Revmatoid artrit, Revmatoid artritin müalicəsi

Revmatoid artrit – oynaqların xronik halda inkişaf edən və vaxtaşırı kəskinləşməyə meyilli olan iltihabı xəstəliyidir. Adətən yuxarı və aşağı ətrafların xırda oynaqlarından başlayır, daha sonra tədricən  iri oynaqlara nüfuz edir.

Hal-hazırda revnatoid artrit tam araşdırılmamış xəstəliklər sırasındadır və milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir.

Əsas diaqnostik kriteriyə və əlamətlər sümük sindromu sayılır.
Əl barmaqları oynaqlarının ətrafında şişkinliyin əmələ gəlməsi, ağrıların tapılması iltihabı prosesin kəskinləşməsini göstərir. Xəstə bu zaman tam şəkildə yumruq bükməkdə çətinlik çəkir. Proses dərinləşdikcə oynaqlar deformasiyaya uğrayır və normal formasını itirir.

Revmatoid artritin müalicəsi

Dirsək sümüklərində şişkinlik adətən çox olmur, amma  intensiv ağrılar ola bilir. Qolu hərəkət etdirmək, açıb-bükmək çətinləşir.

Çiyin oynaqlarında tapılan ağrılar qoltuqaltı nahiyədə də hiss olunur. Qolu hərəkət etdirən zaman ağrılar artır və qolu yuxarıya qaldırmaq çətinləşir.

Dizlərdə əmələ gələn şişkinlik daha ağrılı olur, ayağı bükmək və hərəkət etdirmək çətinləşir. İltihabı proses çox geniş sahəni əhatə edə bilir. Xəstəlik çəkilənə qədər xəstə çox güclü ağrılardan əziyyət çəkir.

Pəncələrdə tapılan ağrıdan isə xəstə ayaq üstə durmaq və hərəkət etməkdə çətinlik çəkir. Çünki hərəkət etdikdə çox güclü ağrılardan insan taqətsiz hala düşür. Pəncədə inkişaf edən xəstəliyin nəticəsi oynaqların deformasiyaya uğraması ilə nəticələnir.

Revmatoid artritin ağırlaşması

Revmatoid artritin ağırlaşması nəticəsində iltihabı proses əzələ sisteminə müdaxilə edir. Bu zaman xəstə ümumiyyətcə hər-hansı bir hərəkəti icra etməkdə çətinlik çəkir. Əzələlərin prosesə qoşulması, onun sonradan atrofiyaya məruz qalması ilə nəticələnə bilir.

Revmatoid artritin ağırlaşması fonunda tədricən nahiyələrdə trofik zəifləmə müşahidə olunur, dərialtı qansızmalar ola bilir. Belə halları vaxtaşırı müşahidə etmək olur.

Xəstəlik əlaməti olaraq vaxtaşırı dərialtı yumru və bərk düyünlər peyda olur. Düyünlər adətən ağrılı olmur və bir müddətdən sonra sərbəst olaraq tədricən çəkilir.

Revmatoid artritin müalicəsi

Revmatoid artrit ürək-damar sisteminə də təsirsiz ötüşmür. Miokardit və perikardit kimi ağır xəstəliklərə səbəb ola bilir.

Revmatoid artrit ətrafların sinir sisteminə də patoloji təsir göstərir, polinevropatiya əmələ gəlir. Xəstə ətraflarında keylik və gicişmə hiss edir.

Diaqnozu təsdiqləmək problem deyil. Rentgen müayinəsi zamanı faktiki olaraq revmatoid artrit təsdiqini tapır. Həmçinin klinik və biokimyəvi qan analizləri faktı təsdiqləyir.

Xəstə bilməlidir ki, revmatoid artrit revmatizmin ağırlaşmasının nəticəsidir. Vaxtında müalicə almayan xəstələrdə inkişaf edir. Müalicə çox ciddi həkim nəzarəti altında aparılmalıdır.
Müalicəsi:
http://bizimtebib.az/index.php/revmatizm-nedir/2015/09/10/

You may also like...