DEMODEKS XƏSTƏLİYİNİN 100% MÜALİCƏSİ

_109

DEMODEKS XƏSTƏLİYİ
DEMODEKOZ XƏSTƏLİYİ
Demodekoz xəstəliyinin müalicəsi
Dərinin gənə xəstəliyinin müalicəsi
DEMODEKOZ XƏSTƏLİYİNİN 100% MÜALİCƏSİ

Demodeks gənələrinin yaratdığı xəstəlik demodekoz adlanır və bu xəstəliyə dünyanın hər yerində rast gəlinir.

Demodeks gənələrin növləri çox olsa da, yalnız 2 növü Demodex folliculorum və Demodex brevis insanda parazitlik edə bilir.
Demodeks gənələri bir qayda olaraq təmas-kontakt yolu ilə insandan-insana və yaxud heyvandan-insana keçir.
Demodeks gənələrinə hər kəs yoluxa bilər. Adətən yoluxma baş verdikdən dərhal sonra demək olar ki, xəstə heç bir narahatlıq hissləri yaşamır. Lakin bir müddətdən sonra gənələrin sayı artır, yoluxma nahiyəsində patoloji qüsurlar üzə çıxır. Məhz ondan sonra xəstə nəyinsə baş verdiyini anlayır.

DEMODEKS XƏSTƏLİYİNİN 100% MÜALİCƏSİ
Demodeks əlamətləri:

Üz dərisində qırmızı ləkələrin peyda olması;
Dəri məsamələrinin genişlənməsi;
Dəri rənginin solğun və ya bozumtul-torpaq rəngində olması;
Dəri səthinin kələ-kötür olması;
Kirpiyin və üzdə olan tüklərin patoloji tökülməsi;
Demodeks gənələrinə başın tüklü nahiyəsində də rast gəlinir, bu zaman baş dərisində qızartı əmələ gəlir;
Üzdə mimiki hərəkətlərdə çətinliyin yaranması;
Burun ölçülərinin böyüməsi rənginə görə göyümtül-qırmızı rəng alması və formasının dəyişilməsi;
Dəridə qaşınma və gicişmə hislərinin olması (xüsusilə gecələr);
Qulaq seyvanlarının qaşınması;
Üz dərisində irinciklərin birdən artması və bir neçə gündən sonra azalması və s.

Uzun müddətdən sonra, “sahibin” dəri toxumasının qida ehtiyatı tükənər, nəticədə dərinin məsamələri genişlənər, səthi kobudlaşar və öz görkəmini itirir.
Sadalanan əlamətlərin bir neçəsinin eyni zamanda sizdə olması bu xəstəliyə yoluxmağınıza işarə ola bilər. Ona görə də müayinə olunmağınız məsləhət görülür.
Demodeks gənələri dərialtı meybom vəzilərində, tük follikularında, axacaqlarında və üz dərisinin piy vəzi sekretlərində yaşayır. Məhz bu nahiyələrdən müayinə nümunəsi götürülür.
Demodeks gənələrin bədən səthi pulcuqlarla örtülüdür, bunların sayəsində gənələr tük follikullarına daha möhkəm yapışa bilir.

Demodeks gənələrin vizual görüntüsu

demodex5
Demodeks gənələri hormonlarla , tük follikullarının səthinə çökmüş dəri piyi ilə və oradakı endoplazma ilə qidalanır.
Gənələr tük follikullarını tərk edə bilirlər və gecələr dəri səthinə çıxırlar. Onlar qaranlıq və isti mühiti xoşlayırlar.
Gənələr bir neçə həftə yaşayırlar, onlar tük follikullarının və ya piy vəzilərinin dərinliklərində yumurtalayırlar.
Yumurtadan yeni gənəciklər 3-4 gün ərzində çıxır və 7 gün ərzində böyüyüb yetkin gənəyə çevrilirlər.

Demodeks sevdiyi yerlər – göz qapağı, üzün dərisi, qaşüstü qövs nahiyəsi, alın, burun-dodaq büküşləri, çənə və xarici qulaq keçəcəyi nahiyələridir.
Demodeks gənələrinin əsas lokalizasiya zonası isə “demodeks üçbucağı” adlanır. Bura aiddir: burun qanadları, burun-dodaq büküşü və çənə nahiyəsi.
Xəstəlik uzun müddət davam edərsə gənələrin sayı artır. Bu zaman üz nahiyəsini tərk edib sinə və kürək nahiyəsinə də yayıla bilirlər.

Demodeks xəstəliyinə kifayət qədər ciddi yanaşmaq lazımdır. Çünki bu xəstəlik heç vaxt öz-özünə keçib getmir. Nəticədə həyatınızı tamamilə dəyişir və siz müalicə olunmayınca insanlarla xoş ünsiyyətdə ola bilmirsiniz.
İllər keçdikcə yoluxmuş insanın immun sistemi zəifləyir, sinirləri və maddələr mübadiləsi pozulur. Müxtəlif infeksion xəstəliklərə qarşı həssaslıq artır.

Ona görə də mümkün qədər tez bir zaman ərzində demodeks gənələrindən azad olmaq lazımdır. Yoxsa sizin sinir-psixi durumunuz yerindən oynayacaq və siz ciddi narahatlıq hissləri yaşayacaqsınız.
İnsan heç də həmişə demodeks gənəsi ilə yoluxmur. Bəzən yoluxma baş versə də gənə 14 günlük ömrünü başa vurduqdan sonra ölür və proses bitir.
Ciddi yoluxma üçün dərialtı piy qatında məskunlaşmış gənə dişi olmalıdır ki, yumurtalasın və çoxala bilsin. Dişi gənə adətən iki həftədən sonra yumurtalayır və ondan sonra ölür.

DEMODEKS XƏSTƏLİYİNİN 100% MÜALİCƏSİ

Demodex gənələri – video

Demodeks müalicəsi

Demodeks xəstəliyinin müalicə müddəti adətən 4 həftə davam edir. Nisbətən ağır hallarda müalicə müddəti uzanır və bu müddət 6 həftəyə qədər uzana bilər.
Müalicə zamanı gənələr tamamilə məhv edilir və üz dərisi bərpa olunur. Hətta üz dərisində heç bir patoloji qüsurlar qalmır.
Müalicə müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Bu müddət profilaktika ilə birlikdə 6-8 həftə ola bilər. Sonu mütləq 100% sağalmaqla nəticələnir.

DEMODEKS XƏSTƏLİYİNİN 100% MÜALİCƏSİ!

Diqqət! Əgər müalicə almaq istəyirsinizsə həkimlə əlaqə yaradın və xəstəliyinizlə bağlı məlumatı göndərin.

Next Post

Revmatizm nədir, revmatizmin müalicəsi

Ca Sen 10 , 2015
Revmatizmin müalicəsi Revmatizm – birləşdirici toxumaların iltihabı xəstəliyidir. Streptokok infeksiyasına yoluxmuş insanlarda xəstəliyin xroniki hala keçməsi nəticəsində inkişaf edən bir xəstəlikdir. Revmatizm xəstəliyi xəstənin fiziki iş qabiliyyətini və aktivliyini əlindən alır. Buna səbəb iri oynaqlarda və ürəkdə revmatizmin yaratdığı ağırlaşmalar olur. Revmatizm xəstəliyinin oynaqlarda lokalizə olunması revmatik artrit, ürəyi yoluxdurması isə revmokardit adlanır. Revmatizm […]