Bronxospazm

Bronxospazm – müxtəlif ağciyər və tənəffüs yolu xəstəlikləri zamanı təcili tibbi müdaxilə tələb edən vəziyyətlərdən biri bronxların reaktivliyinin yüksəlməsinin nəticəsi kimi meydana çıxan haldır. Əksər tənəffüs yolu patologiyaları zamanı, bronxospazm, özünü mövcud xəstəliyin nəticəsi kimi meydana çıxan klinik əlamətlərdən biri kimi göstərsə də, bronxial astma xəstəliyində o çox vaxt yeganə və əsas klinik əlamət olur.

Müşahidələr göstərir ki, bronxial astma digər tənəffüs sistemi xəstəliklərilə müqayisədə, yayılması, gedişi, müalicəyə yatımsızlığı, eləcə də proqnozuna münasibətdə, ən arzuolunmaz patologiyalardan biridir (bronx əzələlərinin birincili hiperreaktivliyinin nəticəsi kimi meydana çıxan bronxial astma ümumi tənəffüs sistemi xəstəliklərinin 5-7%-ni təşkil edir).

Ümümi məlumat
İstər bronxial astma, istərsə də bronxların digər spastik vəziyyətlərində həlledici amil “bronxobstruktiv simptom” olduğuna görə, aparılacaq dərman müalicəsinin effektivliyi də ilk növbədə bu simptomun aradan qaldırılması dərəcəsindən asılıdır. Odur ki, bronxial astma və digər bronxospastik halların farmakoloji korreksiyasmda əsas müalicə vasitəsi ”bronx ağacını” genişləndirən bronxolitik təsirli dərman maddələri hesab olunur.

Bronxolitiklər tənəffüs yollarında törənən spastik halı, əsasən, iki yolla ya birbaşa bronx saya əzələlərinə, ya da bu sistemin efferent sinir tənziminə təsir göstərməklə aradan qaldırırlar. Bronxial astmanm müalicə və profılaktikasında üstünlük daha çox hallarda bronxların efferent sinir tənziminə təsir göstərən maddələrə verilir. Məlumdur ki, bronx əzələlərinin tonusu adi halda parasimpatik innervasiya ilə tənzim olunur. Bronxlar praktik olaraq simpatik innervasiya almırlar. Odur ki, xolinergik innervasiyanın güclənməsi bronxospastik əlamətlərlə müşahidə olunur.

Digər tərəfdən, bronxlarda innervasiya olunmayan- sinapsxarici 2 adrenoreseptorlar mövcuddur. Bu törəmələr qanda dövr edən və bronx-alveol sisteminin humoral tənzimində mühüm rol oynayan biogen aminlərə (epinefrin və s.), eləcə də ekzogen mənşəli simpatomimetik maddələrə qarşı yüksək həssaslıq göstərir. Odur ki, efferent innervasiya zəncirinin müvafiq həlqələrinə təsir göstərən farmakoloji vasitələr (xolinoblokatorlar, xüsusən, adrenomimetiklor) bronxospastik hallar zamanı ən yaxşı “korrektorlar” hesab olunurlar.

Növləri
Müşahidələr göstərir ki, astma zamanı uğurlu nəticələrin alınması xəstəliyin yalnız etioloji prinsipləri və təbiəti əsas götürülməklə aparılan müalicə fonunda mümkündür. Astma tutmalarının meydana çıxmasına zəmin yaradan faktorların etioloji təbiətinə görə xəstəliyin allergik (ekstrinsik) astma (tənəffüs yollarının spazmını törədən faktorlardan 1/3 allergik təbiətli olur) və qeyri allergik (idiyosinkralik və ya intrinsik) astma olmaqla iki tipi müəyyən edilir.

Allergik astmada əvvəllər xəstələrin özündə və ya soykökündən olan şəxslərdə rinit, ekzema və s. allergik xəstəliklər, eləcə də allergik təbiətli digər patologiyaların olduğu müəyyən edilir. Xəstəliyin bu tipi, əsasən, uşaq yaşlarında başlayır. İdiyosinkratik astmada xəstələrin keçmişdə hansısa bir allergik ləbiətli xəstəliyə tutulduğu və ya ona meyilliliyi aşkar olunmur. Xəstəliyin bu forması, əsasən, orta yaşlarda başlayır. Astmalı xəstələrin bir qismində isə həm allergik, həm də qeyri-allergik komponent müşahidə edilir. Yəni xəstəlik qarışıq komponentlə keçir.

Nəzərə almaq lazmıdır ki, bu cür xəstələrdə xəstəlik erkən yaşlarda başlayırsa, allergik komponent üstünlük təşkil edir. Hərgah astma sonrakı yaşlarda başlamışsa, qeyri- allergik komponent və ya bu iki komponentin qarışığı üstünlük təşkil edir. Bronxospastik vəziyyətlər və bronxial astma zamanı bronxospazm törədən ekzogen amillərə (müxtəlif mənşəli allergenlərə- toz, kimyəvi maddələr, o cümlədən, soyuq hava, stress və s.) qarşı bronxların hiperreaktivlik halı törənir.

