Öd kisəsinin ləğvi

 

Öd kisəsinin ləğvi ya Öd kisəsinin kəsilib götürülməsi (lat. cholecystectomy – сhole — öd, cyst — kisə, ectomy — kənarlaşdırmaq) — öd kisəsinin kəsilib götürülməsi ya kənarlaşdırılması məqsədi ilə icra edilən cərahi əməliyyatın adı. Öd kisəsinin kəsilib götürülməsi əməliyyatıminimal invaziv – laparoskopik ya da açiq üsulla icra olunur. Günümüzdə öd kisəsinin kəsilib götürülməsi əməliyyatlarının 90%-i laparoskopik üsulla yerinə yetirilir.

Göstərişlər
Öd kisəsinin kəsilib götürülməsi əməliyyatına göstərişlər:
• Öd kisəsinin iltihabı (lat. cholecystitis)
• Öd daşı xəstəliyi (lat. cholecystolithiasis)
Öd kisəsinin iltihabı (lat. cholecystitis) və Öd daşı xəstəliyi (lat. cholecystolithiasis) zamanı öd yollarının tıxanması nənicəsində meydana çıxan öd durğunluğu xüsusilə yeməkdən sonra sağ qarınüstü yaxud qabırğaaltı nahiyədə davamlı sancılar yaxud koliklərlə özünü biruzə verir.

Cərrahi müdaxilə
Laparatomik üsul
Laparatomik üsul eyni zamanda açıq üsul da adlanır. Bu zaman sağ qabırğaaltı nahiyədə (sağ qarınüstü nahiyədə) təqribən 10 cm uzunluğunda kəsik aparılmaqla qarın boşluğu yarılır. Bu kəsik öd kisəsinin əldə edilməsi üçün optimal sayılır. Öd axacağı (lat. ductus cysticus) və öd arteriyası (lat. arteria cysticus) mobilizə olunaraq azad preparasiya olunduqdan sonra liqaturaya alınaraq kəsilir. Sonra isə öd kisəsi qaraciyərin eyniadlı yatağından azad preparasiya edilir. Daha sonra yatağın hemostazı (qanaxmanın durdurulması) icra edilərək, drinajqoyularaq qarın boşluğu qat-qat tikişlərlə bağlanır.

Laparaskopu qarın boşluğuna daxil etmək üçün göbək nahiyyəsindən 2 sm uzunluğunda kəsik aparılır. Əlavə olaraq döş sümüyünün altından bir və sağ qabırğaaltı nahiyədən isə daha bir kəsik aparılaraq müvafiq kəsici və sıxıcı laparaskopik alətlər qarın boşluğuna daxil edilir. Laparaskopik alətlərin köməyi ilə öd axacağı (lat. ductus cysticus) və öd arteriyası (lat. arteria cysticus) mobilizə olunaraq azad preparasiya olunduqdan sonra liqaturaya alınaraq kəsilir.

Sonra isə öd kisəsi qaraciyərin eyniadlı yatağından azad preparasiya edilir. Daha sonra yatağın qaynaq üsulu ilə hemostazı aparılır. Preparat müvafiq laparoskopik kəsiyin bir qədər genişləndirilməsindən sonra (öd kisəsi dolu olduqda müvafiq punksion iynə vasitəsilə boşaldıldıqdan sonra xaric edilir) qarın boşluğundan xaric edilir. Kəsik toxumalar qat-qat tikilərək bağlanır. Çox vaxt dəri xüsusi tibbi yapışqan vasitəsilə yapışdırılır.

Next Post

Ürək tutması

Be Okt 26 , 2015
Ürək Tutması, Ürək infaktı ya da akut myokard infaktı (Sıxlıqla MI (Myocardial infarction) və ya AMI (acute myocardial infarction) şəklində deyilir), ürəyin koroner arterlərində meydana gələn problem sonrası (tet-tez koroner arterlərdəki tutulma nəticəsində ürək əzələsinin bağlı olduğu hissəsinin qidalanması və oksigensiz qalması ilə) meydana gələn çatışmazlıq nəticəsi şiddətli sinə ağrısıyla […]