Qastrit – mədədə ara qatlarının yanması və ya göynəməsinə deyilir. Bu ağrılar kəskin və xroniki ola bilər.
Qastritin əmələ gəlmə səbəbləri
İlkin səbəblər:
• müntəzəm olaraq həddən artıq spirtli içkilər qəbul etmək,
• xroniki qusmalar,
• gərginlik,
• Mədəyə düşmüş bakteriyalar müalicə olunmadıqda mədə xorası və ya xərçənginə gətirib çıxarır.
Qastritin əlamətləri
• Ürəkbulanması və qusmalar
• Qarının köp olması
• Qarında kəskin ağrılar
• Yeməkden sonra mədənin yanması
• Hıçqırıq
• İştahsızlıq
• Qan qusma
Qastritin müalicəsi
Qastritin müalicəsi onun yaranmasına səbəb olan amillərlə sıx bağlıdır. Əksər vaxtlarda müalicə zamanı isə həkim nəzarətində əsasən tərkibində turşunu neytirallaşdıran maddələr olan antibiotiklərdən isifadə olunur ki, bu da bakteryaların məhv olmasına gətirib çıxarır. Qeyd edək ki, qastriti olan xəstələr isti və ədviyyatlı yeməklərdən mümkün qədər uzaq olmalıdır.