Arterial təzyiq xəstəliyi

Tezyiq002
Arterial təzyiq xəstəliyi nədir?

Arterial təzyiqin patoloji yüksək həddə qalxması və davamlı xarakter alması ilə izah olunur.

Arterial təzyiq xəstəliyi ürək-damar sisteminin ən geniş yayılmış xəstəliyindən biridir.
Adətən arterial təzyiqi xəstəliyi uzun illər tədricən inkişaf edir. Patoloji prosesin hiss olunmadan inkişaf etməsi orqanizmin normal iş prinsipinə qlobal təsir göstərir.
Arterial təzyiq xəstəliyinin müalicəsini onun ilkin inkişaf mərhələsində gecikdirmək olmaz. Çünki sonradan müalicəyə daha çox vaxt və maddi vəsait sərf etməli olacaqsınız.

Xəstələr bilməlidirlər ki, müalicə almadıqda insult, miokard infarktı, gözlərin torlu qişasının, böyrəklərin və digər həssas orqanların zədələnməsi kimi ağır fəsadların hədəfi ola bilərlər.
Arterial təzyiqi tibi praktikada müalicəvi əhəmiyyəti çox yüksək olan dərman preparatların köməyi ilə nəzarətdə saxlamaq mümkündür. Fəsadları aradan qaldırmaq, xəstəliyi tam olaraq müalicəyə tabe etmək çətin deyil.

Arterial təzyiqin müalicəsi hər zaman həkim nəzarəti altında aparılır. Arterial təzyiq sabitləşdirilir, ağırlaşmaların qarşısı alınır, zədələnmiş orqanlar bərpa olunur, xəstənin həyatı mümkün qədər uzadılır.
Arterial təzyiq xəstəsi olanlar əvvəl fundamental, sonra isə profilaktik müalicə almalıdır. O zaman digər sağlam insanlar kimi normal həyatını yaşayıb ciddi problemlərlə üzləşməyəcəklər.
Bilmək vacibdir, davamlı yüksək təzyiqin yaratdığı fəsadlar bəzən o dərəcədə ağır olur ki, müalicə almayan xəstə həyatını ani olaraq itirə bilir.

Arterial təzyiqinin müalicəsi ilk növbədə mövcud ağırlaşmalara qarşı yönəldilməlidir ki, xəstə potensial təhlükədən uzaqlaşa bilsin. Arterial təzyiqi isə nəzarətə götürmək çətin deyil.
Faktiki olaraq arterial təzyiq xəstəliyi, sizin uzun illər qazandığınız bir xəstəlik olsa da onunla mübarizə aparmağa dəyər. Məhz ona görə ki, mübarizə apardığınız bir günün dəyəri, əlavə həftələr və aylar yaşamaq deməkdir.

Arterial təzyiq bir xəstəlik kimi ilkin inkişaf mərhələsində xəstəni ciddi narahat etmir. Bu səbəbdən xəstə düşünür ki, bir-iki dərman qəbul edərəm xəstəliyim keçib gedər. Bu yanlış qərardır, mütləq həkimə müraciət edin.

Xəstə bilməlidir ki, təkcə arterial təzyiqi aşağı salan dərmanlar qəbul edib müalicə olunmaq mümkün deyil. Vaxt uzandıqca arterial təzyiq patoloji qalxmağa davam edəcək.
Arterial təzyiq xəstəliyinin müalicəsi zamanı zədələnmiş və funksional işini qismən itirmiş orqanların bərpası üçün nəzərdə tutulmuş dərmanlar mütləq təyin olunur. Həmçinin ürək-damar, endokrin və mərkəzi sinir sistemlərin fəaliyyəti ilə bağlı təyinat verilir.

Məhz kompleks şəklində tətbiq olunan müalicə üsulu effektli nəticə verə bilər. Ona görə də həkimdən arterial təzyiqi aşağı salan bir dərmanı təyin etməsini istəməyin!
Arterial təzyiq xəstəliyi diaqnozu qoyulmuş xəstələrin arterial təzyiqini birdən-birə çox aşağı salmaq olmaz! Bu prosesi tədricən həyata keçirtmək lazımdır ki, orqanizm təzyiqin dəyişməsinə uyğunlaşa bilsin.
Həkim məsləhəti olmadan arterial təzyiqi aşağı salan dərman preparatlarının dozasını dəyişməyin! Çünki siz dərmanın dozasını artırsanız arterial təzyiqiniz kəskin düşə bilər və yaxud dozasını azaltdığınız halda təsiri zəifləyəcək.

