Tranzitor işemik həmlə

Tranzitor işemik həmlə və ya Tranzitor işemik hücum- kəskin infarkt (toxuma ölümü) olmadan işemiya səbəbli nevroloji disfunksiya epizodlarıdır. TİH zamanı nevroloji simptomlar 24 saat ərzində keçib gedir, əks halda xəstəyə İşemik insult diaqnozu qoyulur.

Əlamətlər
Simptomlar insanlar arasında müxtəlif ola bilər. Ən çox rast gəlinən simptomlara keçici görmənin itirilməsi, nitqin çətinləşməsi, ətraf əzələlərində zəiflik, ətraflarda hissi pozulmalardır. Başgicəllənmə də müşahidə oluna bilər.

Risk faktorları
• Ailədə işemik insult anamnezi
• 55 yaşdan yuxarı olan insanlar.
• Kişilərdə TİH riski qadınlardan bir qədər çoxdur
• Yüksək qan təzyiqi
• Şəkərli diabet – Diabetes Mellitus
• Siqaret çəkmə
• Baş ağrıları

Next Post

Vaginizm

Şb Okt 24 , 2015
Oxundu: 130. 500 Vaginizm — səbəbləri 90% ehtimalla psixoloji təlaşla bağlıdır. 10% isə orqanik (yəni quruluşla bağlı) səbəblər rol oynayır. Orqanik (quruluşla bağlı) vaginizm səbəblərinə daha çox qızlıq pərdəsinin qalın və ya yüksək kənarlı olması, qızlıq pərdəsinin digər anormallıqları (ara bölməli və ya ələk şəklində qızlıq pərdəsi quruluşu), vagina içindəki ara […]