Ateroskleroz nədir, aterosklerozun müalicəsi

ateroskleroz

Aterosklerozun müalicəsi

Ateroskleroz – orta və iri damarların divarlarında birləşdirici toxumaların əmələ gəlməsidir. Birləşdirici toxumalar damar toxumalarından fərqli olduğundan özünə piyləri hopdurmaq xüsusiyyətinə malikdir. Bu da zədələnmiş damarın tədricən qalınlaşmasına səbəb olur. Damar qalınlaşdıqca onun ötürücülük qabiliyyəti azalır. Prosesin ağırlaşması isə damarın tamamilə tutulması ilə nəticələnə bilir.

Damarın tutulması qidalandırdığı orqanda və ya bədənin hər-hansı bir sahəsində nekrozlaşmaya (nekroz – toxumaların ölümü deməkdir) prosesi gedə bilər.

Kişilərdə ateroskleroz xəstəliyinə çox rast gəlinsə də hər-halda qadınlarda da bu xəstəlik az deyil. Adətən ateroskleroza meylli insanlarda ürək-damar sistemi xəstəliklərinə çox rast gəlinir. Məlumdur ki, həmin xəstəliklər heç də yüngül xəstəliklər deyil. Aterosklerozun fəsadları olduqca çoxdur və insanların həyat tərzini dəyişə bilən xəstəliklərdən biridir.

Aterosklerozun əlamətləri

Xəstəliyin əlamətləri onun hansı orqanda lokalizə olunmasından asılıdır. Zədələyə biləcəyi yerlər isə kifayət qədər çoxdur.

Ateroskleroz aortada lokalizə olunması adətən tədricən arterial təzyiq xəstəliyi inkişaf etməsinə səbəb olur. Nəticədə vacib orqanların qan təchizatını ləngitmiş olur. Bu orqan baş beyni, böyrəklər, ağ ciyər və s. ola bilər.

Ən çox aterosklerozdan əziyyət çəkən orqanlar baş beyni, yuxarı və aşağı ətraflar, böyrəklər və ürəkdir. Bu səbəbdəndir ki, ürək damar xəstəliklərinin ağırlaşması, əsasən aterosklerozun nəticəsi olaraq adı çəkilən orqanlar ilk növbədə sıradan çıxır.

Aterosklerozun müalicəsi

Aterosklerozun ağır bir xəstəlik olduğunu hər kəs bilir, amma çox az sayda insanlar ateroskleroz xəstəliyinin qarşısını almağa çalışır. Bu xəstəlik mövcuddursa müalicəni dərhal başlamalı, başlanğıc mərhələsindədirsə yenə də müalicəsini təxirə salmamalısınız. Çünki artıq mövcud aterosklerozu müalicə etmək olduqca çətindir. Müalicə aldığınız dövrdə ciddi pəhriz etməli, xüsusi qida rasionu çərçivəsində qidalanmalı və eyni zamanda vacib dərman preparatları qəbul etməlisiniz.

Başlanğıc mərhələsində isə daha çox müalicəvi qida rasionu ilə kifayətlənməli olacaqsınız. Ola bilər ki, bəzi dərman preparatları təyin olunsun.

Əgər ateroskleroza meylli olduğunuzu düşünürsünüzsə o zaman sadəcə vaxtaşırı profilaktik müalicə alın. Daha yaxşı seçim müalicəvi qida rasionundan istifadə etməkdir. Bu halda gələcəkdə yarana biləcək müxtəlif infeksion xarakterli olmayan xəstəliklərdən özünüzü qorumuş olacaqsınız.

Next Post

Revmatoid artrit, Revmatoid artritin müalicəsi

Ç Okt 7 , 2015
Revmatoid artrit – oynaqların xronik halda inkişaf edən və vaxtaşırı kəskinləşməyə meyilli olan iltihabı xəstəliyidir. Adətən yuxarı və aşağı ətrafların xırda oynaqlarından başlayır, daha sonra tədricən  iri oynaqlara nüfuz edir. Hal-hazırda revnatoid artrit tam araşdırılmamış xəstəliklər sırasındadır və milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir. Əsas diaqnostik kriteriyə və əlamətlər sümük […]