Ürək tutması

Ürək Tutması, Ürək infaktı ya da akut myokard infaktı (Sıxlıqla MI (Myocardial infarction) və ya AMI (acute myocardial infarction) şəklində deyilir), ürəyin koroner arterlərində meydana gələn problem sonrası (tet-tez koroner arterlərdəki tutulma nəticəsində ürək əzələsinin bağlı olduğu hissəsinin qidalanması və oksigensiz qalması ilə) meydana gələn çatışmazlıq nəticəsi şiddətli sinə ağrısıyla ortaya çıxan və ölümlə nəticələnməsi riski. Dünyada ən başda gələn ölüm səsəblərindən.

Səbəbləri
Ürək, insanlarda dincəlmə ânında dəqiqədə 60-80 dəfə bütün bədəndə qan ötürən güçlü bir nasosdur. Bütün bədənin qan ehtiyacını qarşılayan zaman özünün də qidalanması üçün qan istifadəsı lazımdır. Ürəyin Özünü qidalandıran damarların (koroner arterlər) dolaşım problemlərində koroner çatışmazlıq meydana gəlir. Koroner çatışmazlıq vəziyətləri koroner damarlardakı darlıqların tipinə, dərəcəsinə ve yerinə görə dəyişir. Bəzilari angina səviyəsində qalan zaman diğerleri ürək tutmasına çevrilə bilər.
Ümumilikdə fikiki fəaliyyətlər sırasında omeydana gələn və dincəlməklə keçən sinə ağrıları (anjina) ilk xəbərdarlıqlardır. Eforlu EKG ürək damarlarının funksionallığı dəyərləndirilə bilər. Anjinasız da ürək tutmaları sıx meydana çıxır. Koroner damarlar Ürək damarları ânî olaraq tutlularsa ürək tutması meydana çıxar.
• Ürəyi veya beyni qidalandırann damarlar; kolesterol (qan yağları), diğər yağlar, kalsium ve qandaki bəzı maddələrin birləşərək yaratdığları təbəqələrə görə darala bilər. Ürək tutnması, bu daralmaların zamanla tam bir tutulmaya çevrilməsi ilə meydana çıxa bilər.
Eyni zamanda,koroner damarların xaricində başqa damarlarda yarana biləcək plaklardaki qırılmalar nəticəsi qana qarışan parçalarda pıxtı yaradaraq ürək damarlarını tuta bilər.

Əlamətləri
Bəzı əlamətləri aşkara çıxarmaq və diqqət etdikdə həyat xilas edici proses ola bilər. Bunlardan əsaslar;
• Döş qəfəsində nöqtə şəklində yeri müəyyən edilə bilməyən yaygın ağrı, sıxışma, ağırlık, narahatlıq, adrenalin deşarjı və ölüm hissi buna ön sinə ağrısı (Angina pectoris) deyilir.
• Çənəyə, boyuna, sol çiyinə, qola yayılan (tək ya da bir neçə bölgədə) sinə ağrısı
• Döyüntü
• Baş giccələnməsi, urək getmə halları,ürək bulanması, soyuq tərləməylə bərabər döş qəfəsi şikayətləri
• Təngənəfəslik
Diaqnozu
• Ürək kardiaqraması
• EKG və eforlu EKG
• Ürək ultrasonografiki
Müalicəsi
Müalicədə əvvəlcə tutulmuş damara əvvəlcə balon anjiyoplasti edilərək damar genişləndirilməsi və stent taxılması lazımdır. Amma bəzən bu tıxaclar çox möhkəm ola bilər. Bu zaman by pass əməliyyatı edilərək damarda qan axışı normala düşürdülür. Daha sonra, tutulmuşdamardakı ərpin qırılması nəticəsi yaranan pıhtı koroner damardakı tutulma sadəcə pıhtı əridici vəqan sulandırıcı dərmanlarla müalicə edilə bilər.

Amma hər zaman bu müalicə nəticə vermiyə bilər. Bu zaman xəstə ölür. Daha iləri zamanda bir daha tıxalı damarda görə pıhtı yaranmaması üçün xəstə həyat boyu qan sulandırıcı istifadə etmək məcburiyyətindədir. Çünkü damarda yaranan ərpləri aparmaq mümkün deyil. Sadəcətıxanıqlıq stent və anjiyoplasti yoluyla genişləndirilə bilər və dərmanlarla tutulmanın artması saxlanıla bilər. Ürək tutması keçirdən hər bir xəstəyə mütləq epinefrin adrenalin və diğər sempatomimetiklər verilməməlidir. Əks təqdirdə ürəyə yüklənən iş daha da artacağı üçün vəziyəti daha da pisə yönəldir.

Qorunma yolları
Əvvəlcə damar tutulmasının qarşısını almaq üçün doğru şəkildə qidalanmalı ,təzyiqi nəzarət altında saxlamalı, duz və yağ rasionunu azaltmalı və şəkərdən normasında istifadə olunmalıdır. Əgər damarda tutulma yaranıbsa, tutulmanın böyüməsinin qarşısını almaq üçün müxtəlif dərmanlar verilməli və qansulandırıcılar istifadə edilməlidir.

Next Post

İflic

Пн Окт 26 , 2015
Oxundu: 382   İflic — mərkəzi sinir sitemi- baş beyin və onurğa beyninin və periferik sinir sisteminin hərəki mərkəzlərinin zədələnməsi nəticəsində iradi hərəkətlərin itməsi. Bir-birindən fərqlənən iflic və parez forması var. Parez zamanı hərəki funksiyalar qalır, lakin zəif olur. Səbəbi qan dövranının pozulması, iltihabi proseslər, travmalar, sinir sistemində şiş olması […]

Faydalı yazılar