Zəhərli zobun müalicəsi
Zəhərli zob nədir?
Zəhərli zob – qalxanabənzər vəzinin diffuz böyüməsi və onun funksional işinin patoloji artması ilə xarakterizə olunur. Autoimmun xəstəlikdir, bu zaman anticisimlər (spesifik qrupa aid zülal) istehsal olunur. Bu zülallar qalxanabənzər vəzini zədələyir və onu funksional işini pozur. Nəticədə zəhərli təsirə malik böyük həcmdə tireoid hormon istehsal olur.
Zəhərli zobun əlamətləri
Ümumi halsızlıq, yorğunluq – xəstə heç bir fiziki iş görmədiyi halda qəfil halsızlaşır və güclü yorğunluq hiss edir.
Qıcıqlandırıcılara qarşı həssaslıq – iti səslər, səs-küylü məclislər, şüşə və metalların bir-birinə sürtünməsi və s. xəstələri qıcıqlandırır və əsəbiləşdirir. Xəstəliyin ağırlığından asılı olaraq xəstələrdə həssaslıq uyğun dərəcədə müşayiət edir.
Əsəb gərginliyi – zobun təsirindən xəstələrin əsəb sistemi həssas olur və xəstələr xoşagəlməz situasiyaya düşəndə əsəblərini idarə etməkdə çətinlik çəkirlər. Bəzən səbəbsiz yerə kiməsə emosiyalarını göstərirlər.
Həyəcan – bəzən xəstəni bədbin fikirlər müşayiət edir. Bu zaman xəstə həyəcanlanmağa başlayır, hətta heç bir səbəb olmadan, özünü idarə edə bilməyən xəstə ağlayır. Amma ağlamağı uzun çəkmir, qısa zamandan sonra özünə gəlir və sakitləşir.
Zəhərli zobun müalicəsi
Yuxunun pozulması – gün ərzində toplanmış gərginliyi atmaq xəstəyə heç də asan olmur. Çünki zobun yaratdığı gərginlik fasiləsiz olaraq gün ərzində xəstəni tərk etmir. Bu səbəbdən yatmağa uzanan xəstənin gözlərinə yuxu gəlmir. Hələ bir müddət xəstə uzandığı yerdə gərginliyi üzərindən atmaq üçün çalışır. Nəhayət bir neçə saatdan sonra istəyinə nail olan xəstə yuxuya gedir.
Tərləmə – zobun toksiki təsirindən vaxtaşırı təkrarlanan tərləmə adi tərləmədən fərqli qaydada baş verir. Tərləmə qəfil baş verir və xəstə tərləndiyini hiss edir, lakin bədənə toxunanda onun soyuq olduğunu hiss edir. Belə tərləmələr adətən xəstəyə nisbi yüngüllük gətirir.
İstiyə dözümsüzlük – xəstə isti mühitdə nəfəs çatışmazlığından əziyyət cəkir. Ağır paltarlardan azad olmağa çalışır və s.
Ürək döyüntüsünün patoloji artması – toksiki zəhərlənmə nəticəsində qanda oksigenin miqdarı azalır və xəstənin orqanizmi oksigen aclığına məruz qalır. Nəticədə ürək qanı damarlarda daha sürətlə qovur ki, orqanları oksigenlə təmin etsin.
Zəhərli zobun müalicəsi
Ürək narahatlığı – bəzən ürək nahiyəsində sıxıcı və deşici xarakterli ağrıların olması xəstəni ciddi narahat edir. Bu əlamətlər ürəyində heç bir problemi olmayan xəstələrdə də baş qaldır bilir. Adətən problem zobun təsirinə məruz qalan əzələ və sinir ağrıları ilə bağlı olur. Ciddi problemə səbəb olmur.
İştahanın artması – patoloji aclıq hissləri olur ki, xəstəni tez-tez qida qəbul etməyə məcbur edir. Amma buna baxmayaraq xəstə sürətlə çəki itirir.