Bronxların hiperreaktivlik halına səbəb olan əsas endogen (qeyri allergen) faktor rolunu isə, ağciyər və tənəffüs yollarının iltihabi xəstəlikləri oynayır. İltihabi prosesin özünün formalaşmasına zəmin yaradan həlledici amil iltihab mediatorlarıdır (histamin, xemotaksik faktor, bradikinin və s.). Bronx epitel hüceyrələri, tosqun hüceyrələr, alveol makrofaqları, neytrofıllər və s. toxumalarda əmələ gələn bu maddələrin iltihab zamanı ifrazı sürətlənir.

Eyni zamanda bronxospastik vəziyyətlərin baş verməsi və inkişafında mühüm rol oynayan iltihabi prosesin özü, digər iltihab mediatorlarının {makrofaqlar tərəfindən ifraz olunan lokal hormonlar-otakoidlər olan sitokinlər (Th-2), limfositlər tərəfindən ifraz olunan sitokinlər- İL (interleykin)-4, İL-5, İL-6, İL-9, İl-13, ximokinlər (ximoatraktan sitokinlər), aktivator protein-1 (AP-1), trombositləıi aktivləşdirən faktor və s. } induksiyası halını da törədir.

Bu maddələr damarların keçiriciliyinin yüksəlməsinə, bronx selikli qişalarının ödeminə, selik ifrazının artmasına və bilavasitə bronxlann daralmasına səbəb olmaqla, bütünlükdə bronxospastik halı daha da dərinləşdirirlər. Bu səbəbdən, bronxospastik vəziyyətlər və bronxial astma zaman yüksək müalicəvi effektə təminat, yalnız patogenetik mexanizm əsas götürülməklə, bronxolitik preparatlarla yanaşı, hiposensibliiəedici vasitələr, iltihabəleyhinə, allergiyaəleyhinə, immunosupressiv və s. kimi dərman maddələrindən istifadə etməklə aparılan kompleks müalicə tədbirləri fonunda mümkündür.

Qarşısı alınma üsulları
Praktik təbabətdə bronxial astma və bronxospastik vəziyyətlərin müalicə və profılaktikasında müxtəlif kimyəvi quruluş və təsir spektrli çoxlu adda dərman preparatlarından istifadə olunur. Bu maddələri aşağıdakı şərti qruplara bölmək olar:

Adrenomimetik və xolinoblokadaedici aktivliyə malik maddələr
a) Adrenomimetik aktivliyə malik maddələr 1) Düz təsirli adrenomimetiklər 1a) və adrenomimetiklər-Epinefrin hidroxlorid 1b) 1 və 2 adrenomimetiklər- İzoprenalin hidroxlorid , Orsiprenalin sulfat 1c) 2 adrenomimetiklər -Fenoterol, Salbutamol, Terbutalin, İpradol (Heksoprenalin) 2) Dolayı təsirli adrenomimetiklər (simpatomimetiklər) – Efedrin hidroxlorid, Defedrin b) Xolinoblokadaedici aktivliyə malik maddələr (M-xolinoblokatorlar) Atropin sulfat, Platifıllin hidrotartrat, Metasin, İpratropium bromid

Miotrop təsirli spazmolitiklər qrupundan olan preparatlar
Teofillin, Eufillin, Diprofillin

İltihabəleyhinə və allergiyaəleyhinə maddələr
a)Steroid quruluşlu iltıhabəleyhinə maddələr (kortikosteroidlər) Hidrokortizon, Prednizolon, Metilprednizolon, Deksametazon, Triamsinolon, Beklometazon, Flutikazon, Budesonid, Mometazon b) Allergiyaəleyhinə maddələr Kromolin natrium, Nedokromil, Ketotifen c) Leykotrien sisteminə təsir göstərən maddələr 1)5-lipoksigenazamn inhibitorları Zileuton 2) Leykotrien reseptorlarım blokada edən maddələr Zafirlukast, Montelukast

Bronxolitik aktivliyə malik kombinə olunmuş maddələr
Berodual, Teofedrin, Solutan, “Efatin”aerozolu, Seretid multidisk Ağciyər və tənəffüs sistemi orqanlarının (xüsusən, bronxlar) fızioloji funksiyalarının humoral tənzimində 2 subpopulyasiyadan olan adrenoreseptorlar mühüm rol oynayır. Bütün digər neyromediator və ya neyromodulyator sistemlərin reseptorlarından fərqli olaraq 2-adrenoreseptorların oyanması lokalizasiya olunduğu toxuma, üzv və sistemlərin (o cümlədən, bronxların) fizioloji funksiyalarının ləngiməsinə səbəb olur.