İntensiv müalicə dövründə ciddi səbəb olmadan arterial təzyiqin səviyyəsinə təsir göstərən dərmanların qəbulunu dayandırmaq olmaz! Siz dərman qəbulundan bir müddət sonra səhhətinizlə bağlı narahatlıq hiss edirsinizsə, dərhal bu barədə həkimə məlumat verin.

Arterial təzyiq – video

Arterial təzyiq xəstəliyinin əlamətləri

Arterial təzyiqin patoloji yüksək qalxması adətən sağlam insanın səhhətinə mənfi təsirini dərhal göstərir və o, insan özünü narahat hiss etməyə başlayır.
Bəzən sinirləri zəif olan insan gərgin bir situasiyaya düşən kimi, arterial təzyiqi patoloji olaraq qalxır. Amma bu heç də həmişə həmin insanın xəstə olması ilə əlaqədar olmur.

Yalnız müntəzəm patoloji həddə qalxan arterial təzyiqi, xəstəlik əlaməti kimi qəbul etmək lazımdır.
Bəzən xəstələr arterial təzyiqin patoloji qalxdığını və səhhəti ilə bağlı problemin olduğunu bilsələr də, çox zaman həkimə müraciət etmirlər. Səbəbi, narahatlıq doğuran məqamların güclü olmamağıdır.
Müşahidələr göstərir ki, xəstələrin az hissəsi vəziyyəti ciddi qəbul edib dərhal müalicə alırlar. Müalicə almayan xəstələrdə isə, xəstəlik tədricən hədəf orqanların dərinliyinə nüfuz edir.
Arterial təzyiqi fasiləsiz yüksək olan xəstələr adətən tez yorulur, halsızlaşır, sinirləri gərgin və səs-küyə dözümsüz olurlar.

Hər xırda emosional gərginlik yaranan kimi narahatlıq hissləri yaşayırlar. Fiziki aktivliyin düşməsindən, ümumi zəiflikdən, yuxusuzluqdan, başgicəllənmədən, baş ağrılarından şikayətlənirlər.
Belə əlamətlərlə qarşılaşan xəstə həkimə müraciət edəndə arterial təzyiqi mütləq ölçülür və çox zaman yüksək arterial təzyiq aşkarlanır.

Arterial təzyiq xəstəliyinin ən çox özünü büruzə verən əlamətləri baş ağrılarıdır. Səbəb yaranan kimi müxtəlif intensivlikdə ağrılar peyda olur.
Ağrılar əsasən ənsə, əmgək, gicgah, alın və boyun nahiyələrini əhatə edir. Xəstələr başgicəllənmədən, qulaqlarda yaranmış küydən şikayətlənirlər.

Bəzi xəstələrin döş qəfəsinin arxasında ürək nahiyəsində ağrılar tapılır. Ağrıya adətən ürək fəaliyyətinin artması, gücə düşməsi səbəb olur və daha çox ürəyində problemi olan xəstələrdə baş qaldırır.
Xəstələrin əksəriyyəti görmə qabiliyyətinin birdən zəifləməsini, gözlərinin önündə qığılcım, kölgələr və digər fotoeffektlərin peyda olduğunu söyləyirlər.

Daha ağır formalarda isə tor qişaya qan sıza bilir və gözdə qızartı əmələ gəlir. Dəfələrlə təkrarlanan qansızma nəticəsində görmə qabiliyyəti tədricən zəifləyir, hətta proses dərinləşərək tam korluğa gətirib çıxarda bilir.

Havanın dəyişməsi də baş ağrısına səbəb ola bilir, bu zaman meteohəssas (atmosferdə baş verən kəskin dəyişikliklərə həssas olanlar) xəstələr başda tapılan küt ağrılardan və yaxud ağırlıq hisslərindən şikayətlənirlər.