Arıqlama – çəki itkisi orqanizmdə enerji deposunun (piylərin) sürətlə əriməsi ilə bağlıdır. Bu səbəbdəndir ki, xəstə daima aclıq hiss edir və doymur. Nəticədə əzələ kütləsi də azalır.
Qarnın tez-tez pozulması – fasiləsiz öd ifrazının çox miqdarda ifrazatı ilə əlaqəlidir. Xəstə qəbul etdiyi qidanın müqabilində öd ifraz edir ki, normadan artıq olur. Bu da qarnın vaxtaşırı pozulmasına səbəb olur.
Zəhərli zobun müalicəsi
Ürək-damar sisteminin funksional pozğunluğu – zəhərli zob zamanı ürək döyüntüsünün sayı patoloji artır. Bu zaman ürək döyüntüsü dəqiqədə 90-140 dəfə döyünür. Arterial təzyiqlə bağlı patoloji dəyişikliklər qeydə alınır.
Həmçinin dərinin rəngi dəyişilə bilir, toxunanda mülayim nəmlik hiss olunur. Müxtəlif nahiyələrdə piqmentasiya azalması vitiliqo peyda ola bilir. Bədəndə gicişmə və qaşınma halları çoxalır, saçların tökülməsi intensivləşir. Xəstələrin göz bəbəkləri genişlənir və parıltılıq artır.
Barmaqlarda əsmə halları artır. Bəzən əsmə o dərəcədə güclü olur ki, xəstə hər-hansı bir əşyanı götürməkdə çətinlik çəkir. Əsəb gərginliyi xəstəni demək olar ki, tərk etmir. Yüksək həyəcan və narahatlıq hissləri yaşayan xəstə diqqəti cəmləşdirməkdə çətinlik çəkir. Xəstənin beyni fasiləsiz olaraq fikirlərlə dolu olur.
Zəhərli zobun müalicəsi
Xəstəni yuxusuzluq narahat edir. Uzun müddət yuxuya gedə bilməyən xəstə psixoloji sarsıntı keçirir, depressiyaya düşmə ehtimalı yüksək olur. Depressiyada olan xəstənin vəziyyəti daha da ağırlaşa bilər. Depressiyanın qarşısını almaq üçün xəstə təcili müalicə olmalıdır.
Toksiki zobun qadın və kişilərin cinsi orqanlarına təsiri vardır. Cinsi istəksizlik həm kişilərdə həm də qadınlarda inkişaf edir. Qadınlarda menstruasiya dövrünün ötməsi və ya tezləşməsi halları ola bilir.
Zəhərli zobun diaqnozu
Müalicəyə başlamazdan öncə xəstə vacib müayinələrdən keçməlidir ki, diaqnoz təsdiqlənsin. Diaqnozu təsdiqləyən faktor Qan zərdabında tiroid T4 və T3 hormonlarda yüksəlmə, TSH-da isə azalma qeydə alınır. Qanda xolesterinin miqdarı aşağı olur və s.
Qalxanabənzər vəzin USM (Ultra səs müayinəsi) patoloji dəyişiklikləri göstərir.
Zəhərli zobun müalicəsi
Vəziyyəti qiymətləndirməyi bacaran həkim adətən xəstənin müalicəsinin hansı formada aparılmasını dəqiq bilir. Dərman vasitələri ilə müalicə və yaxud cərrahi müdaxilə metodları situasiyadan asılıdır. Bütün hallarda xəstəliyi nəzarətə götürmək və müalicə etmək mümkün olur.
Diqqət! Əgər müalicə almaq istəyirsinizsə həkimlə əlaqə yaradın və xəstəliyinizlə bağlı məlumatı göndərin. Sizinlə əlaqə yaratmaq üçün telefon nömrənizi qeyd edin.
[contact-form-7 id=”1927″ title=”contact”]