Odur ki, müxtəlif mənşəli bronxospazmların aradan qaldırılması üçün praktik təbabətdə istifadə olunan dərman maddələri içərisində 2-adrenomimetiklər ən effektiv və perspektiv preparatlar hesab olunurlar. Bu maddələr bronxlarda yerləşən (sinapsxarici) 2-adrenoreseptorları oyatmaqla, G zülal kompleksinin vasitəçiliyilə adenilatsiklaza fermentinin modulyasiyasını törədirlər. Fermentin aktivliyinin dəyişməsi ardıcıl olaraq sAMF-in kəmiyyət tərkibi və hüceyrədaxili fosforlaşma proseslərində müvafıq dəyişikliklərə səbəb olduğundan, bronx saya əzələləri boşalır və bronxospazm əlamətlərini aradan qalxır.

Bu sıranın izoprenalin, salbutamol, fenoterol kimi nümayəndələri orqanizmə, əsasən, inhalyasion, epinefrin, efedrin isə parenteral yolla təyin olunurlar. Müəyyən edilmişdir ki, 2-adrenomimetik aktivliyə malik preparatlar paralel olaraq tosqun hüceyrə və bazofıllərdən endogen spazm törədici amillərin (histamin, bradikinin, SRS-A və s.) azad olunması prosesini də tormozlayırlar. Təbii ki, bu da bronxoobstruktiv simptomun aradan qaldırılmasında əhəmiyyətli rol oynayan faktorlardan biridir.

Bronxolitik təsir effektlərinin gücünə görə M-xolinoblokatorlar adrenomimetiklərdən nəzərəçarpacaq dərəcədə geri qalırlar. Buna baxmayaraq, parasimpatik sinir tonusunun yüksəlməsilə keçən qeyri-allergik mənşəli bronxospazmlar zamanı M-xolinoblokatorlar yüksək farmakoloji fəallıq göstərirlər. Bronxial astma zamanı bu qrupun atropin, platifıllin, metasin və atrovent (ipratropium bromid) kimi nümayəndələrindən istifadə olunur. Atrovent (inhalyasiya halında), xüsusilə, güclü bronxolitik effekt törədir. O, HEB-i keçmir, adrenomimetiklərlə müqayisədə təsiri tədricən başlayır və 6 saata qədər davam edir.

Parasimpatik innervasiyaya təsir göstərən dərman maddələri içərisində tiotropium daha perspektiv preparat hesab olunur. Tiotropium, əsasən, M3 yarımtipindən olan xolinoreseptorları blokada edir (M1 xolinoreseptorlarla müqayisədə 2,5 dəfə artıq). Bronxolitik təsiri ipratropiumdan güclü və daha uzunmüddətlidir. Preparatın ən yüksək effekti 1,5-2 saatdan sonra başlayır.

Gündə 1 dəfə inhalyasiya şəklində (poroşok halında, xüsusi spinxaler inhalyatoru vasitəsilə) təyin olunur. Nəzərə almaq lazımdır ki, xolinoblokadaedici aklivliyə malik bronxolitiklərdən istifadə etdikdə bu maddələr bronxial, tüpürcək və digər vəzlərin sekretor fəaliyyətini zəiflədə, taxikardiya, akkomodasiyanın pozulması (bu təsir metasin, atrovent və tiotropiumda zəifdir) və s. kimi arzuolunmaz əlavə effektlər törədə bilərlər.

Bronxospastik halların aradan qaldırılmasında bilavasitə bronx saya əzələlərinə təsir göstərən miotrop təsirli spazmolitiklərdən də böyük müvəffəqiyyətlə istifadə olunur. Bu qrupa, əsasən, teofillin və tərkibində teofillin saxlayan preparatlar aid edilirlər.

Teofillin dimetilksantin törəməsidir. Bronxolitik kimi klinik effektivliyinə görə 2- adrenomimetiklərdən geri qalsa da, onlarla müqayisədə əsas üstünlüyü, bronxodilatator təsirinə qarşı, hətta, uzunmüadətli qəbulda belə tolerantlıq halının əmələ gəlməməsidir.

Preparatın astmaəleyhinə təsirinin meydana çıxmasında bronxodilatator təsirilə yanaşı, iltihabəleyhinə təsir xüsusiyyətləri də mühüm rol oynayır (onun iltihabəleyhinə təsiri tosqun hüceyrələr, bazofil leykositlər, eozinofıllər və digər iltihab hüceyrələri tərəfindən sintez və ifraz olunan iltihab mediatorlarını azaltması ilə əlaqələndirilir); hətta, əksər tədqiqatçıların qənaətinə görə, preparatın astmaəleyhinə təsirinin meydana çıxmasında bronxolitik xüsusiyyətlərilə müqayisədə, iltihabəleyhinə təsirinin rolu daha önəmlidir.

Teofillinin bu iki komponentli antiasmatik təsirinin molekulyar mexanizmi bu günə qədər tam aydınlaşdırılmamışdır. Əvvəllər belə hesab edirdilər ki, preparatın antiasmatik təsiri bronx saya əzələləri və iltihab hüceyrələrində adenilatsiklaza və quanilatsiklaza fermentlərinin aktivləşməsi və müvafiq olaraq sAMF və sQMF-ın miqdarında törənən dəyişikliklərlə əlaqədardır.

