Miopatiya

Miopatiya– əzələ xəstəliyi olub, əzələ zəifliyi ilə müşahidə olunur .

Patofiziologiyası
Əzələ hüceyrələrində tamlığın və metobolik prosesslərin pozulması genetik inkişaf anomaliyası , infeksiya, toksinlər, iltihab , horomonal və elektrolit balansının pozulması nəticəsində baş verə bilir.

Təsnifatı
Miopatiyalar iki böyük qrupa bölünür:
• Anadangəlmə miopatiyalar (muskular distrofiyalar, metobalik miopatiyalar, mitoxondrial miopatiyar)
• Qazanılmış miopatiyalar ( iltihabi , infeksiyon ,toksik, sistem xəstəliklərinə bağlı )
Iltihabi miopaiyalar
• Polimoizitlər
• Dermatomiozitlər
• əlavə cisimcikli miozitlər
Infeksiyon
• Virus infeksiyaları (İİV, influenza virusu, Epstein-Barr virusu)
• Bakterial piomiozitlər (Staphylococcus aureus və streptococci)
• Spiroxetlər (Laym xəstəliyi)
• Parazitik infeksiyalar
Toksik Miopatiyalar
• Dərmanlar (Steroidlər, xolesterin azaldan dərmanlar, Propofol, Amiodaron, kolxisin,Omeprazol, Triptofan)
• Toksinlər (Alkoqol, Toluin)
Sistem xəstəliklərlə bağlı miopatiyalar
• Endokrin xəstəliklər (Tiroid, Paratiroid, Pituitary ya adrenal disfunksiya)
• Sistem iltihabi xəstəliklər (Qırmızı qurd eşənəyi, Revmatoid artrit ,Sklerodermiya ,Şeqren sindromu, sarkoidoz ,qarışıq birləşdirici toxuma xəstəlikləri)
• Elektrolit disbalansı (kalium ya maqnezium anormallığı, hipofosfatemiya)
• Kritik xəstəlik miopatiyası
• Amiloid miopatiyası (birincilli amiloidoz, ailevi amiloidoz)

Next Post

Miqren

Şb Okt 17 , 2015
Miqren- başın bir, nadir hallarda hər iki hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması […]