Günvurma

Günvurma halları əsasən və daha çox 5 yaşdan aşağı, 65 yaşdan yuxarı insanlarda, xərçəng, şəkər xəstələri, təzyiq və böyrəkləri ilə bağlı problemi olan olan insanlarda,düzgün qidalanmayan və yalnış pəhriz saxlayanlarda, psixoloji problemi olanlarda və hamilə qadınlarda təsadüf edilir.

Dəərəcələri
Günvurma ağırlıq dərəcəsinə görə 3 yerə ayrılır:
• yüngül dərəcə
• orta dərəcə
• ağır dərəcə
Yüngül dərəcə
Ürəkbulanma, göz bəbəklərinin genişlənməsi, təngnəfəslik, nəbzin döyünməsinin sürətlənməsi, baş ağrıları ilə müşahidə edilir.

Orta dərəcə
Kəskin baş ağrıları, qaytarma-qusma, qulağın batması, son dərəcə halsızlıq, bədəndə temperaturun artması, huşitirmə halları ilə müşahidə olunur.

Ağır dərəcə
Günvurmanın ağır forması hətta, ölümlə nəticələnə bilər. Kəskin halsızlıq, temperaturun 40 dərəcədən yuxarı qalxması, nəcis və sidiyin qeyri-iradi şəkildə xaric olması, qarabasmaların gözə görünməsi, koma ilə müşahidə olunur.

Əlamətlər
• Bədən hərarətinin 41°C-dək yüksəlməsi.
• Qızarmış quru dəri.
• Əsəbilik.
• Huşun itirilməsi.
• Tezləşmiş zəif nəbz, ürək ritminin pozulması.
• Tezləşmiş səthi tənəffüs.
İlkin yardım
• Zərərçəkmişin sərin yerə aparılması.
• Ona sərin su vermək.
• Vəziyyətinə nəzarət etmək və pisləşmə olarsa, nəzərdən qaçırmamaq.
• Dar, isti və tərli geyimdən azad etmək.
• Qasıq, qoltuqaltı və boyun nahiyələrinə soyuq yaş kompres qoymaq, zərərçəkmişin bədənini məsafələrlə bükərək soyutmaq, havanın ventilyasiyasını təmin etmək.
• Dərini spirtlə silmək olmaz, spirt məsamələri daraldaraq istiliyin xaric olmasına mane olur.
• Günvurma zamanı qəflətən tənəffüsün dayanması və yaxud miokard infarktı inkişaf edə bilər, reanimasiya tədbirlərinə hazır olmaq gərəkdir.

You may also like...