Bəziləri isə başın müxtəlif nahiyələrində sancı və ya deşici xarakterli ağrıların olmasını bildirirlər. Xəstəliyindən xəbərdar olan xəstələr adətən baş ağrılarının peyda olmasını arterial təzyiqin qalxması ilə əlaqələndirib dərhal dərman qəbul etməyə qərar verirlər.

Çünki arterial təzyiqi ölçdükdən sonra çox zaman məhz yüksək təzyiqin şahidi olurlar. Baş ağrısının arterial təzyiqlə əlaqəsi yoxdursa təzyiqi aşağı salan dərmanların qəbulundan sonra ağrılar qalmaqda davam edir.

Onu da nəzərə almaq lazımdır ki, heç də həmişə arterial təzyiq normallaşandan dərhal sonra baş ağrıları tamamilə çəkilmir. Ağrılar bir qayda olaraq tədricən yox olur. Bu kimi faktorlar sizi çaşdırmasın deyə arterial təzyiqi ölçmək məsləhət görülür.

Bəzən yalnız baş ağrıları arterial təzyiqin qalxmasına işarə olur. Bu səbəbdən xəstəyə məsləhət görülür ki, baş ağrıları peyda olanda arterial təzyiqi ölçsünlər. Amma mütləq deyil ki, arterial təzyiqiniz yüksək olsun.
Ola bilər ki, ağrılar nevroloji xarakterlidir. Belə bir vəziyyətlə tez-tez üzləşirsinizsə, o zaman nevropatoloqa müraciət etməlisiniz. Nevropatoloq sizi müayinə edib dərman yazarsa, arterial təzyiq xəstəsi olduğunuzu nəzərə almalıdır.

Ola bilər ki, siz eyni zamanda bir neçə həkimə müraciət etmiş olursunuz. Bütün hallarda sizə təyin olunan dərmanlar mütəxəssislər arasında razılaşdırılmalıdır.
Arterial təzyiqin yüksək həddə qalxması bəzən mərkəzi sinir sisteminin fəaliyyətini kəskin olaraq pozur. Bu zaman sinirlər gərilir və xəstə özünü idarə etməkdə çətinlik çəkir.

Qısamüddətli yaddaş itkisinə məruz qalır və ani olaraq huşunu itirmək təhlükəsi ilə üzləşir. Belə vəziyyətə düşən xəstəyə qorxulu anlar yaşadır. Çünki fiziki aktivlik nümayiş etdirmək istəyi ciddi yorğunluq və taqətsizliklə nəticələnir.

Ürəyində peyda olan həyəcan ölüm hisslərini gücləndirir və xəstə situasiyanı idarə etməkdə çətinlik çəkir. Belə vəziyyətə xəstə güclü stress vəziyyətinə düşə bilir. Güclü stressə məruz qalmamaq üçün bilmək vacibdir ki, həyatınız əslində təhlükədə deyil.

İradənizi toplayın və yarımoturaq vəziyyətdə uzanın, dərman qəbul edib həyəcanı üzərinizdən atmağa çalışın. Adətən qorxu hisslərini boğa bilən xəstə qısa zaman ərzində özünə gəlir və halı normallaşır.
Arterial təzyiq qalxanda bəzi xəstələrin burnundan qan açılır və xəstələrin əksəriyyəti qanın açılmasını adi bir hal kimi qəbul edirlər, hətta fikirləşirlər ki, xeyri var. Qanın burunun kapillyar damarlarından tez-tez açılmasının da öz fəsadları vardır.

Nəzərə almaq lazımdır ki, müntəzəm qan itkisinə məruz qalma halları, qanda hemoqlobinin miqdarının azalması ilə nəticələnə bilir. Fəsadlardan biri arterial təzyiq qalxan zaman orqanizmin oksigenə olan tələbatının artmasıdır.

Məhz hemoqlobinin köməyi ilə oksigenin daşınması faktoru böhran zamanı çatışmazlığı ilə özünü büruzə verir. Nəticədə xəstə tez yorulur, halsızlaşır, ürəyində sıxıntı hiss edir; onu başgicəllənmə və ürək çatışmazlığı müşayiət edir.

Xəstələrin bir hissəsi yuxu rejiminin pozulması, əsəblərin gərgin olması və ürək nahiyəsində narahatlıq yaradan hisslərin artmasından şikayətlənirlər. Bəziləri ürək nahiyəsində qəfil tapılan ağrılardan qorxu hissləri keçirirlər.

Amma arterial təzyiqi ölçdükdə nəticəsi heç də yüksək olmur. Belə bir vəziyyəti təcrübəli həkim dərhal qiymətləndirə bilir. Adətən belə hallar qlobal sinir gərginliyi və ürək-damar sistemində yaranmış spazmalarla bağlıdır.

Bu zaman xəstələrin ürəyi dəqiqədə 90-130 dəfə döyünür. Bir qayda olaraq ürək döyüntüsünün sayının çox olması xəstənin bədənindəki gərginliyi əks etdirir.
Əsəb gərginliyi yaşayan xəstə uzun müddət yuxuya gedə bilmir, fikirləri beynində canlandırır və narahatlıq doğuran yuxular görür. Təcrübələr göstərir ki, əsəbləri oynaq və gərgin olan xəstənin yuxusu dərin olmur.
Xəstə yuxudan əzgin durur, onu baş ağrıları və ağırlıq hissləri müşayiət edir. Ağrılar alın və ənsə nahiyələrində peyda olur, küt, bəzən də kəskin şəkildə özünü göstərir.

Bu tip ağrılar arterial təzyiqi sabit olmayan xəstələrdə tapılır. Yuxudan duran xəstə çox zaman bu narahat hisslərindən 20-30 dəqiqə sonra sərbəst olaraq azad olur.
Arterial təzyiq yüksək olan zaman psixoemosional, fiziki və zehni yükləmə baş ağrılarının güclənməsinə səbəb olur, xəstə diqqətini cəmləşdirməkdə çətinlik çəkir.

Alın, gicgah və əmgək nahiyələrində peyda olan ağrılar xəstəni müşayiət edir. Bu tip ağrılar ətrafların (ayaq və qolların) xırda damarları spazma məruz qalanda əmələ gəlir. Nəticədə baş beynin kapillyar damarlarında patoloji təzyiq artır.

Elə xəstə var ki, arterial təzyiqi 140/90 mm civə st. səviyyəsində olanda, onu güclü baş ağrıları, başgicəllənmə, göz önündə qığılcım, tarazlığın pozulması, görmə qabiliyyətinin birdən məhdudlaşması və s. müşayiət edir.

Digər xəstədə isə arterial təzyiqin səviyyəsi 220/140 mm civə st. çərçivəsində olmasına baxmayaraq şikayəti ciddi xarakterli olmur. Ona görə də yüksək təzyiqə öyrəşmiş xəstədə əlamətlər özünü qabarıq şəkildə büruzə verməyə bilər.

Bu səbəbdən səhhətinizlə bağlı problemin olduğunu hiss edirsinizsə mümkün qədər tez arterial təzyiqinizi ölçün və ya ölçdürün ki, yüksək təzyiqin qurbanı olmayasınız. Çünki arterial təzyiqin çox yüksək olması kapillyar damarların yırtılması ilə nəticələnə bilər.

Bu vəziyyət baş beynində baş verərsə qansızmanın miqyası o qədər böyük ola bilir ki, xəstəni xilas etmək mümkün olmur. Ən yaxşı halda xəstənin bədəninin bir hissəsi iflic olur.
Arterial təzyiqin uzun müddət yüksək həddə olması fasiləsiz olaraq ürəyin gücə düşməsinə və onun sol mədəciyin tədricən böyüməsinə səbəb olur.

Bu bir fakt olaraq arterial təzyiq xəstəliyinin uzun müddət inkişaf etdiyini sübut edən faktlardan biridir, rentgenoloji və elektrokardioqrafiya müayinəsi zamanı aşkarlanır.
Arterial təzyiq xəstəliyi inkişaf etdiyi dövrdə damarların elastikliyi tədricən itkiyə məruz qalır və damardaxili təzyiqə qarşı davamlılıq yaranır.