Siklik nukleotidlərin kəmiyyət tərkibində törənən dəyişikliklərdə, xüsusən, həlledici rolu onları hüceyrə daxilində parçalayan fosfodiesteraza (FDE) fermentlərini teofillinin blokada etməsində görürdülər. Siklik nukleotidlər hüceyrə fəaliyyətində mühüm rol oynayan kalium ionlarının hüceyrədaxili optimal konsentrasiyasını tənzimlədiyindən, teofıllinin təyini bronx saya əzələlərinin relaksasiyasına, eləcə də iltihab hüceyrələrində iltihab mediatorlarının sintezi və ifrazının süstləşməsinə səbəb olmalıdır. Başqa sözlə, teofillin bronxodilatasiya və iltihabəleyhinə təsirlər törətməlidir.

FDE fermentləri çox saylı izoferment formaları olan böyük bir fermentlər sistemidir. Bunlardan hüceyrə funksiyalarının tənzimində ən əsas rolu FDEl-dən FDE6-ya qədər ardıcıl nömrələnən altı izoferment forması oynayır. Teofillin bronx saya əzələlərində əsas fermentlər olan FDE3 və FDE4-ü, eləcə də iltihab hüceyrələrinin əsas fermentləri- FDE4 və FDE6-nı blokada edir.

Sonrakı tədqiqatlar göstərdi ki, teofillin fosfodiesteraza fermentlərini ancaq çox yüksək (terapevtik dozadan artıq) dozalarda blokada edə bilir. Odur ki, preparatın antiasmatik təsirinin molekulyar mexanizmi hazırda daha çox onun purinergik sistemə göstərdiyi təsirlə (adenozin reseptorlarını blokada etməsilə) izah olunur. Məlumdur ki, endogen purin nukleozidi olan adenozin, adeninin törəməsi olub, bronx, ürək əzələsi, periferik orqanlar və MSS-də lokalizasiya olunan müxtəlif subpopulyasiyalı (A1, A2a, A2b və s.) adenozin reseptorlarının endogen liqandıdır.

O, toxumalarda lokal hormon (otakoid), purinergik sinir liflərində isə mediator funksiyası yerinə yetirir . Bronxlarda lokalizasiya olunan adenozin reseptorlarının stimulyasiyası kəskin bronxospazm halı törədir. Müəyyən olunmuşdur ki, bronxial astma zamanı adenozin və onun analoqları güclü bronxokonstruktiv effektlər törədən endogen amillərdən sayılırlar. Adenozin eyni zamanda iltihab hüceyrələri membranında lokalizasiya olunan A2b yarımtipindən olan reseptorları oyatmaqla iltihab mediatorlarının sintez və ifrazını da artırır.

Teofillin (eləcə də, digər metilksantinlər) adenozinə oxşar kimyəvi quruluşa malik olmaqla, onun konkurent antaqonistidir. Odur ki, müvafiq patologiyalar zamanı adenozin reseptorlarınm ekzogen liqandı rolunu yerinə yetirərək, purin reseptorlarını blokada edir və endogen adenozinin törətdiyi effektləri, o cümlədən, bronxokonstruktiv əlamətləri aradan qaldırır, iltihab mediatorlarının sintez və ifrazını süstləşdirir.

Bəzi müəlliflərin fikrincə teofillin, həmçinin, endogen adenozinin azad olunması prosesini də tormozlayır (maraqlıdır ki, son vaxtlar aparılan bəzi eksperimental və klinik tədqiqatlar teofıllinin təsir mexanizmi haqqındakı bu mülahizələri də şübhə altına alır: adenozinin orqanizmdə bronxospastik deyil, əks- bronxolitik effektlər törətməsi haqqında məlumatlar verilir).

Göründüyü kimi, teofıllin daha geniş tədqiqatların aparılmasına ehtiyacı olan çox mürəkkəb və incə təsir mexanizminə malik olan bir maddədir. Bununla belə, preparatın antiasmatik təsir mexanizmi haqqında mövcud mülahizə və elmi fikirləri ümumiləşdirərək aşağıdakı nəticəyə gəlmək olar: preparatın təsir mexanizmində həlledici rolu, endogen adenozinlə antaqonist təsir xüsusiyyəti və bu antaqonizmin nəticəsi kimi hüceyrə və subhüceyrəvi strukturlarda pre- və postsinaptik törəmələr səviyyəsində müvafiq molekulyar mexanizmlərin işə düşməsi, eləcə də neyromediator və immun sistemlərdə gedən ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri oynayır.

