Bronxial astma xəstəliyi, Bronxial astma xəstəliyinin müalicəsi

BronxAstma001

Bronxial astma xəstəliyi

Bronxial astma nədir?

Bronxial astma – tənəffüs yollarının xroniki iltihabı xəstəliyidir. Nəfəsalmanın çətinləşməsi, və öskürəklə müşayiət olunur. Vəziyyət ani olaraq ağırlaşa bilir və xəstə astmatik boğulma təhlükəsi ilə üzləşir. Bu ona görə baş verir ki, xəstə kənar qıcıqlandırıcılara həddindən artıq həssas olur. Qıcıqlandırıcılara cavab olaraq böyük həcmdə selik əmələ gəlir və normal hava axınına qarşısını alır.
Bronxial astma bütün yaş dövründə rast gəlinir, lakin uşaqlarda daha çox özünü göstərir. Müalicəsi onun ilkin inkişaf mərhələsində yetərli olmadığı halda xroniki astma halına keçir və xəstəni ömrü boyu müşayiət edir.

Bronxial astma xəstəliyi zamanı xəstənin tənəffüs yolları xroniki iltihabın təsiri altında olur. Bu səbəbdən xəstə vaxtaşırı müxtəlif qıcıqlandırıcıların hədəfinə çevrilir. Nəticədə bronx spazması və ödəm şişi yaranır. Artıq miqdarda əmələ gələn selik nəfəsalmanı çətinləşdirir.

Bronxial astma xəstəliyi

Astmanın yaranma səbəbindən asılı olaraq allergiya və allerqiyasız formalara ayırd edilir. Bunun göstəricisi kimi allergenlərin (bitki tozu, yun, ev tozu və bəzi qida məhsullari) təsirindən kəskinləşən formaya allergik astma deyilir. Astma hücumu zamanı burun tutulması, bədəndə qızartıların peyda olması və qaşınmaların əmələ gəlməsi kimi vəziyyət yarana bilir.

Tənəffüs yollarının iltihabı allergik olmayan astmadan əziyyət çəkən xəstələr qıcıqlandırıcılara daha həssas olurlar. İstənilən qıcıqlandırıcı bronx spazmasına səbəb ola bilər. Bu zaman xəstə ağır vəziyyətə düşür, onu boğulma və ağır öskürək müşayiət edir. Belə xəstələrə dərhal yarım göstərilməlidir.

Bronxial astmanın kəskinləşməsini provokasiya edən kifayət qədər səbəb vardır. Məsələn, kəskin qoxu, siqaret tüstüsü, kimyəvi materialların yandırılmasından əmələ gələn tüstü, evdə işlədilən kimyəvi maddələr, kosmetika, tullantı qazları və s.

Bronxial astma xəstəliyi

Bronxial astmaya səbəb xəstənin çalışdığı işi yeri ola bilər. Səbəb təsdiqləndiyi halda iş yerinin dəyişdirilməsi məsələni həll etmiş ola bilər. Həmçinin yaşayış mühiti qıcıqlandırıcı ola bilər ki, belə olan halda mühiti tərk etmək məsləhət görülür.

Bronxial astmani provokasiya edən faktor bəzi dərman preparatları ola bilər. Əgər hər-hansı bir dərmanın qəbulu zamanı əlamətlərini görürsünüzsə həmin dərmanı dayandırın və həkimə müraciət edin.

Bronxial astma əlamətləri

Ən çox özünü büruzə verən əlamətlər:
• Öskürək – tez-tez baş verən öskürək üzücü və davamlı olur. Öskürək gecə saatlarında kəskinləşə bilir. Həmçinin soyuq və nəm havada da baş qaldırır;
• Boğulma və təngnəfəslik – bəzən nəfəsalma o dərəcədə ağır olur ki, xəstə az qala boğulsun. Bu zaman xəstə güclü qorxu və həyəcan hissləri yaşayır;
• Nəfəsalma zamanı vıyıltılı səsin məsafədən eşidilməsi – tənəffüs yollarının daralmış yollarından təzyiqlə hərəkət edən havadan əmələ gəlir.

Astmanın ağırlaşması zamanı xəstə açıq ağızla kifayət qədər havanı udmağa çalışır ki, çatışmazlığı kompensasiya etsin. Tənəffüs yollarının daralmasının nəticəsi olaraq xəstə rahatlıqla havanı çəksə də boşalmasında çətinlik çəkir.

Bronxial astma xəstəliyinin müalicəsi

Müalicə individual olaraq aparılır. Astmaya səbəb olan faktorlar kənarlaşdırılır və mühit qıcıqlandırıcılardan təmizlənir. Astmanın hansı formaya aid olduğu müəyyənləşdirdikdən sonra müalicəyə start verilir. Xəstə fasiləsiz olaraq 2-4 ay ərzində müalicə alır. Bu müddət ərzində xəstənin sağlamlığı tamamilə bərpa olunur.

Diqqət! Əgər müalicə almaq istəyirsinizsə həkimlə əlaqə yaradın və xəstəliyinizlə bağlı məlumatı göndərin. Sizinlə əlaqə yaratmaq üçün telefon nömrənizi qeyd edin.

Adınız və soyadınız (vacib)

Sizin E-mail (vacib)

Mövzu

Məlumat

You may also like...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir