Tranzitor işemik həmlə

Tranzitor işemik həmlə və ya Tranzitor işemik hücum- kəskin infarkt (toxuma ölümü) olmadan işemiya səbəbli nevroloji disfunksiya epizodlarıdır. TİH zamanı nevroloji simptomlar 24 saat ərzində keçib gedir, əks halda xəstəyə İşemik insult diaqnozu qoyulur.

Əlamətlər
Simptomlar insanlar arasında müxtəlif ola bilər. Ən çox rast gəlinən simptomlara keçici görmənin itirilməsi, nitqin çətinləşməsi, ətraf əzələlərində zəiflik, ətraflarda hissi pozulmalardır. Başgicəllənmə də müşahidə oluna bilər.

Risk faktorları
• Ailədə işemik insult anamnezi
• 55 yaşdan yuxarı olan insanlar.
• Kişilərdə TİH riski qadınlardan bir qədər çoxdur
• Yüksək qan təzyiqi
• Şəkərli diabet – Diabetes Mellitus
• Siqaret çəkmə
• Baş ağrıları

You may also like...