Bəzi müəllifiərin aldığı əks elmi nəticələrə (məs. adenozinin bronxolitik təsiri) gəlincə isə, bunların səbəbini çox güman ki, yalnız metilksantin qrupu preparatlarına xas olan fərdi təsir xüsusiyyətlərində axtarmaq lazımdır. Bu mülahizələr (metilksantin törəmələrinə xas olan fərdi təsir xüsusiyyətləri) bizim psixomotor stimulyatorların molekulyar təsir mexanizminin öyrənilməsinə həsr edilmiş çoxillik tədqiqatlarımızın nəticəsi olaraq, elmi cəhətdən əsaslandırılmışdır

Teofıllin MSS-ni stimulə edir, beyin damarlarını tonuslandırır. Digər melilksantinlər kimi bronx saya əzələlərilə yanaşı, başqa saya əzələli orqanlara da spazmolitik təsir göstərir. Ürəkdə pozitiv inotrop və pozitiv xronotrop effektlər törədir. Bu təsirləri endogen adenozinə antaqonistlik göstərməsi və bunun nəticəsi kimi kardiomiositlərdə sAMF-in miqdarını və Ca2+ ionlarının hüceyrəyə daxil olmasını artırması ilə izah olunur.

Teofillini inhalyasiya şəklində daxilə təyin etdikdə ən mənfı cəhəti tənəffüs yolları selikli qişasına qıcıqlandırıcı təsir göstərməsidir. Odur ki, astma xəstəliyi zamanı ondan inhalyasiya şəklində istifadə olunmur. Orqanizmə oral yolla təyin edilir. Daxilə təyin edildikdə sürətlə absorbsiyaya məruz qaldığından daha çox arzuolunmaz əlavə effektlər törədir. Odur ki, preparatın tablet və kapsul formalarından deyil, ancaq, tədricən sorulan oral dərman formalarından istifadə olunur. Suda həll olmadığı üçün preparatın inyeksiya forması etilendiamin məhlulunda hazırlanır.

Bu yolla hazırlanan preparat aminofılin adlanır. 1960-cı illərdən başlayaraq, astmanın müalicəsində inhalyasiya şəklində təyin olunan -adrenomimetiklərin və kortikosteroidlərin klinik istifadəyə vəsiqə qazanması ilə əlaqədar olaraq, teofıllindən istifadə xeyli dərəcədə azalmışdır. Hazırda astma xəstəliyi zamanı yalnız yardımçı dərman vasitəsi kimi təyin olunur. Teofıllinin daha uzunmüddətli təsir göstərən preparatları alınmışdır. Bunlara «Teobiolonq» tabletləri, teodur, teotard, durofillin retard aid edilirlər.

Teofillin tərkibli preparatlar içərisində astma xəstəliyi və bronxospastik halların farmakoloji korreksiyasında ən çox istifadə olunanı eufillin preparatıdır. Kimyəvi quruluşuna görə tərkibi teofıllin və 1,2 etilendiaminin (80%-in 20%-ə nisbətində) qarışığından ibarətdir. Belə hesab edirlər ki, preparatın bronxolitik təsir effekti bilavasitə onun tərkibinə daxil olan teofıllin komponentindən asılıdır.

Etilendiamin isə, spazmolitik təsir effektinin qüvvətlənməsi və preparatın suda həll olmasını təmin edir. Eufillin orqanizmə həm enteral (ağızdan, rektal), həm də parenteral (əzələdaxili və venadaxili) yollarla təyin edilir. Parenteral yeridilmə zamam ürəkdöyünmə, AT enməsi, başgicəllənmə və s. kimi əlavə effektlər meydana çıxa bilər. Preparatın əzələdaxili yeridilməsi ağrılıdır.

Metilksantin törəmələri qrupunun demək olar ki, bütün nümayəndələri böyrək yumaqcıqlarında fıltrasiya prosesini gücləndirmək, böyrək kanalcıqlarda reabsorbsiya prosesini (Na+, Cl- ionları və suyun) süstləşdirmək və böyrəklərin qan təminatını artırmaqla sidikqovucu təsir törədirlər; lakin diuretiklərlə müqayisədə sidikqovucu təsirləri çox zəif olduğu üçün, tibbi praktikada bu məqsədlə onlardan çox nadir hallarda istifadə olunur.

Diprofıllin kimyəvi quruluş və farmakoloji xüsusiyyətlərinə görə teofillin və eufillinə oxşar maddədir.Teofillinlə müqayisədə toksiki təsiri az, eufillinlə müqayisədə toksikliyi çox, aktivliyi isə az preparat hesab olunur. Toxumalara qıcıqlandırıcı təsir göstərmir. İstifadəsinə göstərişlər eufillində olduğu kimidir. 200-500 mq dozalarda gündə 3-4 dəfə olmaqla oral yolla təyin edilir. Kurs müalicəsi 10-20 gündür. Lazım gələrsə 3-5 günlük fasilə ilə müalicə kursu təkrarlana bilər. Preparat, həmçinin, parenteral {ə/d- 10%-li məhlulu 3 ml (300 mq) dozada} və (v/d- 2,5%-li məhlulu 5-10 ml (125-250 mq) dozalarda) yolla da təyin edilir.

