Göz qapaqlarının istiskası
Göz qapaqları istiskası onu əhatə edən toxumaların və bir sıra ümumi xəstəliklərin simptomu kimi aşkar olunub, iki kliniki: iltihablı və iltihabsız istiska formasında davam edir.
İltihablı istiskada göz qapağı dərisi hiperemiyalaşır, şişkinləşir və toxunduqda ağrılı olur. İltihabsız istiskada isə göz qapağı şişkinləşir, göz yarığı daralır, dəri avazıyır və gərginləşir.
İltihabı isteska göz qapaqları, göz alması, gözyaşı aparatının, konyuktivanın xəstəlkiklərində (furunkul, itdirsəyi, göz yaşı kisəsinin iltihabı, kəskin konyuktivitlər) təsadüf olunur.