Rubella

Rubella virusu qızılca xəstəliyini törədən infeksiyadır. Virus RNA qrupundan olan “Togavirus” ailəsinə aiddir.
Rubella virusu səpkilər və qızdırma yaradan bir infeksiyadır. Əsasən uşaqlıq yaşında keçirilir və ən ağır 3 gün davam edir. Bu günlər ərzində işdahsızlıq, qızdırma, baş ağrısı baş verir. Ümumi sağalma 14-21 gün çəkir. Rubella xəstəliyindən sonra insan orqanizmində heç bir fəsad qalmır. Rubella virusu xəstə adamın burun və boğazında yerləşir.

Sağlam insanın yoluxması:
• xəstə insanın burun və ya boğazından gələn seliklə birbaşa əlaqədə olmaq
• xəstə insanın asqırması və öskürməsi zamanı havaya səpilən viruslardan yoluxma.
Rubella infeksiyası hamiləlik zamanı yoluxan qadında ciddi fəsadlar yarada, hətta hamiləliyin pozulmasına gətirib çıxara bilər. Amerika Birləşmiş Ştatlarında 1964-1965 ci illərdə Rubella xəstəliyinin geniş yayıldığı bir dövrdə 20.000-dən artıq uşaqda potoloji fəsadlara və 10.000-dən artıq uşaq düşüklərinə rast gəlinmişdir.

Next Post

Sarılıq

C Okt 23 , 2015
Oxundu: 383. 577 Sarılıq – əsasən qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir. Qarın boşluğunda və qara ciyərdə ağrılarla müşaiyət olunur. Göz ağının və dərinin hissediləcək qədər sarı rəng alması baş verir.Müalicə olunmazsa, ölümlə nəticələnə bilər. Pəhrizli müalicə Pəhriz məqsədi ilə sərçə əti və yumurtası yemək və ya […]