Qeyd etdiyimiz kimi, bronxospastik halların (xüsusən, bronxial astmanın) patogenetik mexanizmində mühüm rol oynayan amillərə iltihab və allergiya faktorları aid edilir. Əksər hallarda allergenin tipinin (bitkilərin tozu, müəyyən qida maddələri, dərman preparatları və s.) müəyyən edilməsi və onun aradan qaldırılması istiqamətində görülən tədbirlər (allergenlərlə təmasın aradan qaldırılması və ya spesifik hiposensiblizasiya), bronxial astma tutmalarının müalicə və profılaktikası baxımından yüksək nəticələr əldə etməyə imkan verir.

Bəzən allergenin təbiətini müəyyən etmək (“gizli” allergen) və ya onu aradan qaldırmaq mümkün olmur. Odur ki, bronxial astma və digər bronxospastik halların kompleks müalicəsində iltihabəleyhinə və allergiyaəleyhinə dərman maddələrindən də geniş istifadə olunur.

Kortikosteroidlər (qlikokortikoidlər) astmanın müalicə və profilaktikasında bu qrupun ən geniş istifadə olunan nümayəndələridir. Onların astmaəleyhinə əsas təsir mexanizmi, bu xəstəlik zamam tənəffüs yollarının müxtəlif bronxokonstruktiv təsirlərə qarşı hiperaktivliyinə yol açan və bəzi tədqiqatçılara görə xəstəliyin patogenezində birincili sabəb rolunu oynayan bronx selikli qişalarındakı iltahabi prosesləri aradan qaldırmasıdır. Başqa sözlə desək, qlikokortikoidlərin iltihabəleyhinə təsiridir.

Qlikokortikoidlərin bu təsirinin əsasında aşağıdakı mexanizmlər durur: iltihabla əlaqəli hüceyrələrin gen transkripsiyasının blokada olunması, iltihab mediatorları- sitokinlərin və xemokinlərin sintezini təmin edən fermentlərin, eləcə də iltihab prostaqlandinlərin, tromboksan A2-nin və leykotrienlərin əmələ gəlməsində rol oynayan siklooksigenaza-2 (SOG-2) və lipooksigenaza fermentləri sintezinin süstləşməsi.

Məlumdur ki, iltihabi proses zamam proiltihabi sitokinlər iltihab hüceyrələrində AP-1 (protein 1-in aktivatoru) və digər transkripsiya faktorlarını aktivləşdirərək, iltihab mediatorlarının sintezini (ekspresyasını) artırırlar. Qlikokortikoidlərin təyini fonunda aktivləşən qlikokortikoid reseptor (QR) proteini isə, AP-1 və digər transkripsiya faktoru olan proteinlər ilə inaktiv protein-protein kompleksi əmələ gətirərək iltihab mediatorlarının sintezini blokada edirlər.

Qlikokortikoidlərin iltihabəleyhinə təsirinin meydana çıxmasında hədəf rolunu, əsasən, AP-1 oynadığına görə, toxumalarda onun miqdarının həddən artıq çox olması da kortikosteroidlərə rezistentlik (steroid rezistentliyi) halının yaranmasına səbəb ola bilir. Digər tərəfdən, qlikokortikoidlər selikli qişalardakı ödemi azaldır, bronx saya əzələlərindəki 2-adrenoreseptorların katexolaminlərə qarşı həssaslığını artırır.

Onlar bu reseptorların -adrenomimetik dərman maddələrinə qarşı törənə biləcək tolerantlıq halının da qarşısını alır və paralel olaraq epinefrin və norepinefrinin ekstraneyronal udulmasını blokada edirlər. Qlikokortikoidlərin təsir spektrinə xas olan bu xüsusiyyətlərin məcmui son nəticədə tənəffüs yolları saya əzələlərinin hiperaktivliyini azaldır və astmaəleyhinə təsirin meydana çıxmasına səbəb olur.

Bu preparatların bronxodilatator təsiri yoxdur və antiasmatik təsirləri müalicə müddə- tində tədricən meydana çıxır. Qlikokortikoidlərin bəziləri (məs. beklometazon, budesonid, flutikazon və mometazon) orqanizmə aerozol halında inhalyasiya şəklində, bəziləri (məs. prednizolon, metilprednizolon və s.) isə oral və parenteral yolla təyin olunurlar. Beklometazon dipropionat güclü təsirli kortikosteroid olan və sistem təsirli maddə kimi istifadə olunan betametazonun xlorlu analoqunun dipropionat efiridir.

Kimyəvi quruluşunda olan bu struktur dəyişikliyi onun lipofılliyini və təsir gücünü artırır, inhalyasiya şəklində təyin olunduqda bronx selikli qişasına yaxşı nüfuz etməsinə şərait yaradır. Orqanizmə inhalyasiya şəklində aerozol və ya poroşok halında təyin olunur. Preparatın istifadəsi zamanı ağızda quruluq, boğaz ağrısı, disfoniya və oral kandidioz kimi əlavə effektlər baş verə bilər (inhalyasiyadan dərhal sonra qarqara etməklə ağız boşluğunun təmizlənməsi, bu əlavə effektlərin xeyli dərəcədə qarşısını alır).