 

Gərgin fiziki aktivlik zamanı damarların qan ötürücülük qabiliyyəti kifayət etmir və xəstə oksigen aclığına məruz qalır, təngnəfəs olur, ürək döyüntüsünün sayı artır.
Əvvəllər bu əlamətlər yalnız gərgin fiziki iş zamanı peyda olurdusa, sonradan cüzi fiziki və emosional gərginlikdən əmələ gəlir. Bəzən hava çatışmazlığı və boğulma hissləri (ürək astması) xəstəni ciddi narahat edir.

Bu ürəyin sol mədəciyinin funksional zəifləməsi və kiçik qan dövranında qanın durğunluğu ilə izah olunur.
Arterial təzyiqin davamlı yüksək xarakter alması sinir-endokrin sistemlərin funksional işinə qlobal təsir göstərir. Nəticədə əsəb sistemi həssaslaşır və cüzi həyəcan hisləri yaşayan an xəstənin ürək döyüntüsü patoloji həddə qalxır.

Ətraflarda qan dövranının pozulması qismən soyumasına səbəb olur. Sonra birdən xəstəni şiddətli tərləmə bürüyür və üşütmə müşayiət edir. Dəridə solğunluqla əvəzlənən qızartı peyda olur.
Bəzi xəstələri əksinə, istilik bürüyür, üz, boyun və ətraflarda qızartılar əmələ gəlir. Bəzən də xəstələr ciddi xarakterli, uzunmüddətli başgicəllənmədən və koordinasiya pozğunluğundan narahat olurlar.

Hətta tavanın fırlandığını, divarın tərpəndiyini söyləyir, ürəkbulanma və qusmadan şikayətlənirlər.
Arterial təzyiq xəstəliyi zamanı, görmə qabiliyyətini qismən itirmiş xəstələr göz önündə tor və ya duman gördüklərini söyləyirlər. Tor və dumanın əmələ gəlməsi, adətən tor qişanın zədələnməsi ilə əlaqədardır.
Digər tərəfdən bu kəllədaxili təzyiqin qalxması ilə də əlaqədar ola bilər. Bir qayda olaraq zədəyə məruz qalan göz degenerativ dəyişikliyə məruz qalır, tor qişaya qansızma verir. Bu vəziyyət arterial təzyiq xəstəliyinin ağırlaşması zamanı qeydə alınır.

Uzun müddət arterial təzyiq xəstəliyindən əziyyət çəkənlərin endokrin orqanlarında patoloji qüsurların mövcudluğu məlumdur. Bu səbəbdən xəstələr tez yorulur, halsızlaşır, sinirləri gərilir, səs-küyə və qıcıqlandırıcılara qarşı dözümsüz olurlar. Hər xırda emosional gərginlik yaranan kimi narahatlıq hissləri keçirirlər.

Heç də həmişə başağrıları arterial təzyiqin yüksək olması ilə bağlı olmur. Əmin olmaq üçün arterial təzyiq kontrol ölçülməlidir. Arterial təzyiq norma daxilindədir, amma başağrıları varsa belə ağrıları spazmaya qarşı dərman preparatların köməyi ilə götürmək mümkündür və yaxud istirahət zamanı ağrılar sərbəst olaraq keçib gedir. Əgər ağrılar arterial təzyiqlə bağlıdırsa, həmin dərmanların real təsiri cüzi olacaq.

Arterial təzyiq davamlı yüksək olarsa, o zaman böyrəklər funksional işini tədricən itirməyə başlayacaq. Xəstə bilməlidir, bir müddət keçəndən sonra bərpa olunmayan xroniki böyrək çatışmazlığı inkişaf edəcək.
Proses dərinləşdikdən sonra isə böyrəklər funksional işini tamamilə dayandıra bilər. Bu səbəbdən ciddi xarakterli problemlərin yaranmasın deyə, böyrəkləri vaxtaşırı müayinə və müalicə etmək vacib tələblərdən biridir.

Müayinə zamanı böyrəklərdə struktur dəyişiklikləri aşkarlanır. Sidiyin klinik analizində də patoloji dəyişiklikləri görmək olur. Məsələn, sidikdə zülal, çox miqdarda leykositlər və eritrositlər tapılır. Belə xəstələrin müalicəsini təxirə salmaq olmaz!
Bəzən hamiləliyin ikinci yarısında, arterial təzyiq qalxır və daimi xarakter alır. Hamiləlik dövründə qalxan arterial təzyiq ağırlaşmalar verir və hamiləliyin gedişinə təsir göstərir.

Ən çox yaranan problemlər ayaqlarda şişkinliyin peyda olması və sidikdə zülalın tapılmasıdır. Belə problemlər xəstələrin təqribən 8-10%-də aşkarlanır. Əgər xəstəliyin ilkin inkişaf mərhələsində hamilə qadın müalicə alırsa, sonradan ciddi problemlərin qarşısı alınmış olur.
Əks təqdirdə böyrəklərdən zülalın stabil itirilməsi dölün ölümü ilə nəticələnər. Həmçinin arterial təzyiqin intensiv inkişaf etməsindən də döl tələf ola bilər. Bu mərhələ “eklampsiya” adlanır.

Hamilə qadın hamiləliyin ikinci yarısında həkimin tam nəzarəti altında olmalıdır və tələb olunan proseduralardan keçməlidir. Arterial təzyiq patoloji xarakter aldığı halda hamilə qadın pəhrizdən istifadə etməlidir ki, dərman preparatı qəbul etmədən arterial təzyiqi nəzarətdə saxlaya bilsin.
Bəzən xəstə daha dəqiq müayinədən ötrü xəstəxanaya yerləşdirilir. Ultrasəs müayinəsi və vacib sayılan digər müayinələrdən keçəndən sonra göstərişlər alaraq evə buraxılır.

Hamilə qadın yüksək arterial təzyiqin dölə kənar təsir etdiyini bilməlidir ki, həm özünün, həm də gələcək körpəsinin sağlamlığını qoruya bilsin. Çünki hamiləlik dövründə bir sıra dərman preparatların tətbiqinə məhdudiyyətlər qoyulur.
Ona görə də müalicə yalnız kifayət qədər təcrübəsi olan mütəxəssislərə etibar edin. Bu sahədə təcrübəsi olmayan həkimlərə müraciət edən hamilə qadınlar sonradan problemlərlə üzləşmiş və doğulmamış körpəsini itirmişlər.

Ona görə də hər hansı bir müalicə üsulundan istifadə etmək istəyirsinizsə, o zaman həkiminizlə məsləhətləşin. Ən böyük problemlərdən biri arterial təzyiqi olan qadınların uşağını əmizdirməkdir.
Çünki arterial təzyiqlə bağlı dərman qəbul edən ana, südü vasitəsi ilə təsirini uşağına ötürə bilir. Nəticədə uşağın sağlamlığına və inkişafına ciddi ziyan dəyir.

Arterial təzyiq xəstəliyinin müalicəsi

Müalicə və profilaktika prinsipinə daxildir:
– dərman preparatların təyinatı (müalicənin başlanğıcında tətbiq olunur, bir müddət sonra tədricən qəbulu dayandırılır)
– müalicəvi bitki çayı
– müalicəvi bitki ekstraktı
– qida pəhrizi (xəstəyə onun təbiətinə uyğun tərtib olunur)
– həyat tərzi ilə bağlı göstərişlər
Müalicəni başlamaq üçün iradəli olmağınız gərəkdir. Çünki müalicəni başladığınız gündən həyat tərzinizi dəyişməyə qərar verməlisiniz. Həyat tərzinizi dəyişib xüsusi qida rejimindən istifadə etməlisiniz.
Müalicə 4-8 ay davam edir və hər bir xəstənin xəstəliyinin ağırlıq dərəcəsindən asılı olaraq fərdi müalicə metodu tətbiq olunur.
Müalicə alan xəstə təkcə arterial təzyiqdən deyil digər mövcud xəstəliklərdən də azad olur. Beləliklə xəstə sonradan arterial təzyiqin ağırlaşmalarından olan infarktdan, insultdan, böyrək çatışmazlığından və s. xəstəliklərindən həyatını qurtarmış olur.

Diqqət! Əgər müalicə almaq istəyirsinizsə həkimlə əlaqə yaradın və xəstəliyinizlə bağlı məlumatı göndərin. Sizinlə əlaqə yaratmaq üçün telefon nömrənizi qeyd edin.

Adınız və soyadınız (vacib)

Sizin E-mail (vacib)

Mövzu

Məlumat

You may also like...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir