • Qaraciyərin alkoqol mənşəli piy distrofiyası (steatozu) • Alkoqol mənşəli hepatit • […]

Qaraciyər sirrozu Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formlaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər […]

Qanqren — toxumanın, orqanın və ya bədənin bir hissəsinin çürüməsi (nekrozu). Toxumalara oksigen ya heç çatmadıqda, ya da cüzi miqdarda çatdıqda başlayır. Adətən ürəkdən çox aralı nahiyələrdə, məsələn, barmaqlarda, yaxud infarkt zamanı ürək əzələsində, ya da ağciyərdə olur. Qan damarlarığın trombozu, ateroskleroz, endarteriit və s. xəstəliklər, habelə mexaniki (travma), fiziki […]

Peritonit — peritonun iltihabı, qarın boşluğunun iltihabı. Səbəbləri Çox vaxt boluşlu orqanın dəlinməsi və normal halda steril periton boşluğuna mikrobların daxil olması nəticəsində meydana gəlir. Ancaq periton qıcıqlanmasının nədənləri başqa amillər də ola bilər: yad cisim, öd kisəsi dəlinməsi yaxud qaraciyər yırtılması nəticəsində ödün peritona axması, dəlinmiş mədə xorasından mədə […]

Periodontit nədir? Periodontit – periodontun iltihabıdır, diş və onun sümük qundağı (çənənin alveol artımı) arasındakı ensiz boşluğu dolduran birləşdirici toxumadır. Periodontda sinirlər, dişi qidalandıran qan və limfa damarları yerləşir. Periodontun əsas funksiyaları – amortizasiya və trofikadır. Qidanı çeynədikdə, periodont dişin üzərinə düşən yükü amortizasiya edir və sümük üzərinə bərabər yayır. Periodontit […]