Flutikazon, budesonid və mometazon preparatları da yüksək lipofıllik xüsusiyyətinə malik olduqları üçün bronx selikli qişalarına aktiv şəkildə nüfuz etmək qabiliyyətinə malikdirlər. Hər üç preparat orqanizmə inhalyasiya şəklində təyin olunur. Bu məqsədlə flutikazon və budesonidin aerozol və poroşokundan, mometazonun isə yalnız poroşok dərman formasından istifadə olunur.

Müalicəsi
Astma xəstəliyi zamanı allergiyaəleyhinə dərman maddələri içərisində üstünlüyü, daha çox hallarda histamin və digər allergiya və iltihab mediatorlarınm azad olmasım blokada edən preparatlara (kromolin natrium, nedokromil natrium və ketotifen kimi) verirlər. Kromolin natrium sintetik maddədir. Suda yaxşı həll olur, lakin mədə-bağırsaq traktından pis sorulur. Preparatın bronxların selikli qişasma tropluğu yüksəkdir. Bronx selikli qişasına yaxşı nüfuz edir və buradan absorbsiya edilir.

Orqanizmdə metabolizmə məruz qalmır, mədə-bağırsaq traktı və böyrəklərdən dəyişilməmiş şəkildə xaric olur. Astmaəleyhinə təsiri teofillindən zəif olsa da, onunla müqayisədə əlavə effektləri və toksikliyinin az olması preparatın əsas üstünlüyü sayılır. Allergik mənşəli astma zamanı, xüsusən, uşaqlarda, tutmaların qarşısını çox effektiv şəkildə alır. İdiyosinkratik (qeyri-allergik) astmada təsiri zəifdir.

İlin fəsillərilə bağlı meydana çıxan mövsimi astma zamanı və ya xəstəliyin bronxitlə müşahidə olunduğu hallarda təsir göstərmir. Təsiri zəif olduğuna görə astmanın profilaktikası istiqamətində 2- adrenomimetiklər və ya qlikokortikoidlərlə aparılan müalicə zamanı ondan yardımçı dərman maddəsi kimi istifadə olunur. Bu halda kompleks müalicəyə kromolinin əlavə olunması, 2-adrenomimetiklər və ya qlikokortikoidlərin istifadə dozasını azaltmağa imkan verir.

Astma tutmalarının profilaktikasında daxilə inhalyasiya şəklində aerozol (10 mq dozada gündə 4 dəfə) və ya poroşok (20 mq glındo 4-8 dəfə) halında təyin olunur. Onun məhlul şəklində inhalyasiya yolu ilə (nebulayzerlo) təyin olunan preparatı da vardır. Astmaəleyhinə təsiri bir neçə həftə qəbul etdikdon sonra meydana çıxır. Odur ki, preparatın effektivliyi 3-4 həftəlik müalicədən sonra qiymətləndirilməlidir.

Digər antiasmatik maddələrlə müqayisədə ciddi əlavə effektləri yoxdur. Bəzən lokal və ya yayılmış deramatit, miozit və onun nəticəsi kimi ayaqlarda ağrı törədə bilər. İnhalyasiyası bronxospazma səbəb ola bilər. Odur ki, kromolinin inhalyasiyasından bir neçə dəqiqə əvvəl salbutamol və ya terbutalin kimi bronxodilatatorların inhalyasiyası tövsiyə edilir.

Nedokromil bu qrupun yeni nümayəndəsidir. Preparatın allergiya- əleyhinə təsirilə yanaşı, iltihabəleyhinə təsiri də vardır. Tosqun hüceyrələrin həm allergik, həm də qeyri-allergik stimullara qarşı reaksiyasını süstləşdirir. Kromolindən fərqli olaraq, yaşlı astmatiklərdə və qeyri-allergik təbiətli astma zamanı da terapevtik effekt törədir.

Daxilə inhalyasiya şəklində (aerozol halında) təyin edilir (astma tutmalarınm profılaktikası üçün 2-4 mq dozada gündə 2-4 dəfə). Onun nazal sprey və oftalmik məhlulundan müvafıq olaraq allergik rinit və allergik konyuktivit zamanı da istifadə olunur. Ən çox müşahidə olunan əlavə effekti ağızda xoşa gəlməyən dad hissi törətməsidir.

Ketotifenin allergiyaəleyhinə effektilə yanaşı, antihistaminergik təsir xüsusiyyətləri də vardır. 1-2 mq dozada gündə 2 dəfə olmaqla daxilə təyin edilir. Güclü sedativ effekt törətdiyi hallarda, istifadə dozasının böyük hissəsi axşam saatlarında verilməlidir. Ağızda quruluq, sedativ effekt və süstlük kimi əlavə effektlər törədə bilər. Preparatın uzunmüddətli qəbulu bədən çəkisini artıra bilir.

Bronxial astma və bronxospastik komponentlə keçən digər ağciyər və tənəffüs yolu xəstəliklərinin müalicə və profılaktikasında istifadə olunan dərman maddələri içərisində, son illər, leykotrien sisteminə təsir göstərən preparatlara qarşı maraq, xüsusilə, artmaqdadır.

İltihabi və allergik proseslərin əmələ gəlməsi və inkişafında çox mühüm rol oynayan leykotrienlər orqanizmdə araxidon turşusundan sintez olunur. 5- lipoksigenaza bu prosesdə mühüm rol oynayan fermentlərdən biridir. Odur ki, 5-lipoksigenaza fermentinin inhibitorları (zileuton), eləcə də leykotrien reseptorlarını blokada edon maddələr (zafırlukast, montelukast) yüksək iltihabəleyhinə və bronxolitik preparatlar hesab olunurlar.

Zileııtonun təsir mexanizmi 5-lipoksigenaza fermentinin blokadasının nəticəsi kimi toxumalarda otakoid (lokal hormon) funksiyası yerinə yetirən leykotrienlərin (LT)- müvafıq olaraq LTB4, LTC4, LTD4 və LTE4-ün sintezinin azalması ilə izah olunur. Zafırlukast və montelukast LTD4 və LTE4-ün bronx saya əzələləri və kapilyar endotelində lokalizasiya olunan reseptorlarmı konkurent antaqonizm prinsipilə blokada edirlər.

Bu reseptorlar sisLTı (digər adıyla LTD4 / LTE4 reseptorlar) reseptorlar adlandırılırlar. Onların blokadası müvafiq leykotrienlərin bu reseptorlara təsirini aradan qaldırdığı üçün, bronx divarındakı iltihabi proses və bronxokonstruksiya əlamətləri süstləşir, iltihabəleyhinə və bronxodilatator təsir meydana çıxır. Leykotrien sisleminə təsir göstərən preparatların astmaəleyhinə təsiri inhalyasiya şəklində təyin olunan kortikosteroidlər və 2-adrenomimetiklərdən zəifdir.

Kəskin astma tutmaları zamanı onlardan istifadə olunmur, əsasən, xəstəliyin yüngül formalarında təyin olunurlar. Astmanın ağır formalarında kortikosteroidlər və 2-adrenomimetiklərlə birlikdə istifadə olunurlar. Bu iki qrup preparatların (zileuton + zafirlukast və ya montelukast) kombinə olunması aditiv təsir prinsipilə bir-birinin astmaəleyhinə təsirini qüvvətləndirir.

Zileuton gündə 4 dəfə, 600 mq dozada daxilə təyin olunur (6-14 yaşlar arasındakı uşaqlara bu dozanın yarısı verilməlidir). 1,8-2,5 saat- dan sonra qan plazmasında ən yüksək qatılıqda toplanır. Orqanizmdən metabolitlər şəklində, əsasən, böyrəklər vasitəsilə (90-95%-i) xaric olur. Dispeptik pozğunluqlar, temperaturun yüksəlməsi, mialgiya, baş ağrısı, başgicəllənmə, yuxululuq və s. kimi əlavə effektlər törədə bilir.

Monteluksat gündə 1 dəfə yatmazdan əvvəl 10 mq dozada daxilə təyin olunur. Qəbul olunan preparatın 75%-i bağırsaqlarda absorbsiya prosesinə məruz qalır. Zafırlukast preparatından fərqli olaraq qida kütləsi onun sorulması prosesinə təsir göstərmir.

Berodual kombinə olunmuş preparat olub,tərkibinə 2-adrenomimetik-fenoterol və xolinoblokator-atrovent daxildir. Aerozol halında buraxılır.Bronxial astma xəstəliyinin müalicə və profilaktikasında geniş istifadə olunur.

Teofedrin, Solutan və “Efatin” aerozolu da mürəkkəb tərkibli kombinə olunmuş dərman maddələri olub, boğulma və tənəffüsün çətinləşməsilə keçən bronxospastik sindromlu ağciyər və tənəffüs yolu xəstəliklərində istifadə olunurlar.Bu qrupun digər nümayəndəsi Seretid multidisk-adrenomimetik salmeterol ilə seçici yerli təsirə malik olan qlikokortikoid flutikazon propionatın kombinə olunmuş preparatıdır.Bronxial astmanın müalicəsində poroşok halında istifadə olunur.

Next Post

Böyrək daşı xəstəliyi

Ça Okt 13 , 2015
Böyrək daşı xəstəliyi – böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Böyrəkdaşı xəstəliyi (BDX) – maddələr mübadiləsinin müxtəlif endogen və/və ya ekzogen səbəblərdən pozulması xəstəliyidir. Bəzi hallarda irsi xarakter daşıyır, həmin zaman sidik yolları sistemində daşların yaranması ilə səciyyələnir. Bu zaman böyrəklərdə və/və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ […]