Sümük-Oynaq xəstəlikləri

Sümük-Oynaq xəstəlikləri

Revmatizm

Revmatizm – birləşdirici toxumaların iltihabı xəstəliyidir. Streptokok infeksiyasına yoluxmuş insanlarda xəstəliyin xroniki hala keçməsi nəticəsində inkişaf edən bir xəstəlikdir.

Revmatoid artriat

Revmatoid artrit — oynaqların xronik halda inkişaf edən və vaxtaşırı kəskinləşməyə meyilli olan iltihabı xəstəliyidir. Adətən yuxarı və aşağı ətrafların xırda oynaqlarından başlayır, daha sonra tədricən  iri oynaqlara nüfuz etməsi ilə özünü büruzə verir.

Podaqra

Podaqra – sidikturşulu duzların oynaqlarda çöküntüyə uğraması nəticəsində əmələ gələn bir xəstəlikdir. Adətən maddələr mübadiləsi pozulduğu halda inkişaf edir. Bu xəstəlik cinsindən asılı olmayaraq hər kəsdə inkişaf edə bilər. Ən çox orta yaşı keçmiş insanlarda qeydə alınır.